Məhkəmə qərarları › İş №3(045)-2382/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2382/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2382/2025 14.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 29 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 29 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdən Goranboy şəhər R.Ağakişiyev adına X3 tipli gimnaziyaya rəhbərlik edir. Gimnaziyanın gecə dayəsi X7 2023-cü ildə Goranboy rayon Məhkəməsinə və X11 Xidmətinə 2006-cı ildən 2022-ci ilin noyabr ayınadək gecə görülən işə görə əmək haqqına əlavənin və konpensasiyanın ödənilməsi üçün müraciət etmişdir. Hal-hazırda həmin işə Goranboy rayon Məhkəməsində baxılır. X12 Xidmətində 2023-cü ildə həmin işə baxılmışdır. X7 2023-cü ildən əmək haqqına əlavənin və konpensasiyanın ödənilməməsini səbəb göstərərək 2025- ci ilin avqust ayında DƏMX-nə müraciət etmişdir. X10 Xidməti işin məhkəmədə olduğunu və onun maddi məsuliyyətinin olmadığını bildiyi halda onu xx.xx.2025-ci ildə əsassız olaraq 1000 manat məbləğində cərimə etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş X9 şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərar əsassızdır. Belə ki, sözügedən qərar X2 X8 etdiyi çox saylı şikayətlərə görə tərtib edilmişdir. Roza Məmmədova xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Gimnaziyada gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqı tələb edir. Lakin o, həmin dövrlərdə məktəbin direktoru vəzifəsində işləməmişdir. Bundan başqa Roza Məmmədova tərəfindən eyni mübahisə ilə bağlı məhkəmədə iddia qaldırılmış və mülki iş üzrə müvafiq ekspertizalar təyin edilərək, icraat dayandırılmışdır. Odur ki, sözügedən qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, yazılı göstəriş xx.xx.2025-ci il tarixdə onun tərəfindən rəsmi qaydada qəbul edilmiş və bununla bağlı o, tabe olduğu rəhbərliyinə məlumat vermiş, lakin ona hər hansı cavab verilmədiyi üçün göstərişi icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətdə qeyd olunan orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, 29 oktyabr 2025-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, X9 İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırlması üçün 10 gün müddət müəyyən olunmuşdur; Goranboy Rayon Məhkəməsinin 3(045)-2270/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Goranboy şəhər R. Ağakişiyev adına X3 Tipli Gimnaziya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin Goranboy şəhər R. Ağakişiyev adına X3 Tipli Gimnaziyasına ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-77672/2025 nömrəli məktubdan görünür ki, X5 xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqına əlavələrin ödənilməməsinin təmin edilməsi və nəticəsi barədə 30 gün ərzində şöbəyə rəsmi məlumat verilməsi xahiş olunmuşdur; Poçt göndərişlərinin izlənməsi məlumatından görünür ki, X9 icrası məcburi olan məktubu xx.xx.2025-ci il tarixdə almışdır. Məhkəmə qərardan şikayət vermiş şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İXM-in 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Qanununun qeyd olunan normasına əsasən həmin maddədə nəzərdə tutulmuş inzibati xəta (hazırkı işə münasibətdə) icrası məcburi olan göstərişin vaxtında və tam yerinə yetirilməməsi anından törədilmiş hesab olunur. İşin hallarından göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən X1 gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqına əlavələrin ödənilməsinin təmin edilməsi barədə icrası məcburi olan göstəriş verilmiş və həmin göstəriş Gimnaziyanın direktoru X9 tərəfindən qəbul edilmişdir. Lakin, həmin icrası məcburi olan göstəriş vaxtında və tam yerinə yetirilməmiş, bununla da Gimnaziya tərəfindən İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Yəni, X10 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli icrası məcburi olan göstərişi xx.xx.2025-ci il tarixdə Gimnaziya tərəfindən rəsmi qaydada alınmış və həmin göstəriş xx.xx.2025-ci il saat 23:59-dək tam icra edilməli olduğu halda icra edilməmişdir. İXM-nin: 3-cü naddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati xəta haqqənda iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən qərardan şikayət vermiş X4 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən İXM-in 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən qəbul edilmiş 29 oktyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar