Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2471/2025 17.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) X16 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 iştirakları ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1996-cı ildə Goranboy rayonu Qaraçinar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Kəlbəcər rayonu Təkdam kəndində qeydiyyatda olan və Goranboy rayonu Qaraçinar kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X11 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 16 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayonu Qaraçinar kəndi ərazisində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTQ-nin polis sahə rəisi X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Goranboy RPŞ-nin İTB-nin sahənin polis nəfərləri Camal Çələbiyev və Murad Kərimov xidmətdə olan zaman bir qrup şəxsin Qaraçinar kənd sakinləri Şəxs, X2 və X3 Goranboy rayon Meşəli qəsəbəsində yerləşən minalanmış əraziyə eləcə də işğaldan azad olunmuş torpaqlara qanunuz keçidin qarşısının alınması məqsədi ilə yaradılmış stasionar postun yaxınlığından qanunsuz olaraq özlərinə məxsus atlar vasitəsi ilə əvvəlcə Gülüstan kəndinə, oradan da minalanmış Ağdərə rayonu ərazisinə keçmələri polis əməkdaşları müəyyən olunmuşdur. Həmin şəxsləri Qaraçinar kənd sakinleri Şəxs, X6, X4 Goranboy rayon polis şöbəsinə dəvət edən zaman onlar aqresiv şəkildə "biz heç yerə getmirik, qanunsuz heçnə etməmişik" deyərək polis əməkdaşları ilə RPŞ-ya getməkdən imtina etdilər. Polis əməkdaşları həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsələr də sonuncular onlarınqanuni tələblərinə qəsdnən tabe olmayaraq öz qərəzli hərəkərlərini davam etdirdiler. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025 tarixdə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində, o, X7 və X6 ilə birlikdə özlərinə məxsus atlar vasitəsilə Goranboy rayonu Meşəli qəsəbəsində yerləşən minalanmış əraziyə, eləcə də işğaldan azad olunmuş torpaqlara, əvvəlcə Gülüstan kəndinə, oradan da Ağdərə rayonu ərazisinə keçməkləri polis əməkdaşları tərəfindən aşkar olunmuşdur. Bununla bağlı onlarla profilaktik söhbət aparılmış və həmin ərazilərə keçidin qanunsuz olduğu izah olunmuşdur. Bundan sonra polis əməkdaşları onları şöbəyə dəvət etmişlər, lakin o və yanında olan həmkəndliləri polis əməkdaşlarına qarşı aqressiv şəkildə heç bir yerə getməyəcəyini deyərək RPŞ-yə getməkdən imtina etmişlər. Bu zaman polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə tabe olmamışdır. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin sahənin polis nəfəri X5 bildirdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində post yoldaşı, Camal Çələbiyev ilə birlikdə xidmətdə olan zaman bir qrup şəxsin Qaraçinar kənd sakinləri Şəxs, X2 və X3 Goranboy rayon Meşəli qəsəbəsində yerləşən minalanmış əraziyə eləcə də işğaldan azad olunmuş torpaqlara qanunuz keçidin qarşısının alınması məqsədi ilə yaradılmış stasionar postun yaxınlığından qanunsuz olaraq özlərinə məxsus atlar vasitəsi ilə əvvələcə Gülüstan kəndinə, oradan da minalanmış Ağdərə rayonu ərazisinə keçmələri tərəfindən müəyyən olunmuşdur. Həmin şəxsləri Qaraçinar kənd sakinləri Şəxs, X6 və X4 Goranboy RPŞ-yə dəvət edən zaman onlar aqresiv şəkildə "biz heç bir yerə getmirik, qanunsuz heçnə etməmişik" deyərək onlara RPŞ-yə getməkdən imtina etdilər. Onlar həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsələr də sonuncular onların qanuni tələblərinə qəsdnən tabe olmayaraq öz qərəzli hərəkərlərini davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin sahənin polis nəfəri X9 iş üzrə digər şahid X1 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin İTB-nin sahənin polis nəfərləri Murad Kərimov və Camal Çələbiyev tərəfindən Goranboy RPŞ-nin rəhbərliyinə ünvanlanmış 16 noyabr 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində post yoldaşı, Murad Kərimov ilə birlikdə xidmətdə olan zaman bir qrup şəxsin Qaraçinar kənd sakinləri Şəxs, X2 və X3 Goranboy rayon Meşəli qəsəbəsində yerləşən minalanmış əraziyə eləcə də işğaldan azad olunmuş torpaqlara qanunuz keçidin qarşısının alınması məqsədi ilə yaradılmış stasionar postun yaxınlığından qanunsuz olaraq özlərinə məxsus atlar vasitəsi ilə əvvələcə Gülüstan kəndinə, oradan da minalanmış Ağdərə rayonu ərazisinə keçmələri tərəfindən müəyyən olunmuşdur. Həmin şəxsləri Qaraçinar kənd sakinləri Şəxs, X6 və X4 Goranboy RPŞ-yə dəvət edən zaman onlar aqresiv şəkildə "biz heç bir yerə getmirik, qanunsuz heçnə etməmişik" deyərək onlara RPŞ-yə getməkdən imtina etdilər. Onlar həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsələr də sonuncular onların qanuni tələblərinə qəsdnən tabe olmayaraq öz qərəzli hərəkərlərini davam etmişlər. Odur ki, Goranboy rayonu Qaraçinar kənd sakinləri Şəxs, X2 və X3 barəsində qanuni tədbir görülməsinə aidiyyəti üzrə göstəriş verilməsin xahiş olunmuşdur; “İnzibati qaydada tutma haqqında” 16 noyabr 2205-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 16:42-də inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatı, şahidlərin izahatları, araşdırılmış digər sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidin izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs səs-küy salmaqla xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının öz vəzifələrini icra etməsinə maneçilik törətmiş, onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Yəni, Şəxs bu hərəkətləri ilə polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, İXM-in 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən, İXM-in 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (bir yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X17
Məhkəmə qərarları › İş №3(045)-2471/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2471/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver