Məhkəmə qərarları › İş №3(045)-2386/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2386/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2386/2025 27.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) X4 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş EP ******* nömrəli, 29 oktyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Goranboy rayonu Muzdurlar kəndində qeydiyyatda olan "xxxx" MMC ünvanına 77MS862/99ZF439 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gətirilmiş müxtəlif mallara dair sözügedən Cəmiyyətin təqdim etdiyi sənədlər yoxlanılarkən mal müşalət sənədlərində (invoys nömrəsi FAE**********041 olan) qalınlığı 11 mikron olan polietilen torbalar yükü olduğu göstərildiyindən həmin nəqliyyat vasitəsində olan 4 (dörd) bağlamadan ibarət çəkisi 100 kq olan polietilen torbalar yükü müvafiq araşdırmanın aparılması məqsədi ilə Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən götürülmüşdür. Qeyd Azərbaycan Respublikasının "Ətraf mühitin mühafizəsi haqqında" 1999-cu il 8 iyun tarixli 678-İQ nömrəli Qanununun 46-cı maddəsinə əsasən "15 mikrona qədər olan polietilen torbaların idxal edilməsi qadağan olunmuşdur.) Qeyd olunan faktla bağlı Gəcə Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsində xx.xx.2025-ci il tarixdə, 00900- 00311/25 saylı inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Bununla da "Umut Agro MMC-nin barəsində İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin qanuni təmsilçisi X2 izahatında göstərdi ki, Şirkətin əsas fəailiyyət istiqaməti kənd təsərüfatı məhsullarının və texnikalarının idxalı və satışından ibarətdir. Bu məqsədlə ölkə ərazisinə tez-tez xarici ölkələrdən kənd təsərüfatı texnikaları və kənd təsərüfatında istifadə edilən qablaşdırma vasitələri idxal edilir. xx.xx.2025-ci il tarixində şirkətin ünvanına Türkiyə Respublikasından "Mersedes-Benz" markalı 77MS862 nömrəli yük nəqliyyat vasitəsi ilə qalınlığı sənədlərdə səhvən 11 mikron göstərilən "kənd təsərrüfatında istifadə olunan polietilen torbalar" yükü "Qırmızı Körpü" gömrük postundan keçməklə göndərilmişdir. Yəni, baş vermiş hadisədə Şəxs MMC-nin günahı yoxdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli raportdan görünür ki, “Umut Agro" MMC ünvanına 77MS862/99ZF439 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gətirilmiş müxtəlif mallara dair sözügedən Cəmiyyətin təqdim etdiyi sənədlər tərəfindən yoxlanılarkən həmin nəqliyyat vasitəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 214-cü maddəsinə və Azərbaycan Respublikasının "Ətraf mühitin mühafizəsi haqqında" 1999-cu il 8 iyun tarixli 678-İQ nömrəli Qanununun 46-cı maddəsinə əsasən idxal edilməsi qadağan olunmuş "15 mikrona qədər olan polietilen torbalar"ın olduğu aşkar edilmişdir. Bununla əlaqədar olaraq 77MS862/99ZF439 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan 4 (dörd) bağlamadan ibarət çəkisi 100 kq olan "15 mikrona qədər olan polietilen torbalar" yükü müvafiq araşdırmanın aparılması məqsədi ilə Gömrük Məcəlləsinin 99.3-cü maddəsinə əsasən aşkar olunan predmetlər Gəncə Gömrük İdarəsi tərəfindən götürülmüşdür; xx.xx.2025-ci il tarixli, FAE**********041 nömrəli invoysdan görünür ki, “Umut Agro" MMC ünvanına 4 (dörd) bağlamadan ibarət çəkisi 100 kq olan "15 mikrona qədər olan polietilen torbalar idxail edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, 77MS862/99ZF439 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə dair FAE**********041 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Umut Agro" MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, Azərbaycan Respublikadsı Gömrük Məcəlləsinin: 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir; 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. İXM-in 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar