Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-259/2023 03.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Balakən rayonunun Ağamalıoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Goranboy rayonunun Ağamalıoğlu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon prokurorluğundan daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X3 24 mart 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X8 tərəfindən MN seriyalı ******* nömrəli, 03 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində Goranboy rayonunun Düzqışlaq kəndində yaşayan Şəxs Cavaşir oğlu şəxsi münasibətlərin pozulması nəticəsində baş vermiş mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Məhkəmə iclasında Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayonunun Düzqışlaq kənd sakini Zərərçəkmiş şəxs DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminə müraciət edərək Şəxs onu döyməsi barədə məlumat vermişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs Cavaşir oğlu barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 03 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, Goranboy rayonunun Düzqışlaq kəndində yaşayır. X6 onun qonşusudur. İş üzrə Zərərçəkmiş şəxs isə Çimnazın qızıdır. O hazırda yaşadığı həyətə bitişik olan həyəti almışdır və arvadı X1 adına sənədləşdirmişdir. Həmin həyətin ərazisi ilə bağlı Çimnazla mübahisələri olmuşdur. Belə ki, ona məxsus həyətin 1 metri ona məxsus olduğunu və ondan həmin yerdən yer verilməsini tələb etmişdir. O isə Çimnaza demişdir ki, həmin yer onundur və yerə aid arvadının adına sənədlər var. Bir müddət öncə aralarında olan setkanı Çimnaz sökdürmüşdür. xx.xx.2023cü il tarixdə isə ona heç bir xəbər vermədən, özlərini torpaq şöbəsinin işçiləri kimi təqdim edən, ancaq ona bu barədə heç bir məlumat verməyən şəxslər onunla Çimnaz arasında həmsərhəd ərazisində ölçmə işləri aparırlar və yerin baş hissəsinə nişangah (kolişka) basıdırmışlar. Bu səbəbdən Çimnazın qızı Gülnarla mübahisələri olmuşdur. Mübahisə zamanı Gülnara hər hansı xəsarət yetirib-yetirməməsini xatırlamır. Özü ağır şəkərli diabet və baş beyin üzvü xəstəliyindən əziyyət çəkir. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbiri təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, X6 onun anasıdır. Anasının qonşuluğunda Şəxs adlı şəxs var. İbrahimlə anasının münasibəti əvvələr yaxşı olub, lakin son zamanlar İbrahim bir neçə ilə öncə anasının qonşuluğunda məhlə almışdır. İbrahim onun anasının həyətinin bir hissəsinə düşən təxminən 60 sm məsafənin ona aid olmasını iddia edir. Buna görədə onlar Bərdə ərazi idarəsinə müraciət edərək yerlərinin ölçülməsi üçün adam dəvət etmişlər. Həmin vaxt İbrahim ora gəlmişdir. İbrahim ölçü işlərinin aparılmasına imkan verməmişdir. Buna görə onlar zəng edərək həmin yerə kəndin sahə rəisini və onun köməkçisini çağırmışlar. Ölçü işləri aparılan zaman müəyyən onundu ki, onların yerləri onlar iddia etdikləri yerdəndir. Həmin vaxt İbrahim razılaşmamış və müdaxilə etməyə başlamışdır, onu təhqir etmiş və əli ilə vurmuşdur və sağ boyun nahiyəsini sıxıb ona fiziki ağrılar yetirmişdir. Hal-hazırda Şəxsla aralarında barışıq yoxdur və barışmaq fikrində də deyildir. Yekunda məhkəmədən onun barəsində tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Onun Goranboy rayonu Düzqışlaq kəndində 20 ha pay torpaq sahəsində fərdi yaşayış evi var. Maddi vəziyyəti pisdir. Ona görədə bir müddən öncə evi ilə qonşuluqda olan yer arasında olan setka hasarı sökmüşdür. Daha sonra həmin torpa sahəsini bir ev ondan kənarda olan qonşusu Şəxs arvadının adına almışdır. İbrahim həmin həyəti alandan sonra onlarla münasibəti pisləşmişdir. İbrahim onun məhləsi ilə evinin yanında olan təxminən 1 metrdən 60 sm-dək olan yeri bir neçə metr uzununda setka çəkərək zəpt etmişdir. O isə İbrahimə bildirmişdir ki, onun 60 sm yerini qaytarsın ki o da həmin yerdən öz hesabına dəmir çəkdirsin, həmçinin onun orda olan evinin pəncərələridə İbrahimin həyətinə tərəfə baxmasın. Ancaq İbrahim onunla hər dəfə mübahisə yaradaraq buna imkan vermir. Buna görədə o Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 7 saylı Bərdə ərazi İdarəsinə müraciət etmişdir və xx.xx.2023-cü il tarixdə ordan gələn nümayəndə yerində ölçü işləri apardıqları zaman ora gələn İbrahim ölçmə işləri aparan şəxslərlə və onlarla mübahisə etməyə başlamış, onların işinə manelər yaratmış, ona görədə o kəndlərində xidmət edən sahə rəisini və onun köməkçisini çağırmışdır. Onların yanında İbrahim qızı Gülnarla mübahisə yaratmış və Gülnarın sinə və boyun nahiyəsinə əli ilə vurmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X5 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 96 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) – boyunun sağ yan səthinin, sağ bazunun və döş qəfəsinin səthinin qançırları KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə yumruqla vurulma zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir; İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmaqla elan edilmiş Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X3 24 mart 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs özünü qismən təqsirli bilməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Məhkəmə, iş üzrə toplanmış sübutlara, şahidin izahatına, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən əməli qismən etiraf etməsini, əməlindən peşman olmasını, şəkərli diabet və baş beyin üzvü xəstəsi olmasını onun məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-259/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-259/2023
03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver