Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2663/2025 10.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) X28 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X6, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Goranboy rayonu Qızılhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonu Qızılhacılı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X16 tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 10 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 09 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 06 dekabr 2025-ci il tarixdə, saat 17 radələrində Goranboy şəhəri 59-cu kvartalda ictimai qaydanı pozmuşdur. Nəticədə Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X16 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Goranboy rayon Safikürd kənd sakini X2, Yevlax rayon Aran qəsəbə sakinləri X3 və X4 Azərbaycan Respublikası DİN-in “102” çağrı mərkəzinə habelə Goranboy RPŞ-nin rəhbərliyinə Şəxs onları təhqir etməsi ilə bağlı şikayətləri daxil olmuşdur. Daxil olmuş müraciətlər əsasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 06 dekabr 2025-ci il tarixdə Goranboy şəhəri 59-cu kvartalda yerləşən Pambıq zavodunun qarşısında X9, Şəxs ilə birlikdə işçilərə qarşı təhqiredici ifadələr işlətmişlər. Buna görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o Goranboy rayon Pambıq İstehsalı və Tədarükü Məntəqəsində aparıcı-mühəndis mexanik vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixdə fermer X10 telefon vasitəsilə müraciət edərək pambığın daşınması üçün qoşqulu traktor istəmişdir. O, da pambığın yığılması üçün qoşqulu traktoru fermerin ünvanına göndərilməsini təmin etmişdir. xx.xx.2025-ci il tarixdə pambıq məntəqəyə gətirilmiş və məntəqədə aparılmış laborator analiz nəticəsində müəyyən edilmişdir ki, pambığın tərkibində kənar qarışıqlar, o cümlədən torpaq, daş mövcuddur. Bu səbəbdən pambığın müvafiq standartlara uyğun olmadığı fermerə izah edilmiş, pambığın aparılaraq təmizlənməsi təklif olunmuşdur. Lakin, fermer ilkin mərhələdə pambığın məntəqədən aparılmasından imtina etmişdir. Təxminən 3-4 gün sonra X27 Mərkəzinin Goranboy filialının nümayəndələri məntəqəyə dəvət olunmuş, onlar tərəfindən aparılmış təkrar laborator analiz zamanı da pambığın standartlara uyğun olmadığı müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə fermer X2 pambığını əl əməyi ilə yığan şəxslər məntəqəyə gələrək yığdıqları pambığın pulunun ödənilməsini tələb etmişlər. Onlara izah edilmişdir ki, yığılan pambığın pulunun ödənilməsi fermerin öhdəliyindədir. Eyni zamanda bildirilmişdir ki, pambıq təmizləndikdən və aidiyyəti nümayəndələr tərəfindən baxış keçirildikdən sonra standartlara uyğun olduğu halda qəbul ediləcək, qəbul edilmiş xam pambığın dəyəri isə fermer Fəxriyyə Qənbərovanın hesabına köçürüləcək və fermer tərəfindən işçilərə ödəniləcəkdir. Əlavə olaraq bildirir ki, X7, X8 və X11 xx.xx.2025-ci il tarixdə səhər saat 10:00-12:00 radələrində pambıq məntəqəsinin qarşısında görmüşdür. Lakin, axşam saat 17:00 radələrində həmin şəxslərlə qarşılaşmamış və onlara qarşı hər hansı təhqiredici ifadə işlətməmiş, çünki həmin vaxt məntəqədə olmamışdır. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X13 izahatında göstərdi ki, o, X14, X17, X12 və digər şəxslərlə birlikdə Goranboy rayonu Səfikürd kəndində X5 məxsus əkin sahəsində təxminən 3,5 ton pambığı əl əməyi ilə yığmışlar. xx.xx.2025-ci il tarixdə yığılmış pambıq Goranboy şəhəri 59-cu kvartalda yerləşən X19 və Tədarükü məntəqəsinə təhvil verilmək üçün təqdim edilmiş, lakin məntəqə işçiləri tərəfindən onlara “4-cü sort pambığın qəbul edilmədiyi” bildirilmişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə pambığın təmizlənərək yenidən gətirilməsi tələb olunmuşdur. Bununla əlaqədar pambıq sahəyə aparılaraq təmizlənmişdir. xx.xx.2025-ci il tarixdə məntəqənin Elşən adlı işçisi ilə telefon əlaqəsi saxlanılaraq pambığın daşınması üçün traktor qoşqusu istənilmiş, lakin Elşən, qoşqu verməkdən imtina etmişdir. Bundan sonra onlar sahədən məntəqəyə getmişlər. Həmin vaxt Elşən adlı işçi onların ünvanına nalayiq və təhqiredici ifadələr işlətmiş, pambığın qəbul edilməyəcəyini bildirmişdir. Onlar pambığın neçə gün ərzində ağır əl əməyi ilə yığıldığını izah etsələr də sonuncu rüsvayedici ifadələr işlətmiş, həmçinin “getməsəz qoşqunu üstünüzə sürəcəyəm” deyə onlara hədə-qorxu gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Fəxriyyə Zülfü qızı və X17 iş üzrə digər şahid X4 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X10 tərəfindən Goranboy RPŞ-nin rəhbərliyinə ünvanlanmış 09 dekabr 2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə Goranboy rayon Pambıq İstehsalı və Tədarükü məntəqəsinin Elşən və Cəlal adlı işçiləri onun pambığını təhvil götürməmişlər və işçilərini təhqir etmişlər. Cəlal və Elşən barəsində qanuni tədbir görülməsini xahiş etmişdir; Goranboy RPŞ-nin NH-nin məsul növbətçisi Elşad İsmayılov tərəfindən Goranboy RPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:28 dəqiqədə RPŞ-nin növbətçi hissəsinə Azərbaycan Respublikası ikası DİN-nin 102 xidmətindən daxil olmuş (**********) (Digər) məlumatda göstərilmişdir ki, Yevlax rayonu Aran 1 qəsəbə sakini X14 ***-***-**-** mobil nömrəsindən zəng edərək, (hadisə yeri Goranboy rayonu Kəpənəkçi kəndi pambıq zavodu) pambıq yığımı ilə məşğul olması 900 manat əmək haqqının verilməməsini bildirdi. Fəxriyyə adlı qadını rəhbərliyi. Vətəndaşla birlikdə bir neçə qadın işçinin olmasını bildirdi. Odur ki, adiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; Goranboy RPŞ-nin NH-nin məsul növbətçisi Elşad İsmayılov tərəfindən Goranboy RPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:07 dəqiqədə RPŞ-nin növbətçi hissəsinə Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən (1251193 (**********) (münaqişə) məlumatda göstərilmişdir ki, X18 ətindən daxil olmuş Ramiz qızı ***-***-**-** mobil nömrəsindən zəng edərək, (hadisə yeri ünvan 3 ünvanda pambıq yığması Elşən (055-500- 51-35) adlı şəxs tərəfindən əmək haqqının verilməməsini bildirdi. xx.xx.2025-ci il tarixdə saat 17:13 dəqiqədə Cəlal adlı şəxsin sərxoş vəziyyətdə qeyd olunan ünvanda münaqişə yaratmasını və vətəndaşı təhqir etməsini bildirdi. Odur ki, adiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının və şahidin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini özü etiraf etməsə də, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs 27 oktyabr 2024cü tarixdə ictimai yerdə, yəni Goranboy rayon Veyisli qəsəbəsində yaşadığı ev06 dekabr 2025-ci il tarixdə, saat 17 radələrində Goranboy şəhəri 59-cu kvartalda uca səslə nalayiq ifadələr işlətməsi, bununla da ictimai qaydanı pozması - xırda xuliqanlıq etməsi məhkəmə iclasında araşdırılan sübutlarla təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 06 dekabr 2025-ci il tarixdə, saat 17 radələrində Goranboy şəhəri 59-cu kvartalda uca səslə nalayiq ifadələr işlətmiş, bununla da ictimai qaydanı pozmuş cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatına tənqidi yanaşır və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi qənaətinə gəlir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidin ifadələri və işdə olan digər sübutlarla tam təkzib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdiyi xüsusatlar məhkəmədə araşdırılan sübutlarla tam təkzib olunur. Belə ki: - İXM-in 76.1-ci maddəsinin tələblərinə əsasən sübut hesab olunan inzibati xəta haqqında protokolda Şəxs 06 dekabr 2025-ci il tarixdə, saat 17 radələrində Goranboy şəhəri 59-cu kvartalda ictimai yerdə uca səslə səs-küy salaraq ictimai qaydanı pozması göstərilmişdir; - Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 qızı, X14, X10 və X17 izahatlarında Şəxs 2706 dekabr 2025-ci il tarixdə, saat 17 radələrində Goranboy şəhəri 59-cu kvartalda uca səslə səs küy salaraq onların ünvanına nalayiq ifadələr işlətməsini göstərmişlər; Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətləri ictimai qaydanı pozmuş, cəmiyyətə qarşı açıq hörmətsizlik olunmuş, məhkəmənin iş fəaliyyəti pozulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 09 dekabr 2025-ci il tarixdən, saat 19:10-dan hesablansın. Qərarın icrası Goranboy rayon Polis Şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X29
Məhkəmə qərarları › İş №3(045)-2663/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2663/2025
10.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver