Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2397/2025 04.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X2 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Goranboy rayonu Safikürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Goranboy rayonu Səfikürd kəndində qeydiyyatda və yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 272- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsindən Şəxs İXM-in 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material 12 noyabr 2025-ci il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. 12 noyabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Goranboy rayonu Safikürd kəndi ərazisində ov qaydalarını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 Şəxs özünü 272-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində evində olan tək lüləli ov silahını götürərək ov etmək məqsədilə Goranboy rayonu Safikürd kəndi ərazisində örüş sahəsinə getmişdir. O, sahədə bir ədəd çöl dovşanı ovlamışdır. Həmin vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona lazımi icazəsi olmadan, qadağan olmuş yerdə ov etməsini bildirərək şöbəyə dəvət etmişlər. Etdiyi əməldən peşmandır. Ona görə də barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanln nümayıəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdirr. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmi. Səalhiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 08 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 272-1 və 590.2-ci maddələri ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; Goranboy Rayon Məhkəməsinin 3(045)-2396/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardan görünür ki,Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmiş, Goranboy RPŞ-də maddi sübutlar otağında dəmir seyfdə saxlanılan 1 (bir) ədəd №-si silinmiş silah keçmiş “SSRİ” dövlətində, “İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJ-18 modelli, çaxmaqsız, yivsiz odlu, hamar tək lüləli ov tüfəngi müsadirə edilmişdir. Hüquqi əsaslandırma: “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür; 12-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir; 14-cü maddəsinə əsasən ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir; 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən nəzərdə tutulmamış günlərdə, ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda, başqa şəxsə aid olan ovçuluq biletindən, ov etmək üçün icazədən və ov silahından istifadə edildikdə, ov etmək üçün verilmiş icazədə göstərilən yerdə ov edilmədikdə, ovçuluq təsərrüfatlarında qeydiyyatdan keçmədikdə, ov etmək üçün icazədə göstərilmiş normadan (saydan) artıq ov edildikdə Azərbaycan Respublikasının ərazisində ov edilməsi qadağan edilir; 28.1-ci maddəsinə əsasən ovçuluq haqqında qanunvericiliyi pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. "Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması Qaydaları"nın və "Ovçuluq təsərrüfatları haqqında Əsasnamə"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 yanvar 2005-ci il tarixli, 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində ovçuluğun aparılması” Qaydalarının: 1.2-ci hissəsinə əsasən ovçuluğun həyata keçirilməsinə və ovçuluq təsərrüfatlarının aparılmasına aid edilən, təbii sərbəstlik və yarımsərbəst şəraitində yaşayan, habelə ayrıayrı hüquqi və fiziki şəxslər tərəfindən yetişdirilib artırılan vəhşi heyvanların məskunlaşdığı torpaq sahələri, meşə, digər bitki və su ilə örtülü olan təbiət əraziləri ov yerləridir; 1.5-ci hissəsinə əsasən ovçuluq fəaliyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində ovçuluq bileti və üzvlük bileti əsasında verilmiş ov etmək üçün icazəyə müvafiq olaraq həyata keçirilir. Ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquqi sənəddir. Ovçuluq fəaliyyətini həyata keçirmək üçün ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxs ovçu sayılır; 2.1-ci hissəsinə əsasən quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü ov sayılır İXM-in 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Göründüyü kimi, vətəndaşlar özləri ilə onlara məxsus olan ov silahının saxlanılması, istifadə edilməsi qaydalarına əməl etməklə müvafiq icazə sənədləri əsasında ov ilə məşğul ola bilərlər. Lakin, hazırkı işin hallarından müəyyən edildiyi kimi Şəxs qanunun bu tələblərinə əməl etməyərək ov etmək qaydalarının kobud şəkildə pozmuşdur Nəzərə alınmalıdır ki, İXM-in 272-1-ci maddəsinin sanksiyasında həmçinin, ov etmək qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilib-edilməməsi nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi Goranboy Rayon Məhkəməsinin 3(045)-2396/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən, Goranboy RPŞ-də maddi sübutlar otağında dəmir seyfdə saxlanılan 1 (bir) ədəd №-si silinmiş silah keçmiş “SSRİ” dövlətində, “İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJ-18 modelli, çaxmaqsız, yivsiz odlu, hamar tək lüləli ov tüfəngi artıq müsadirə edilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində ov hüququnun 6 (altı) ay müddətinə məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Goranboy Rayon Məhkəməsinin 3(045)-2396/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən, Goranboy RPŞ-də maddi sübutlar otağında dəmir seyfdə saxlanılan 1 (bir) ədəd №-si silinmiş silah keçmiş “SSRİ” dövlətində, “İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli, İJ-18 modelli, çaxmaqsız, yivsiz odlu, hamar tək lüləli ov tüfənginin müsadirə edilməsi nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №3(045)-2397/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2397/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver