Məhkəmə qərarları › İş №3(045)-2574/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2574/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2574/2025 02.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X30 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi polis mayoru X8, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Kəlbəcər rayonun, Çəpli kəndində qeydiyyatda olan və Goranboy rayonunun Qarasüleymanlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsindən Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı materiallar 02 dekabr 2025-ci il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. 02 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 02 dekabr 2025-ci il tarixdə saat 03:50 radələrində Goranboy şəhəri, Heydər Əliyev prospektində yerləşən “Salehin” çay evinin qarşısında, ictimai yerdə səs-küy salaraq ictimai qayda pozuntusu edərək polisin qanuni tələblərini pozmuşdur. Nəticədə Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X12 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 03:50 radələrində Goranboy RMŞ-nin tağım komandiri X16 və Goranboy RMŞ-nin MMX üzrə qurup rəhbəri X4 şəhəri ərazisində xidməti postları yoxlayarkən Goranboy şəhərində yerləşən ”Salehin" çay evinin qarşısında küçədə dörd nəfər şəxsin ucadan qışqırıb bir nəfərlə mübahisə edərək ünvanlı ünvansız söyüşlər söyüb ictimai qaydanı pozaraq məişət səsküyü yaratdıqlarını görüb onlara yaxınlaşmışlar. RMŞ-nin polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsləri nizam-intizama dəvət etmişlər, lakin adları sonradan onlara məlum olan Şəxs Mədəd oğlu, X23, X5, X18 və X13 onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirmişlər. Bu vaxt RMŞ-da olan tutucu qurup mühafizə polis nəfərləri polis serjantı X21 və polis serjantı Əsgərov Naili köməyə çağırmışla və onlarla birlikdə həmin şəxləri gətirərək barələrində tədbir görülməsi üçün Goranboy RPŞ-nin NH-nə təhvil vermişlər. Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların tərkibi olduğundan onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, 02 dekabr 2025-ci il tarixdə saat təxminən 04 radələrində dostu X23 ilə Goranboy şəhərində yerləşən “Salehin çay evi” adlı ictimai-iaşə obyektinə getmişlər. Obyektə daxil olduqda çay evinin fəaliyyət göstərmədiyini, yalnız bir nüçı nəfərin təmizlik işləri ilə məşğul olduğunu görmüşlər. Buna baxmayaraq o spirtli içki istədiyini bildirmiş, lakin orada çalışan işçi çay evinin fəaliyyət gösərmədiyini və müştəri qəbulu olmadığını ona bildirmişdir. Spirtli içkinin təsiri altında olduğu üçün və etdiyi hərəkətləri dərk etmədiyi üçün uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra həmin yerə polis əməkdaşları gəlmişlər və onları polis şöbəsinə dəvət etmişlər. Qeyd edir ki, o polis əməkdaşlarının heç bir qanuni tələbinə qarşı çıxmamışdır. Hazırda etdiyi əməldən peşmandır. Yekunda məhkəmədən onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RMŞ-nin MMX tağım komandiri X16 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 03:50 radələrində Goranboy RMŞ-nin MMX- üzrə qrup rəhbəri X17 ilə birlikdə xidməti postları yoxlayarkən Goranboy şəhərində “Salehin çay evi” adlanan obyektin qarşısında küçədə 4 nəfər şəxsin ucadan qışqırıb 1 nəfərlə mübahisə edərək ünvanlı-ünvansız söyüşlər söyüb ictimai qaydanı pozaraq məişət səs-küyü yaratdıqlarını görüb onlara yaxınlaşmışlar. Özlərini təqdim etdikdən sonra həmin şəxsləri nizam-intizama dəvət etmişlər. Həmin vaxt obyekti icarəyə götürən X3 Elçin Mədət oğlunun və X1 və oradan getmələrini tələb etsələr də, həmin şəxslər onları nalayiq ifadələrlə təhqir etmişlər. Bundan sonra o, Şəxs digər şəxslərlə birlikdə Goranboy RPŞ-yə gətirmiş və növbətçi hissəyə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RMŞ-nin polis nəfəri X21 iş üzrə digər şahid X11 izahatına oxşar izahat verərək sonuncunun dediklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 03:30 radələrində rəfiqələri ilə birlikdə “Salehin çay evi” adlanan obyekti təmizləmək üçün oraya getmişlər. Bu zaman iki nəfər tanımadığı şəxs sərxoş vəziyyətdə obyektə daxil olmuşlar və spirtli içki içmək istədiklərini bildirmişlər. O isə cavabında obyektin fəaliyyət göstərmədiyini dedikdə, həmin şəxslər onunla mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Şəxs və Asəf Həsənov onu nalayiq ifadələrlə təhqir etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Goranboy RMŞ-nin tağım komandiri Samir Köçərli, polis nəfərləri Nivar İlyaslı və Nail Əsgərov tərəfindən Goranboy RPŞ-nin rəhbərliyinə ünvanlanmış 02 dekabr 2025-ci tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 03:50 radələrində Goranboy RMŞ-nin MMX üzrə qurup rəhbəri X17 ilə birlikdə xidməti postları yoxlayarkən Goranboy Şəhərində ”Salehin çay evi" adlanan obyektin qarşısında küçədə 4 nəfər şəxsin ucadan qışqırıb bir nəfərlə mübahisə edərək ünvanlı ünvansız söyüşlər söyüb içtimai qaydanı pozaraq məisət səs-küyü yaratdıqlarını görüb onlara yaxınlaşmışlar. Özlərini təqdim edib həmin şəxsləri nizam-intizama dəvət etmişlər və sonradan adları məlum olan Şəxs Mədəd oğlu, X23, Nağıyev Mirməhəmməр Mirhüseyn oğlu, X18 və X13 onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkətlərini davam etdirmişlər. Bu vaxt RMŞ-da olan tutucu qurup mühafizə polis nəfərləri polis serjantı X21 və polis serjantı Əsgərov Naili köməyə çağırmışlar. Onlarlıa birlikdə həmin vətəndaşları gətirərək barələrində tədbir görülməsi üçün Goranboy RPŞ-nin NH-nə təhvil vermişlər. Odur ki, İsgəndərov X19 Asəf Nazim oğlu X2 Qəhrəman Akif oğlu və X13 barələrində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişlər. “İnzibati qaydada tutma haqqında” 02 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 06:00-da inzibati qaydada tutulmuşdur; xx.xx.2025-ci il tarixli, 274 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs həmin tarixdə yüngül dərəcəli (0.152 %) sərxoş olmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahidin izahatı, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilmişdir. İzah edilmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 02 dekabr 2025-ci tarixdə Goranboy şəhəri, H. Əliyev küçəsində yerləşən “Salehin çay evi” adlanan obyektin qarşısında ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək uca səslə nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı Şəxs polisin hansı qanuni tələbini pozmasını, yəni onun tərəfindən qəsdən tabe olmamanın hansı hərəkətlərində özünü göstərməsi müəyyən olunmur. Yəni, məhkəməyə onun İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin üzərinə düşmədiyindən və məhkəməyə Şəxs tərəfindən hadisə vaxtı polisin qanuni tələbinə tabe olmamasını təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırkı protokol əsasında Şəxs İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz (İXM-in 8-ci maddəsi). Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, hadisə vaxtı Şəxs 02 dekabr 2025-ci tarixdə, Goranboy şəhəri, H.Əliyev küçəsində yerləşən “Salehin çay evi” adlanan obyektin qarşısında polisin qanuni tələbinə tabe olmaması sübuta yetirilmir. Odur ki, Şəxs hərəkətlərində polisin qanuni tələbinə tabe olmamasına dair inzibati xəta tərkibi olmadığından, barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş 02 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokolun İXM-in 535.1-ci maddəsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8.3-cü maddəsi). İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanın sərxoş törədilməsini ağırlaşdıran hal kimi müəyyən edir. İXM-in 53.0, 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Əməlində İXM-in 535.1-ci maddəsinin inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş 02 dekabr 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun İXM-in 535.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraatına xitam verilsin. Həbsetmənin əvvəli 02 dekabr 2025-ci il tarixdən, saat 06:00-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X32

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar