Məhkəmə qərarları › İş №3(045)-264/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-264/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-264/2025 20.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X1 Məhəmməd oğlunun sədrliyi Məmmədova Nurcan İlham qızının katibliyi Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2025-ci il tarixdə 20:36 radələrində idarə etdiyi GEELY MK minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoşluq vəziyyətində idarə etmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis X2 Xidmətinin nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmasına baxmayaraq məhkəməyə gəlməməsinə qiymət verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilərək avtomobili sərxoş idarə etdiyini bildirdi. İş materiallarından göründüyü kimi inzibati xəta törətmiş şəxs Şəxs əməli tərtib olunmuş protokol, sərxoşluq vəziyyətininin tibbi müayinəsi haqqında protokolla və digər sənədlər ilə tam sübuta yetirilir. İş materiallarındakı xx.xx.2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs narkotik sərxoşluq vəziyyəti müəyyən olunmuşdur. İş materiallarındakı nəqliyyat vasitəsinin saxlanca qəbul aktından görünür ki, GEELY MK minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomaşın nəqliyyat vasitələrinin mühafizə olunan duracağına yerləşdirilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzrədə tutulmuş inzibati xətanı törətməsi, Şəxs izahatı, inzibati xəta haqqında protokol və işdə olan digər materiallarla tam sübuta yetirilir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini,inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə – altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Bunlara əsasən məhkəmə hesab edir ki, Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin sanksiyası həddində, nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cəzalandırılmalıdır. Nəqliyyat vasitələrinin mühafizə olunan duracağında saxlanılan GEELY MK minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomaşın qanuni sahibinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 49-51, 114, 128-131, 333.1-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinsin və nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Nəqliyyat vasitələrinin mühafizə olunan duracağında saxlanılan GEELY MK minik markalı ** NH *** dövlət qeydiyyat nişanlı avtomaşın qanuni sahibinə qaytarılsın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 329.3 və 342.5-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Goranboy Rayon Polis X3 Polis Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Goranboy rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar