Məhkəmə qərarları › İş №3(045)-2458/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2458/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2458/2025 14.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X19 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Goranboy rayonu, Borsunlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Goranboy rayonu, Borsunlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 157, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 14 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 14 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 13 noyabr 2025-ci il tarixdə Goranboy rayonu Borsunlu kəndində X9 döymüşdür. Nəticədə Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. MN seriyalı ******* nömrəli, 14 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 14 noyabr 2025-ci il tarixdə, saat 12:10 radələrində Goranboy RPŞ-nin inzibati binasında ictimai qaydanı pozmuş və polisin qanuni göstərişlərinə tabe olmamışdır Nəticədə Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X10 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayonu Borsunlu kəndində yaşayan X12 və Şəxs ərizəsi əsasında toplanmış HK-1-2595 və HK-1-2596 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, həmin material üzrə Goranboy rayonu Borsunlu kəndində yaşayan X12 və Şəxs əməllərində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğu üçün barələrində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X6 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirdi ki, Goranboy rayon Borsunlu kəndində yaşayan X12 və Şəxs xx.xx.2025-ci il tarixində DİN-in 102 xidmətinə zəng edərək, qarşılıqlı döyülmələri barədə məlumat vermişlər. Daxil olmuş məlumat əsasında xx.xx.2025-ci il tarixində saat 12:10da hər iki şəxs izahatlarının alınması və MTE-dən keçirilməsi üçün Goranboy rayon polis şöbəsinə dəvət olunmuşdur. Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Rəhman Həsənovun xidməti iş otağında hər iki şəxsin izahatları alınan zaman X12 və Şəxs ilk növbədə xidməti iş otağında, daha sonra isə rayon polis şöbəsinin 3-cü mərtəbəsinin dəhlizində bir-birilərinin ünvanlarına nalayiq ifadələr işlədərək ucadan səs-küy salmağa və şöbənin gündəlik iş rejimini pozmağa başladılar. Polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də, sonuncular polisin qanuni tələblərin tabe olmayaraq öz hərəkətlərinə davam etmişlər. Buna görə də X12 və Şəxs barəsində tədbir görülməsi üçün onları RPŞ-nin NH-nə təhvil vermişlər. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 157, 510 və 535.1 maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, X12 onun qardaşıdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 10 radələrində Goranboy rayonu Borsunlu kəndində kənd icra nümayəndəliyinə çağırılmış və orada işlərini gördükdən sonra yaşadığı evə getmişdir. O, evin qarşısına çatdıqda atasının qardaşı Natiqlə danışdığını görmüşdür. Bu zaman Natiq Məmmədov uca səslə ona nalayiq ifadələr işlətməyə başlamışdır. Həmin vaxt o özünə məxsus mobil telefonu ilə hadisəni videolentə qeydə almaq istəmiş, lakin Natiq oradan uzaqlaşmağa başlamış və 1 ədəd daşı götürərək ona tərəf atmışdır. Daş onun sol qolunun dirsək nahiyyəsindən dəymişdir. Buna görə də aralarında mübahisə yaranmış və onlar bir-birilərini qarşılıqlı olaraq vurmuşlar. Bununla bağlı o DİN-in 102 xidmətinə məlumat vemişdir. Bununla bağlı xx.xx.2025-ci il tarixdə saat 12 radələrində RPŞ-nin 3-cü mərtəbəsində olan zaman qardaşı Natiq Məmmədov da gəlmişdir. Həmin vaxt qardaşı Natiq ona “mənim günahım nə idi ki məni döydün” sözlərini demiş və buna görə də aralarında sözlə mübahisə başlamışdır. Mübahisə zamanı bir-birilərinə qarşı nalayiq ifadələr işlətmişlər. X4 otağına səs-küyə gələn polis əməkdaşları onu sakitləşməyə dəvət etmişlər, lakin o əsəbi olduğu üçün öz hərəkətlərinə davam etmişdir. Əməlindən çox peşman olduğu üçün məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 izahatında göstərdi ki, Şəxs onun qardaşıdır və aralarında mütamadi olaraq mübahisələr baş verir. xx.xx.2025-ci il tarixdı günorta radələrində Goranboy rayonu Borsunlu kəndində yerləşən mağazanın qarşısında həmkəndliləri ilə söhbət etmişdir. Bu zaman atası Alim Məmmədov ona yaxınlaşaraq Əlidən hansı səbəbdən şikayət etdiyini deyərək onunla mübahisə etmişdir. Bundan sonra o atası Alim Məmmədovu evə aparmış və orada olan zaman Şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı bir-birilərinə qarşılıqlı xəsarət yetirmişlər və o döyülməsi ilə bağlı DİN-in 102 xidmətinə müraciət etmişdir. Hazırda qardaşı Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Ona görə də barəsində ağır inzibati tənbeh tədbirinin seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı X7 bildirdi ki, Goranboy rayon Borsunlu kəndində yaşayan X12 və Şəxs xx.xx.2025-ci il tarixində DİN-in 102 xidmətinə zəng edərək, qarşılıqlı döyülmələri barədə məlumat vermişlər. Daxil olmuş məlumat əsasında xx.xx.2025-ci il tarixində saat 12:10da hər iki şəxs izahatlarının alınması və MTE-dən keçirilməsi üçün Goranboy rayon polis şöbəsinə dəvət olunmuşlar. Xidməti iş otağında hər iki şəxsin izahatları alınan zaman X12 və Şəxs ilk növbədə xidməti iş otağında, daha sonra isə rayon polis şöbəsinin 3-cü mərtəbəsinin dəhlizində bir-birilərinin ünvanlarına nalayiq ifadələr işlədərək ucadan səsküy salmağa və şöbənin gündəlik iş rejimini pozmağa başladılar. Onlar həmin şəxsləri nizam-intizama dəvət etsələr də, sonuncular onların qanuni tələblərinə tabe olmayıb polis şöbəsində nizamsız hərəkətlərini davam etdirmişlər. Buna görə də X12 və Şəxs barəsində tədbir görülməsi üçün onu RPŞ-nin NH-nə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin TB-nin təhqiqatçıları X11 və X13 iş üzrə digər şahid X2 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin təhqiqatçıları Rəhman Həsənov, Ehtiram Qurbanov və Ziyad Yunisli tərəfindən Goranboy RPŞ-nin rəhbərliynə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Goranboy rayon Borsunlu kəndində yaşayan X12 və Şəxs xx.xx.2025-ci il tarixində DİN-in 102 xidmətinə zəng edərək, qarşılıqlı döyülmələri barədə məlumat vermişlər. Daxil olmuş məlumat əsasında xx.xx.2025-ci il tarixində saat 12:10da hər iki şəxs izahatlarının alınması və MTE-dən keçirilməsi üçün Goranboy rayon polis şöbəsinə dəvət olunmuşdur. Xidməti iş otağında hər iki şəxsin izahatları alınan zaman X12 və Şəxs ilk növbədə xidməti iş otağında, daha sonra isə rayon polis şöbəsinin 3-cü mərtəbəsinin dəhlizində bir-birilərinin ünvanlarına nalayiq ifadələr işlədərək ucadan səsküy salmağa və şöbənin gündəlik iş rejimini pozmağa başladılar. Onlar həmin şəxsləri nizam-intizama dəvət etsələr də, onlar polisin qanuni tələblərinə tabe olmayıb polis şöbəsində sonuncu nizamsız hərəkətlərini davam etdirərək ünvansız ucadan nalayiq ifadələr işlətmişdirlər. Buna görə də X12 və Şəxs barəsində tədbir görülməsi üçün onu RPŞ-nin NH-nə təhvil verdik. Odur ki, X12 və Şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 14 noyabr 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X12 və Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X8 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2025-ci il tarixli, 686 nömrəli rəyindən görünür ki, X5 məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ əlinin arxa səthinin qançırı bərk KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni, xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir; “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 12:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 157, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid izahatları, ekspert rəyi və digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 157, 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Belə ki, İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 14 noyabr 2025-ci tarixdə Goranboy RPŞ-nin inzibati binasında uca səslə kobud ifadələr işlədərək ictimai yerdə, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 14 noyabr 2025-ci tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X5 məsuliyyətini ağırlaşdıran halı müəyyən etmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla, digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, inzibati xətanın xarakterini, şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla hesab edir ki, Şəxs İXM-in 157, 510 və 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qanuni və əsaslı olmaqla inzibati tənbehin məqsədini təmin edir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən, İXM-nin 40.0.1, 43, 48-51, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157, 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən 300 (üç yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X21

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar