Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-25/2023 19.01.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu, xx.xx.1989-cu il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Goranboy rayonunun Xoylu kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlbedilməsinə dair iş üzrə Şəxs tərəfindən verilmiş vəsatətə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixli, EQ 10640474 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarı icra etmədiyi üçün Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir ki, o, əvvəllər barəsində qəbul edilmiş yuxarıda göstərilən inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Həmin iş üzrə Goranboy Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 3(045)- 25/2023 nömrəli qərarı ilə Şəxs İXM-in 529.3-cü maddəsi ilə təqsirli bilinərək, nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. Hazırda Şəxs məhkəməyə ünvanladığı vəsatətində həmin qərara xitam verilməsini xahiş etmişdir. Vəsatətə əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, EQ 10640474 nömrəli elektron qərar üzrə həmin tarixdə artıq ödəniş olunmuşdur. İXM-in: 145.1.4-cü maddəsinə uyğun olaraq İXM-ə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim qərarın icrasına xitam verir. İXM-in 145.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına xitam verilməsi barədə hakim tərəfindən qərardad qəbul edilir; 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Sadalananlara, həmçinin İXM-in 152.5-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılmasına dair qərara xitam verilməlidir. Qeyd olunanlara əsasən, İXM-in 40, 43, 114-115, 145 və 152-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs nəqliyyat vasitəsini idarə etmə hüququnun 06 (altı) ay müddətinə məhdudlaşdırılmasına dair Goranboy Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 3(045)-25/2023 nömrəli qərarına xitam verilsin. Şəxs nəqliyyat vasitələrini idarə etmə hüququ bərpa edilsin, sürücülük vəsiqəsi ona geri qaytarılsın. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-25/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-25/2023
19.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver