Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-2575/2025 03.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə materialın geri qaytarılmasına dair) Mən, Goranboy Rayon Məhkəməsinin hakimi X2 Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.3-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 539.3cü maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli, 28 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol natamam tərtib olunmuşdur. Belə ki, Əmək Müfəttişliyi tərəfindən protokolda hüquqi şəxsə ünvanlanmış məktubun icra edilmədiyi qeyd edilmişdir. Lakin, protokolda və iş materiallarında məktub göndərildiyi qeyd edilsə də, iş materiallarına buna dair sübut, yəni məktubun çatdırılmasını təsdiq edən xəbərnaməli poçt qəbzi və ya çadırılmanı təsdiq edən digər sənəd əlavə edilməmişdir. Bununla da, hüquqi şəxsə ünvanlandığı qeyd edilən məktubun həqiqətən çatdırılmasını müəyyən etmək mümkün olmamışdır. 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir; 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edirəm ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material natamam olduğundan İXM-in 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X1 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 539.3cu maddəsi ilə tərtib olunmuş MN ******* nömrəli, 28 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Qərardad qətidir, şikayət və protest verilə bilməz. X4
Məhkəmə qərarları › İş №3(045)-2575/2025
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-2575/2025
03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver