Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-257/2024 02.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, Goranboy rayonu Əlirzalı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələri ilə olan inzibati xəta haqqında materiallara Goranboy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN seriyalı, ******* №-li, 30 mart 2024-cü il tarixli, 206-cı maddəsi ilə MN seriyalı, ******* №-li, 01 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Goranboy Rayon Məhkəməsi tərəfindən 510-cu maddəsi ilə MN seriyalı, ******* №-li, 30 mart 2024-cü il tarixli, 206-cı maddəsi ilə MN seriyalı, ******* №-li, 01 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati xətalara dair 3(045)-257/2024, 3(045)- 277/2024 saylı işlər bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 206-cı maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə narkotik vasitə qəbul etmişdir. 30 mart 2024-cü il tarixdə itkin düşmə faktı ilə bağlı Goranboy RPŞ-nə çağırılmışdır. O əsəbi olduğundan Goranboy RPŞ-nin qarşısında olarkən polisə hörmətiszlilk etmiş, nalayiq ifadələr işlətmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsinin qarşısında ictimai qaydanı kobud şəkildə pozmuşdur. Belə ki, o polis şöbəsində olarkən onun narkotik təsiri altında olduğuna şübhə yaranmış, onun narkotik qəbul edib-etməməsinin müəyyən edilməsi üçün yoxlamaya göndərilmişdir. Cavab gəldikdən, onun narkotik qəbul etdiyi müəyyən edildikdən sonra onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN seriyalı, ******* №-li, 01 aprel 2024-cü il tarixli protokol cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərara əsasən tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, X5 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə Sadıqov X2 RPŞ-nin inzibati binasının qarşısında olarkən ucadan nalayiq ifadərək ünvanlı, ünvansız söyüşlər söyməyə başlamışdır. Buna görə də onu növbətçi hissəyə təhvil vermişdir. İş materiallarında olan Gəncə şəhəri narkoloji dispanserinin 01 aprel 2024-cü il tarixli ambulator məcburi narkoloji yoxlama rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə 01 aprel 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində İXm-nin 206-cı maddəsinin tərkibi olduğu üçün onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 30 mart 2024cü il tarixli, inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsinin qarşısında ictimai qaydanı kobud şəkildə pozmuşdur. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 01 aprel 2024cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu narkotik vasitələrdən istifadə edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsi üzrə Şəxs xx.xx.2024-cü il tarixdə saat 23:00-da tutulmuşdur. xx.xx.2024-cü il tarixdə saat 23:00-da azad edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsi üzrə Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:30-da tutulmuşdur. xx.xx.2024-cü il tarixdə saat 09:30-da azad edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan Şəxs izahatını, şahid ifadəsini dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 206-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Şəxs əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 206-cı maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda, Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən, onun şəxsiyyətini, nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinə görə təqsiri sübuta yetirildiyindən, sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbs etmənin əvvəli, azadlığının məhdudlaşdırıldığı vaxtdan 30 mart 2024-cü il tarixdən saat 23:00-dan hesablanmalı, qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirici halı nəzərə alıb, barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh növünun aşağı həddə tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub,məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 30 mart 2024-cü il tarixdən saat 23:00-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-257/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-257/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver