Məhkəmə qərarları › İş №3(045)-2576/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2576/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2576/2025 02.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X14 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Göygöl rayonu Köşkü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər rayonu, Yanşaq kəndində qeydiyyatda olan və Göygöl rayonu Köşkü kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206, 232-1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində İXM-in 206, 232-1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 02 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 02 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində narkotik vasitənin təsiri altında olduğu aşkar edilmişdir. Nəticədə Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. MN seriyalı ******* nömrəli, 02 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23:00 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsində küçədə söyüşlər söyərək və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. MN seriyalı ******* nömrəli, 02 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2025-cü il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində Goranboy RPŞ-nin balansında olan “Fiat Doblo” markalı, **-PC-*** dövlət nömrə nişanlı patrul avtomobili arxa hissədən qəsdən vurmuşdur. Nəticədə Şəxs İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X4 inzibati xəta haqqında protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Goranboy RPŞnin PPXB-nün polis nəfərləri polis serjantları Sərxan Məmmədov və X11 rayonu Qızılhacılı qəsəbəsində xidmətdə olan zaman qəsəbənin mərkəzi küçəsində adı sonradan onlara məlum olan Şəxs idarə etdiyi “KAMAZ” markalı ** BA *** dövlət nömrə nişanlı yük avtomobili tərəfindən saxlanılmış və avtomobilə baxış keçirilən zaman “KAMAZ” markalı yük avtomobilin yük yerində aliminium, mis və metal qırıntıları aşkar edilmişdir. Polis əməkdaşları vətəndaş Şəxs yaxınlaşaraq özlərini təqdim edən zaman Şəxs ucadan səs-küy salıb ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Polis əməkdaşları Şəxs nizam-intizama dəvət etsələr də, sonuncu polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qərəzli hərəkələrini davam etmişdir. Bundan sonra Şəxs özünə məxsus “KAMAZ” markalı avtomobilinə əyləşərək idarə etdiyi yük avtomobilini polis əməkdaşlarının üzərlərinə sürmüş və Goranboy RPŞ-nin balansında olan "Fiat Doblo" markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq hadisə yerindən uzaqlaşmışdır. Daha sonra Şəxs məxsus “KAMAZ” markalı yük avtomobili Goranboy rayonu Yolqulular kəndi ərazisində aşkar edilmişdir. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəxs yeri məlum olunaraq, tutulmuş və Goranboy RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Bununla bağlı RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılmış və Şəxs izahatı alınan zaman onun narkotik maddə təsiri altında olduğu şübhəsi yaranmışdır. Buna görə də Şəxs narkoloji ekspertizadan keçirilmiş və onun narkotik maddədən istifadə etdiyi aşkar edilmişdir. Şəxs hərəkətlərində İXM-in 206, 232-1, 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokollar tərtib edilmişdir. Əlavə olaraq da qeyd edir ki, Şəxs əvvəldə başqa məhkəmələrdə analoji xarakterli inzibati xətalara görə məsuliyyətə cəlb olunmuş, lakin barəsində tətbiq edilmiş inzibati tənbeh tədbirləri məqsədinə çatmamış və göründüyü kimi Valeh Yusbli islah olunmamışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 206, 232-1, 510 və 535.1 maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, özünə məxsus “KAMAZ” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını idarə etməklə işğaldan azad olunmuş Ağdərə rayonu ərazisinə daxil olaraq həmin ərazidən müxtəlif növ əlvan və qara metal tullantılarını toplayıb satış məqsədilə qanunsuz şəkildə avtomobilə yükləmişdir. xx.xx.2025-ci il tarixdə o, üzərində su çəni quraşdırılmış kimi göstərilən, lakin faktiki olaraq içərisinə metal yüklənmiş qeyd edilən avtomaşını Ağdərə rayonundan çıxararaq Gəncə şəhəri istiqamətində idarə etmişdir. Avtomaşını ilə Goranboy rayonu, Qızılhacılı qəsəbəsindən keçdiyi zaman həmin ərazidə xidmət aparan PPXB-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılma zamanı polis əməkdaşlarının yük yerində metal daşıdığını aşkar etdiklərini görmüş və həmin yerdən uzaqlaşmaq məqsədilə yenidən avtomobilə minmiş və idarə etməklə qaçmağa cəhd göstərmişdir. Bu zaman onun qarşısında dayanmış “Fiat Doblo” markalı avtomaşının arxa hissəsinə toxunaraq zərbə yetirmiş, daha sonra hadisə yerindən yüksək sürətlə uzaqlaşmışdır. O, sonradan Goranboy rayonu, Yolqulular kəndi ərazisində avtomobili tərk etmiş və oradan yayınaraq qaçmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən tutulmuş və tutulan zaman uca səslə səs-küy salaraq ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdir. O, narkotik vasitəsnin təsiri altında olduğu üçün polis əməkdaşlarının qanuni tələbinə də tabe olmamışdır. Hazırda etdiyi əməlindən çox peşman olduğu üçün məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nün polis nəfəri X7 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 23 radələrində Goranboy RPŞ-nin PPXBnün polis nəfəri polis serjantı Cuma Fərmanlı ilə birlikdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində xidmətdə olan zaman qəsəbənin mərkəzi küçəsində adı sonradan onlara məlum olan Şəxs idarə etdiyi “KAMAZ” markalı ** BA *** dövlət nömrə nişanlı yük avtomobili tərəfindən saxlanılmış və avtomobilə baxış keçirilən zaman “KAMAZ” markalı yük avtomobilin yük yerində aliminium, mis və metal qırıntıları aşkar edilmişdir. Onlar vətəndaş Şəxs yaxınlaşaraq özlərini təqdim edən zaman Şəxs ucadan səs-küy salıb ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə başlamışdır. Onlar Şəxs nizam-intizama dəvət etsələr də sonuncu polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq qərəzli hərəkələrini davam etmişdir. Bundan sonra Şəxs özünə məxsus “KAMAZ” markalı avtomobilinə əyləşərək idarə etdiyi yük avtomobilini onların üzərlərinə sürmüş və Goranboy RPŞ-nin balansında olan "Fiat Doblo" markalı ** PC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vuraraq hadisə yerindən uzaqlaşmışdır. Daha sonra Şəxs məxsus “KAMAZ” markalı yük avtomobili Goranboy rayonu Yolqulular kəndi ərazisində aşkar edilmişdir. Goranboy RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində Şəxs yeri məlum olunaraq, tutulmuş və Goranboy RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismindı dindirilmiş Goranboy RPŞ-nin PPXB-nün polis nəfəri X8 iş üzrə digər şahid X3 izahatına oxşar izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 02 dekabr 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 206, 232-1, 510 və 535.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X1 məcburi-narkoloji tibbi yoxlama haqqında 02 dekabr 2025-ci il tarixli, 1901 nömrəli rəyindən görünür ki, Şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktini qeydiyyata alınması məsləhət görülür; "xxxx" QSC tərəfindən verilmiş 189 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Fiat Doblo” markalı, **-PC-*** dövlət nömrə nişanlı avtomobilə usta pulu ilə birlikdə 915 manat maddi ziyan vurulması müəyyən edilmişdir; Göygöl Rayon Məhkəməsinin 3(066)-148/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Yusibli X5 Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və Azərbyacan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə 150 ( bir yüz əlli) manat cərimə edilmişdir; Kəlbəcər Rayon Məhkəməsinin 3(040)-291/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Yusibli X5 Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır; Goranboy Rayon Məhkəməsinin 3(045)-929/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinmiş və həmin məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 3(040)-99/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Yusibli X5 Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və onun nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır; Tərtər Rayon Məhkəməsinin 3(061)-812/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilmişdir. Şəxs xx.xx.2024-cü il saat 18:00-dan inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 200 manat cərimə inzibati tənbehi azaldılaraq cərimənin məbləği 100 (bir yüz ) manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı ilə yanaşı işdə olan ekspert rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, İXM-in 206-cı maddəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində uca səslə nalayiq ifadələr işlədərək ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə X6 İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə münasibətdə qeyd edir ki, X9 xx.xx.2025-ci il Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsinin balansında olan “Fiat Doblo” markalı, **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən qəsdən vuraraq avtomobilə 950 manat məbləğində maddi ziyan vurması və bununla da, İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etiraf edici izahatı və əlavə sübutlarla tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən törətdiyi inzibati xətanı etiraf edib peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 206, 232-1, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhəri X1 məcburi-narkoloji tibbi yoxlama haqqında 02 dekabr 2025-ci il tarixli, 1901 nömrəli rəyini nəzərə alaraq Şəxs ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Belə ki, İXM-in: 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir; 37.3-ci maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Qeyd olunanlara əsasən, İXM-nin 40.0.1, 43, 48-51, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 232-1, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 02 dekabr 2025-ci il tarixdən saat 18:50-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. İnzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinə əsasən o, ərazi narkoloji dispanserində profilaktik qeydə alınsın. Vurulmuş 950 manat mələğində maddi ziyan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tutularaq zərərçəkmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə ödənilsin. Qərarın “vurulmuş maddi ziyanın ödənilməsi” hissəsində icrası Şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar