Məhkəmə qərarları › İş №3(045)-2208/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2208/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2208/2025 30.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X14 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə-Daşkəsən regional bölməsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə-Daşkəsən regional bölməsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR ƏƏSMN yanında DƏMX-nin Gəncə- Daşkəsən regional şöbəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyinə istinad edərək onu 4000 (dörd min) manat məbləğində inzibati qaydada cərimə edilməyi barədə xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərar çıxarmışdır. Aşağıdakılara əsasən AR ƏƏSMN yanında DƏMX-nin Gəncə-Daşkəsən regional tərəfindən çıxarılmış xx.xx.2025-ci il tarixli MN ******* № li inzibati tənbeh vermə haqqında qərarı tamamilə qeyri-qanuni və əsassız hesab edir. Məhkəmənin diqqətinə çatdırır ki, AR ƏƏSMN yanında DƏMX-nin Gəncə-Daşkəsən regioanl şöbəsi tərəfindən qərar xx.xx.2025-ci il tarixində çıxarılmasına baxmayaraq ona xx.xx.2025-ci il tarixli MN ******* №-li inzibati tənbeh vermə haqqında qərarı 10 oktyabr 2025-ci il tarixində poçt vasitəsilə çatdırılmışdır. Qeyd etmək istəyir ki, o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Həmin xx.xx.2025-ci il tarixli MN ******* № li inzibati tənbeh vermə haqqında qərarda göstərilən şəxsin direktoru olduğu "xxxx" MMC tərəfindən əmək müqaviləsi bağlanmadan işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Belə ki, AR ƏƏSMN yanında DƏMX-nin Gəncə- Daşkəsən regional tərəfindən qeyd edilən məsələ ilə bağlı heç bir araşdırma aparılmamışdır. AR ƏƏSMN yanında DƏMX-nin Gəncə- Daşkəsən regional şöbəsi inzibati araşdırmanı AR İXM-nin inzibati araşdırma aparılması qaydalarının kobud şəkildə pozulması ilə aparmışdır. Araşdırma tamamilə formal xarakterli və qeyri-obyektiv aparılmış, AR ƏƏSMN yanında DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsi qanunun tələblərini deyil öz subyektiv fikirləri və maraqları əsas tutmaqla qərar çıxarmışdır. "xxxx" MMC-nin əmək müqaviləsi bağlanmadan hər hansı şəxsi işə qəbul etməsi və hər hansı işləri görməyə cəlb etməsinə dair heç bir sübut olmamasına baxmayaraq AR ƏƏSMN yanında DƏMX-nin Gəncə-Daşkəsən regional şöbəsi bu faktlara heç bir əhəmiyyət vermədən tamamilə əsassız və qeyri-qanuni olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyimə istinad edərək onun inzibati qaydada cərimə edilməyi barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş X8 şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, o, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Hadisə ilə bağlı qeyd edir ki, X5 direktoru olduğu şirkətdə çalışmamış və onunla hər hansı əmək müqaviləsi bağlanmamışdır. xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi Türkanə Kosayevanın şəxsi maraqları əsasında, yəni Oğuz-Qəbələ rayonuna gəzinti üçün getdiyi zaman baş vermişdir. Şirkət tərəfindən həmin şəxsə əzamiyyə verilməmiş, həmçinin Türkanə Kosayeva şirkətin məsul şəxslərini səfəri barədə xəbərdar etməmişdir. O, ümumiyyətlə həmin şəxsi tanımır. Baş vermiş hadisə ilə bağlı tərəfindən araşdırma aparılmış və məlum olmuşdur ki, MMC-də sanitar inspektor vəzifəsində işləyən X4 tərəfindən Türkanə Kosayevaya vəsiqə verilmişdir. Vəsiqənin üzərində ki, möhür onun tərəfindən vurulmamışdır. Ona görə də MMC tərəfindən Türkanə Kosayeva heç bir işin yerinə yetirilməsinə və xidmətlər göstərilməsinə cəlb edilməmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında qərarı çıxarmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə-Daşkəsən regional bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 30 sentyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 barəsində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 5000 manat məbləində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir; Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsində toplanmış 226-İX-25 saylı material məhkəmə iclasında tədqiq edilərkən müəyyən olundu ki: Azərbaycan Respublikası Baş prokurorluğuna X1 ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İqtisadiyyat Nazirliyinin lisenziyası ilə fealiyyət gostərən şirkət ona iş təklif etmiş, o da qəbul etmişdir. Xeyal adlı şəxs özünü şöbə müdiri kimi təqdim edərək onu işə duzəltmişdir. Şirket Babək prospektində “Sanitariya və Gigiyena” adı ilə fealiyyət gotərir. Onlar iki nəfər xanım idi. Onları dəvət etmişlər şirkətə və yanindakı xanımı işə götürmüşlər. Lakin, onu gözlətmişlər və iş teleb edərək əraziyə göndərmişlər. Adına vəsiqə çıxardılar, aktlar verdilər ki, “gedin obyektlərə akt yazın”. Ərazi olarag bütün rayonlara getməliydilər. Onlar da iki xanım İsmayıllı, Qəbələ, Oğuz ərazisini seşmişlər. İyulun beşi tarixində ağır qəzaya duşmüşdür Bununla bağlı Oğuz rayon polis şobesində məlumatları vardır. Maddi mənəvi hər ikisinə ciddi xəsarətler yaranmışdır. Bildirmək istəyir ki, Şirkət olaraq nə maddi nə mənəvi yanlarında oldular. Şirkət direktoru Ruslan bey ona “siz işde olmamısınız gəzməyə getmisiz” sözlərini demiş və telefonu üzünə söndürmüşdür. Şikayəti ondan ibarətdir ki, onunla əmək müqaviləsi bağlanmadan müəyyən işlər görməyə məcbur etmişlər. Əgər əmək müqaviləsi yox idi isə ona hansı səbədən işə aid vəsiqə vermişlər. Şirkətdən tələbi ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Araşdırma zamanı X5 izahatında göstərmişdir ki, 2025-ci ilin iyun ayının sonlarında rəfiqəsi Sevinclə birlikdə iş üçün "xxxx" adlı şirkətə müraciət etmişdir. Həmin şirkətdən ona verilən məlumata əsasən şirkətə İqtisadiyyat Nazirliyi tərəfindən lisenziya verilmişdir. Həmin lisenziya əsasında şirkətin müxtəlif ərazilərdə obyektlərdə yoxlamalar aparmaq və akt tərtib etmək kimi səlahiyyəti vardır. İşə cəlb olunmuş şəxslərin də əmək haqları məhz tərtib edilmiş aktlar əsasında formalaşır. Belə ki, hər bir işçi ərazidə yoxlama aparır, hər bir kv.m. ərazi üçün 64 qəpik ödəniş tələb olunur, əldə edilmiş vəsaitin yarısı şirkətə ödənilir, qalan yarısı isə işçiyə əmək haqqı kimi verilirdi. Bağlanılmış əmək müqavilələrində guya işçiyə 450 manat aylıq əmək haqqı veriləcəyi göstərilsə də, ödəniş yalnız aktlara əsasən aparılırdı. Şirkətdə şöbə müdiri vəzifəsində çalışan Xəyal adlı şəxs Sevinclə müqavilə bağlamış, onunla daha sonra müqavilə bağlanılacağını qeyd etmişdir. Onunla rəsmi əmək müqaviləsi bağlanılmadığı halda Xəyal adlı şəxsin təkidi ilə Sevinclə birlikdə Quba-Xaçmaz regionuna gedərək obyektlərdə yoxlamalar aparmışlar. Həmin yoxlamalar zamanı bir neçə şəxs tərəfindən onların apardığı yoxlamaların qeyri-qanuni olması bildirildikdə, bu barədə Xəyala məlumat verdikdə Xəyal bildirdi ki, “narahat olmayın, bizim şirkətin lisenziyası var, fəaliyyətimiz tam qanunidir, işinizdə olun, Sizə heç kim heç bir irad bildirə bilməz”. Həmin bölgədə fəaliyyəti yekunlaşdırıb geri qayıtdıqdan sonra eyni qaydada fəaliyyətini davam etdirmək üçün xx.xx.2025-ci il tarixdə İsmayıllı- Qəbələ-Oğuz bölgəsinə getmişlər. Həmin bölgədə də xeyli sayda sahibkar tərəfindən onlara fəaliyyətinin qeyri-qanuni olduğunu bildirmişlər və onlar Xəyal adlı şəxslə əlaqə saxlayıb məlumat vermişlər. Xəyal da öz növbəsində təkrarən fəaliyyətinin qanuni olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə Oğuz rayonunda olarkən idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Bu barədə şirkətə məlumat verdikdə direktor müavini vəzifəsini tutan Kübra xanım onlara bildirdi ki, “şirkətin işçisi olduğunuzu deməyin, polisdə sizdən soruşsalar gəzməyə gəldiyinizi söyləyin”. O Kübra xanıma etirazını bildirəndə dedi ki, “mən sizi şirkətin işçisi kimi qeydiyyata almamışam, əgər şirkətin işçisi olduğunuzu desəniz bizim problem yaranar”. Lakin buna baxmayaraq o Oğuz RPŞ-də şirkətin işçisi olduğunu bildirmiş, ona verilən vəsiqəsinin surətini də təqdim etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar ona maddi ziyan dəydiyindən şirkətlə əlaqə saxlayaraq hadisənin iş zamanı baş verdiyini bildirib ona maddi yardım etmələrini xahiş etmişdir. Lakin, Kübra adlı direktor müavini onun şirkətinə işçisi olmadığını, özü üçün gəzməyə getdiyini deyib heç bir köməklik edilməyəcəyini söylədi. Ərizəsində və izahatında qeyd edilənlərlə əlaqədar araşdırma aparılaraq qanuni tədbir görülməsini xahiş etmişdir. “Gigiyena və Sanitariya Xidmətlər Mərkəzi” tərəfindən verilmiş Sanitar-Epidemioloji Xidmətlrəinin aparılması haqqında 30251 nömrəli, 04 iyul 2025-ci il tarixli aktdan görünür ki, Dez-təlimatçısı B. Sevinc tərəfindən Qəbələ rayonu Vəndam kəndində yerləşən “El Mrketdə” dezinfeksiya işləri aparılmışdır; “Gigiyena və Sanitariya Xidmətlər Mərkəzi” tərəfindən verilmiş Sanitar-Epidemioloji Xidmətlrəinin aparılması haqqında 30253 nömrəli, 04 iyul 2025-ci il tarixli aktdan görünür ki, Dez-təlimatçısı B. Sevinc tərəfindən Qəbələ rayonu Vəndam kəndində yerləşən “Ət mağazasında” dezinfeksiya işləri aparılmışdır; İD seriyalı, 095 nömrəli, xx.xx.2025-ci il tarixli, vəsiqədən görünür ki, Kasayeva Türkan “Gigiyena və Sanitariya Xidmətlər Mərkəzində” həkim-inspektordur; Araşdırma zamanı "xxxx" MMC-də sanitar inspektor vəzifəsində işləyən X4 izahatında göstərmişdir ki, 2025-ci ilin may ayının sonlarında tanışı Tural Rəsulov ondan Türkanə Kosayevanın çalışdığı şirkətdə işlə təmin olunmasına köməklik göstərməyini xahiş etmişdir. Məsələ ilə bağlı şirkətin direktoru Ruslan Rəsulova müraciət etmişdir. Direktor vaxt və yer təyin etdikdən sonra, ona xanımlara məlumat vermişdir, bir həftə ərzində Türkanə xanımın və rəfiqəsi Sevinc Babayevanın işlə bağlı ofisə yaxınlaşmalı olduğunu bildirmişdir. Təyin olunan vaxtı və ünvanı Türkanə xanıma “Whatsapp” ani mesajlaşma tətbiqi üzərindən göndərmişdir. xx.xx.2025-ci il tarixdə Babək prospektində yerləşən ofisə dəvət olundular. Sevinc Babayeva və Türkanə Kosayevanın nə zaman işə qbəul olunmaları barədə dəqiq məlumatı yoxdur. Bundan başqa onun həmin şəxslərlə hər hansı bir ünsiyyəti olmamışdır. Səhv etmirssə 2025-ci ilin iyul ayının əvvələrində Oğuz-Qəbələ rayonu ərazisində xidməti fəaliyyətlərini göstərən zaman avto-qəza törətdikləri barədə xx.xx.2025-ci il tarixdə Türkanə xanım zəng edərək bildirmişdir. Hadisə ilə bağlı təfərrüatları öyrəndikdən sonra direktora məlumat vermişdir. Direktor məsələ ilə bağlı köməklik edəcəyini bildirdi. Daha sonra hadisə Oğuz rayonunda baş verdiyindən polislərdən tanış axtaracağını və köməklik edəcəyini birdaha bildirmişdir. Qəzadan 3-4 gün keçdikdən sonra Türkanə xanım zəng edərək, 200-300 manat köməklik istəmişdir. O, bu köməkliyi edə bilməyəcəyini bildirmiş, onun və şirkət barəsində şikayət edəcəyini bildirmişdir. Daimi olaraq onu naraxat etdiyi üçün Türkanənin nömrəsini telefonunda blok etmişdir; Araşdırma zamanı "xxxx" MMC-də direktor müavini vəzifəsində işləyən X6 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdən etibarən "xxxx"MMC-də direktor müavini vəzifəsində çalışmağa başlamışdır. Əmək müqaviləsi də həmin tarixdən bağlanmışdır. Qeyd olunan hadisə ilə bağlı bildirmək istəyir ki, Türkanə Kosayeva direktor müavini olduğu şirkətdə çalışmamışdır və hər hansı bir müqaviləsi yoxdur. Sınaqçı və ya stajor kimi belə fəaliyyət göstərməmişdir. Şirkət tərəfindən təqdim olunan vəsiqə isə işə götürmək niyyəti ilə bağlı olmuşdur. xx.xx.2025-ci il tarixdə baş verən yolnəqliyyat hadisəsi həmin şəxslərin şəxsi maraqları əsasında gəzinti üçün getdikləri Oğuz- Qəbələ rayonunda baş vermişdir. Onlar heç bir ezamiyyə ilə bağlı ora göndərilməmişdir. Şirkətə və məsul şəxslərə bu səfərləri ilə bağlı heç bir məlumat təqdim olunmamışdır. Qəzadan sonra tanışı Oğuz RPŞ-nin müavini Vüsala zəng edərək bildirmişdir ki, onların şirkətin əməkdaşının olduğu maşın qəza törətmişdir və bununla bağlı kömək göstərməyini xahiş etmiş. Bundan sonra Türkanə Kosayeva özünə və nəqliyyat vasitəsinə dəymiş zərərin onlar tərəfindən ödənilməsini tələb etmişdir. Şirkət isə bununla bağlı heçbir məsuliyyət daşımadığını və köməklik edə bilməyəciyini bildirmişdir. Daha sonra şirkət rəhbərindən 200-300 AZN köməklik istəmiş əks təqdirdə şikayət edəcəyini bildirmişdir. Türkanə bu vəziyyətdən qəzəblənərək, onlara hədə-qorxu gələrək, bütün dövlət orqanlarına şikayət edəcəyini bildirmişdir; “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev tərəfindən "xxxx" MMC (VÖEN **********) barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar və toplanmış materialın baxılması üçün aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır; Goranboy Rayon Məhkəməsinin 3(045)-2000/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə bağlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə-Daşkəsən regional bölməsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarları ləğv edilməli və və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, X8 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X2 müvafiq işlərin yerinə yetirilməsinə cəlb etməsinə görə inzibati məsuliyyətə cəlb olunsa da, məhkəmə iclasında onun tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsini təsdiq edən hər hansı mötəbər sübut müəyyən olunmamışdır. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Qanunvericiliyin məzmununa əsasən müəyyən edilir ki, inzibati xətanın baş verməsini sübutetmə yükü hazırki işdə məhz surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə-Daşkəsən regional bölməsinin üzərinə düşür. Qeyd edilən orqan X3 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə nəticəyə gələrkən yalnız X1 izahatına istinad etmişdir ki, həmin izahat, başqa sübutlar olmadan şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün əsas ola bilməz. Həmçinin iş materiallarında olan aktlardan da aydın olur ki, aktlar “Sevinc” adlı işçi tərəfindən tərtib edilmiş, lakin aktda Kosayeva Türkanınin xidməti tapşırığın icrasına göndərilməsini təsdiq edən qeyd, göstəriş və ya MMC-nin rəhbərliyi tərəfindən verilmiş yazılı tapşırıq mövcud deyildir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan X8 tərəfindən X1 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müvafiq işlərə cəlb olunması barədə qənaətinə gəldiyi halda, bu faktı təsdiq edən mötəbər sübutlar əldə etməli idi, yəni X1 işlərin görülməsinə cəlb olunmasını təsdiq edən, onunla birgə çalışan şəxslərin izahatlarını almalı və bundan sonra əldə edilmiş sübutlara hüquqi qiymət verərək X3 əməlində inzibati xəta tərkibinin olub-olmadığını müəyyən etməli idi. Lakin qeyd edilən orqan bu istiqamətdə hərəkətsizlik göstərmiş və yalnız ehtimallara əsaslanaraq X7 inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır; 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin sadalanan normalarının tələblərindən göründüyü kimi, tərəflər arasında əmək münasibətlərinin yaranması üçün yazılı şəkildə əmək müqaviləsi bağlanılmalı, bu müqavilə elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməli, əmək müqaviləsi bildirişi qeydiyyata alınmalı və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməlidir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün tərəflər arasında əmək münasibətləri mövcud olmalı, yəni işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmalı, həmçinin bu hallar əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həyata keçirilməlidir. Məhkəmə araşdırması zamanı isə X8 ilə X5 arasında əmək münasibətlərinin yaranması, yəni sonuncunun müəyyən işlərin görülməsinə cəlb olunması halları öz təsdiqini tapmamışdır. Bu isə X3 əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olmasını şübhə altına alır. Məhkəmə, bütün qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlir ki, X8 tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi heç bir sübutla öz təsdiqini tapmır, inzibati orqan araşdırma aparmadan X3 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və onu əsassız olaraq inzibati məsuliyyətə cəlb edərək barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq etmişdir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Beləliklə, məhkəmə hesab edir ki, X8 ilə X5 arasında əmək münasibətlərinin mövcud olması hər hansı sübutla müəyyən olunmur, səlahiyyətli orqan X1 şikayətində göstərilən halları müəyyən etmədən və yalnız ehtimallara əsaslanaraq X3 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlmişdir ki, bu barədə qəbul edilən qərar qanuni və əsaslı hesab edilə bilməz. Buna görə də iş üzrə inzibati tənbeh tədbirinin tətbiq edilməsi və həmin qərarın qüvvədə saxlanılması barədə qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Araşdırma zamanı inzibati orqan X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etmiş şəxsi müəyyən etmək üçün mötəbər sübutlar əldə etməli və əldə edilmiş sübutlara əsasən qərar qəbul edilməlidir. İXM-in: 134.1.4.-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Gəncə-Daşkəsən regional bölməsi tərəfindən qəbul edilmiş 30 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar