Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2571/2025 02.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Goranboy rayonu, Veyisli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayonu, Veyisli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsindən Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı materiallar 02 dekabr 2025-ci il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. 02 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 02 dekabr 2025-ci il tarixdə saat 03:50 radələrində Goranboy şəhəri, Heydər Əliyev prospektində yerləşən “Salehin” çay evinin qarşısında, ictimai yerdə səs-küy salaraq ictimai qayda pozuntusu edərək polisin qanuni tələblərini pozmuşdur. Nəticədə Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X11 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 03:50 radələrində Goranboy RMŞ-nin tağım komandiri X16 və Goranboy RMŞ-nin MMX üzrə qurup rəhbəri X4 şəhəri ərazisində xidməti postları yoxlayarkən Goranboy şəhərində yerləşən ”Salehin" çay evinin qarşısında küçədə dörd nəfər şəxsin ucadan qışqırıb bir nəfərlə mübahisə edərək ünvanlı ünvansız söyüşlər söyüb ictimai qaydanı pozaraq məişət səsküyü yaratdıqlarını görüb onlara yaxınlaşmışlar. RMŞ-nin polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsləri nizam-intizama dəvət etmişlər, lakin adları sonradan onlara məlum olan X12, X23, Şəxs, X18 və X13 onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirmişlər. Bu vaxt RMŞ-da olan tutucu qurup mühafizə polis nəfərləri polis serjantı X21 və polis serjantı Əsgərov Naili köməyə çağırmışla və onlarla birlikdə həmin şəxləri gətirərək barələrində tədbir görülməsi üçün Goranboy RPŞ-nin NH-nə təhvil vermişlər. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 02 dekabr 2025-ci il tarixdə saat təxminən 04 radələrində Goranboy şəhəri ərazisində olduğu zaman “Salehin çay evi” adlı obyektin qarşısında adını bilmədiyi şəxslərin səs-küy saldıqlarını görmüşdür. O, vəziyyəti aydınlaşdırmaq və xoşagəlməz halın qarşısını almaq məqsədilə həmin yerə yaxınlaşmışdır. Ora çatdıqda iki nəfər şəxsin çay evini icarəyə götürən Sülhiyyə Məmmədova ilə mübahisə etdiyini və onun ünvanına nalayiq ifadələr işlətdiyini görmüşdür. O, həmin vaxt heç bir nalayiq ifadələr ifadə işlətməmiş, ictimai qaydanı pozan hərəkət etməmiş, əksinə qarşıdurmanın qarşısını almaq istəməşdir. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər və onu da digər şəxslərlə birlikdə şöbəyə dəvət etmişlər. O, da polisin tələbinə tabe olaraq şöbəyə getmişdir. Yekunda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RMŞ-nin MMX tağım komandiri X16 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 03:50 radələrində Goranboy RMŞ-nin MMX-üzrə qrup rəhbəri X17 ilə birlikdə xidməti postları yoxlayarkən Goranboy şəhərində “Salehin çay evi” adlanan obyektin qarşısında küçədə bir neçə şəxsin ucadan qışqırıb 1 nəfərlə mübahisə edərək ünvanlı-ünvansız söyüşlər söyüb ictimai qaydanı pozaraq məişət səs-küyü yaratdıqlarını görüb onlara yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra həmin şəxsləri nizam-intizama dəvət etmişlər. Həmin vaxt obyekti icarəyə götürən X2 Elçin Mədət oğlunun və X1 və oradan getmələrini tələb etsə də, həmin şəxslər onları nalayiq ifadələrlə təhqir etmişlər. Orada olan Şəxs ictimai qayda pozuntusu etməmiş və onun tələbinə tabe olaraq onunla birlikdə şöbəyə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RMŞ-nin polis nəfəri X21 iş üzrə digər şahid X10 izahatına oxşar izahat verərək sonuncunun dediklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 03:30 radələrində rəfiqələri ilə birlikdə “Salehin çay evi” adlanan obyekti təmizləmək üçün oraya getmişlər. Bu zaman iki nəfər tanımadığı şəxs sərxoş vəziyyətdə obyektə daxil olmuşlar və spirtli içki içmək istədiklərini bildirmişlər. O isə cavabında obyektin fəaliyyət göstərmədiyini dedikdə, həmin şəxslər onunla mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Şəxs digər şəxslərlə birlikdə ona kömək etmək üçün gəlmişlər. Qəəhrəman Əliyev ona nalayiq ifadə işlətməmiş, əksinə ona köməklik etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Goranboy RMŞ-nin tağım komandiri Samir Köçərli, polis nəfərləri Nivar İlyaslı və Nail Əsgərov tərəfindən Goranboy RPŞ-nin rəhbərliyinə ünvanlanmış 02 dekabr 2025-ci tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 03:50 radələrində Goranboy RMŞ-nin MMX üzrə qurup rəhbəri X17 ilə birlikdə xidməti postları yoxlayarkən Goranboy Şəhərində ”Salehin çay evi" adlanan obyektin qarşısında küçədə 4 nəfər şəxsin ucadan qışqırıb bir nəfərlə mübahisə edərək ünvanlı ünvansız söyüşlər söyüb içtimai qaydanı pozaraq məisət səs-küyü yaratdıqlarını görüb onlara yaxınlaşmışlar. Özlərini təqdim edib həmin şəxsləri nizam-intizama dəvət etmişlər və sonradan adları məlum olan X12, X23, Nağıyev Mirməhəmməр Mirhüseyn oğlu, X18 və X13 onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirmişlər. Bu vaxt RMŞ-da olan tutucu qurup mühafizə polis nəfərləri polis serjantı X21 və polis serjantı Əsgərov Naili köməyə çağırmışlar. Onlarlıa birlikdə həmin vətəndaşları gətirərək barələrində tədbir görülməsi üçün Goranboy RPŞ-nin NH-nə təhvil vermişlər. Odur ki, X3 Asəf Nazim oğlu Şəxs X18 və X13 barələrində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişlər. “İnzibati qaydada tutma haqqında” 02 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 06:00-da inzibati qaydada tutulmuşdur; xx.xx.2025-ci il tarixli, 271 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs həmin tarixdə ayıq (0.000 %) olmuşdur. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilmişdir. İzah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə qeyd edir ki, təqdim edilən sənədlərdən, həmçinin məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarından Şəxs tərəfindən ictimai qaydanın pozulmasına yönələn hərəkətlər edilməsi öz təsdiqini tapmır. Belə ki, ictimai qaydanı pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. 02 dekabr 2025-ci il tarixdə Goranboy şəhəri H. Əliyev prospektində Şəxs hərəkətləri nəticəsində aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən xırda xuliqanlıq edilməsi göstərilsə də, bu pozuntunun konkret olaraq hansı hərəkətlərdə ifadə olunması və onun hərəkətlərinin ictimai qaydanın pozulmasına yönəlməsinin özünü nədə göstərməsi aydın deyil. Həmçinin, inzibati xəta haqqında protokolda Şəxs xırda xuliqanlıq etməsi göstərilsə də, məhkəmə iclasında belə bir hal öz təsdiqini tapmamışdır. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən hadisə vaxtı ictimai qaydanı pozan hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz (İXM-in 8-ci maddəsi). Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə vaxtı Şəxs ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi sübuta yetirilmir. Odur ki, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş 02 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolun İXM-in 510-cu maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraatına xitam verilməlidir. Məhkəmə 02 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inizbati xəta haqqında protokolun İXM-in 535.1-ci maddəsi hissəsinə dair qeyd edir ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs 02 dekabr 2025-ci il tarixdə Goranboy şəhəri H. Əliyev prospektində, polisin qanuni tələbinə qəsdən tabe olmaması məhkəmə iclasında sübuta yetirilmir. Məhkəmə ilk növbədə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan hallara yol verilməsi sübutlarla istisna edilir. Beləliklə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə belə bir nəticəyə gəlir ki, Şəxs 02 dekabr 2025-ci il tarixdə polisin göstərişinə baxmayaraq, yüksək səslə danışması İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə vaxtı Şəxs polis işçisi və ya hərbi qulluqçunun ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, onun tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilmir. Odur ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində tərtib edilmiş 02 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolun İXM-in 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraatına xitam verilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində başlanmış İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-in 40, 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən tərtib edilmiş 02 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola üzrə inzibati xəta haqqında işin icraatına xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-2571/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2571/2025
02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver