Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-2300/2025 29.10.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X2 Nurəddin Araz oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29354389 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29354389 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və yenidən araşdırılması üçün aidiyyəti orqana göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi, qanunvericilik inzibati xəta haqqında qərardan şikayət vermək hüququnu yalnız həmin qərarın barəsində qərar çıxarılmış şəxsin şikayət verilməsini nəzərdə tutmuşdur. Hazırkı işdə isə inzibati tənbeh vermə haqqında qərar X8 barəsində qəbul edillməsinə baxmayaraq, şikayət X6 tərəfindən verilmişdir. Bu isə öz növbəsində işin məhkəmə aidiyyətinin də müəyyən edilməsini mümkünsüz edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29354389 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. X14
Məhkəmə qərarları › İş №3(045)-2300/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-2300/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver