Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-234/2023 04.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X1, xx.xx.1987-ci ildə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Goranboy rayonunun Aşağı Ballıqaya kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materialları nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Goranboy Rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material 29 mart 2023-cü il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. 29 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayonunun Aşağı Ballıqaya kəndində xüsusi icazə almamış mülki silahı əldə etmiş, saxlamış və daşımışdır. 29 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayonunun Aşağı Ballıqaya kəndində ov qaydalarını kobud şəkildə pozmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə 29 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol dair 3(045)-234/2023 və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-ci maddəsi ilə 29 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair 3(045)-229/2023 saylı inzibati xətalara dair işlə birlikdə baxılmalı və həmin materiallar bir icraatda birləşdirilməlidır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutub, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590.2, 272.3-cü maddələri ilə inzibati xəta törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş 29 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol dair 3(045)-234/2023 aylı inzibati xətalara dair iş və 29 mart 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol dair 3(045)-229/2023 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilsin və həmin işə 3(045)-229/2023 saylı nömrə ilə baxılsın. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-234/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-234/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver