Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2478/2025 19.11.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin DYPB-nin YPXnin TTÜ-nun inspektoru X5 oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1990-cİ ildə Goranboy rayonu, Balakürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, kəpəz rayonu, X4 küçəsi, ev 20 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Goranboy rayon Polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 19 noyabr 2025-ci il tarixdə Goranboy rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol görünür ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 17 noyabr 2025-ci il tarixdə saat 16:10 radələrində Goranboy şəhəri H. Əliyev prospektində idarə etdiyi “VAZ 2106” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes-Benz E220 CDİ” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı avtomobilə maddi zərər dəymiş, yoxlama zamanı məlum olmuşdur ki, sürücü Şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Hadisə nəticəsində X1 maddi zərər dəymişdir. Bununla da, onun barəsində İXM-in 327.1 və 332.4-cü maddələri ilə inzibati xətaları törətməsini nəzərdə tutan xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin DYPB-nin YPX-nin TTÜ-nun inspektoru X5 izahatında göstərdi ki, sürücü Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan 17 noyabr 2025-ci il tarixdə saat 16:10 radələrində Goranboy şəhəri H. Əliyev prospektində idarə etdiyi “VAZ 2106” markalı **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobillə “Mercedes-Benz E220 CDİ” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə avtomobilə zərər dəymişdir. Törətdiyi inzibati xətaya görə sürücü barəsində tərəfindən İXM-in 327.1 və 332.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, idarə etdiyi “VAZ 2106” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə əsasında onun sahibliyindədir. 17 noyabr 2025-ci il tarixdə saat 16 radələrində Goranboy şəhəri H. Əİiyev prospektində hərəkət edən zaman qarşısında onunla eyni istiqamətdə hərəkət edən “Mercedes-Benz E220 CDİ” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlamaq üçün saga dönmək üçün sürəti azaltmış və bu zaman o idarə etdiyi avtomobili saxlaya bilməyərək həmin avtomobil arxa hissəsi ilə toqquşmuş, nəticədə avtomobillərə maddi zərər dəymişdir. Nəqliyyat vasitəsini idarə etməyə sücülük vəsiqəsi olmamışdır. Əməlindən peşmandır və məhkəmədən ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş üzrə zərərçəkmiş şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamışdır. Məhkəmə, İXM-in 62.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ƏN-İX seriyalı, 725940 nömrəli, 14 may 2025-ci il tarixli nəqliyyat Aslanov X3 mülkiyyətində olan “VAZ 2106” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün xx.xx.2026-cı il tarixədək Şəxs etibar etmişdir; DİN-nin DYP Web portalından verilmiş çıxarışdan görünür ki, Şəxs sürücülük vəsiqəsi aşkar edilməmişdir; Foroşəkildən gümüşü rəngdə “Mercedes-Benz” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ tərəfində, bamper, baqaj qapağı və sağ arxa fənərin ətrafında əhəmiyyətli dərəcədə əzik və deformasiya görünür; Yol nəqliyyat hadisəsi sxemindən görünür ki, Goranboy şəhəri H. Əliyev prospektində Təhsil şöbəsinin qarşısında “VAZ 2106” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Mercedes-Benz” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil eyni istiqamətdə hərəkətdə olan zaman, öndə hərəkət edən “Mercedes- Benz” minik markalı avtomobil dayanmış və ya sürətini kəskin azaltmış, arxadan gələn “VAZ 2106” markalı avtomobil isə məsafəni gözləməmiş və ya tormozlama rejimini düzgün seçməmiş, nəticədə “Mercedez-Benz” minik markalı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur; Gəncə RQİ və TBŞ tərəfindən verilmiş AD seriyalı 968487 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes-Benz” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X2r; Gəncə RQİ və TBŞ tərəfindən verilmiş AC seriyalı 434648 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2106” markalı **-BK- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X6r; Azərbaycan Repsublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, Şəxs xx.xx.2026-cı il tarixədək ikinci dərəcəli əlildir. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 17 noyabr 2025-ci il tarixdə saat 16:10 radələrində Goranboy şəhəri H. Əliyev prospektində idarə etdiyi “VAZ 2106” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərkən yol nəqliyyat hadisəsi törətməsi və yol nəqliyyat hadisəsinin iştirakçısı olan avtomobilə maddi ziyan vurması, bununla da İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. İXM-in: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 30.2. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir; 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, Şəxs İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 iyun tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci bəndinə əsasən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-in Goranboy Rayon Polis Şöbəsinin DYPB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-2478/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2478/2025
19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver