Məhkəmə qərarları › İş №3(045)-269/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-269/2023

06.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-269/2023 06.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs (tələbkar) Rüstəmova (Nəbiyeva) Zülfiyə İlham qızının, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 iştirakları ilə, xx.xx.1994-cü ildə Goranboy rayonunun Goran qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhər Dövlət yanğından mühafizə idarəsinin Kəpəz rayon Dövlət yanğından mühafizə hissəsinin 75 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürəni vəzifəsində işləyən, Goranboy rayonunun Safıkürd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 06 aprel 2023-cü il tarixdə Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. 06 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1336/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 17845 manat məbləğində qızıl-zinət əşyaları cavabdeh Şəxs alınıb X1 verilməlidir. Lakin Şəxs icra sənədini icra etməkdən qəsdən yayınır. Beləliklə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 06 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 izahatında göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1336/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 750 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan 80 sot brilyant qaşlı, qızıl gül formalı 1 ədəd ağ rəng qızıldan üzük 570 manat, 750 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan sarı rəng italya qızılı 1 ədəd qızıl qol bağ 500 manat, 750 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə sarı rəng italya qızılı ilan qabığı formasında 1 ədəd qızıl sep 650 manat, 750 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan 0.8 karat briliyant qaşlı ağ rəng italya qızılı 1 ədəd qızıl klon 570 manat, 585 əyarlı qızıldan hazırlanmış 4 qam çəkidə olan qızıl sırğa 250 manat, 750 əyarlı qızıldan hazırlanmış 40 qram çəkidə olan 6 karat brilyant qaşlı 1 dəst ağ qızıl komplekti sırga, ,üzük qolbağı və boyunbağı 3800 manat, 750 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə olan 1 karat briliyant qaşlı 1 ədəd qızıl üçük 665 manat, 583 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə olan sarı rərgli rus qızılı 1 ədəd qızıl qolbağ 1150 manat 750 əyarlı qızıldan hazırlanmış 15 qar çəkidə sarı rəng italya qızılı 1 dəst qara iri qaşlı qızıl sırğa və üzük komplekti 900 manat,585 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə olan 1 ədəd qızıl üzük 260 manat, 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə sarı rəng İtaliya qızılı 1 dəst mirvari sırğa,üzük və kulon komplekti 600 manat, 1ədəd qızıl onluq kulon 820 manat,583 əyarlı qızıldan hazırlanmış 20 qram çəkidə olan sarı rus qızılı 1 ədəd reket toxunuşlu qızıl sep 1100 manat, 585 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə olan sarımrus qızılı, 1 ədəd reket toxunuşlu sep 600 manat, 585 əyarlı qızıldan hazırlanmış 11 qram çəkidə olan 1 ədəd reket toxunuşlu qolbağ 700 manat, 585 əyarlı qızıldan hazırlanmış 4 qram çəkidə olan 1 ədəd uşaq üçün qolbağı 260manat, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan 1 ədəd qızıl üzük 390 manat, 585 əayrlı qızıldan hazırlanmış 4 qram çəkidə olan 1 ədəd qızıl sırğ a 260 manat 585 əyarlı qızıldan hazırlanmış 3 qarm çəkidə olan 1 ədəd qızıl qolbağı 200 (iki yüz) manat, 585 əyarlı qızıldan hazırlanmış 12 qram çəkidə olan 1 ədəd qızıl qolbağı 780 (yeddi yüz səksən) manat, 585 əyarlı qızıldan hazırlanmış 6 qram çəkidə olan bir ədəd qızıl tros sep 400 manat, 750 əyarlı qızıldan hazırlanmış 25 qram çəkidə olan sarı rəng İtaliya qızılı, 1 dəst xırda qara qaşlı qızıl sırğa, üzük, qolbağı, sep və kulonkomplekti 2000 (iki min) manat, 1 ədəd 5-lik kulon 420 (dörd yüz iyimi) manat dəyərində qızıl-zinyət əşyaları və ya həmin əmlaklar qətnamə icra olunan vaxt naturada mövcud olmadıqda isə onların dəyəri və 30 (otuz) manat rüsum xərci alınaraq iddiaçı X2 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Borclu Şəxs icra sənədində göstərilən qızıl-ziynət əşyalarının geri qaytarılması üçün bildiriş verilmiş və qızıl-ziynət əşyalarının tələbkar X2 təhvil verilməsi tələb edilmişdir. Lakin, borclu məhkəmə qətnaməsində göstərilən qızıl-ziynət əşyalarını qaytarılması üçün borclu Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq O, yenədə qızıl-ziynət əşyalarını verməkdən imtina etmişdir. Hazırda borclu Şəxs şöbəyə dəvət edilmiş və iş üzrə izahatı alınmışdır. O, bildirmişdir ki, məhkəmə qərarı üzrə olan qızıl-ziynət əşyaları onda deyildir, məhkəmə əsassız qərar qəbul etmişdir ona görə də əşyaları qaytarmayacaqdır. Həmin qızıl-ziynət əşyalarının dəyəri olan 17845 manat məbləğində olan puldan bu günə kimi 3600 manat məbləğində ödəniş etmiş bundan başqa bugünkü gündə heç bir ödəniş edə bilməcəyini bildirmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1336/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 17845 manat məbləğində qızıl-zinət əşyaları cavabdeh olaraq ondan alınıb X1 verilməsi qət edilmişdir. Hər ay 100 (yüz) manat ödəniş edir. Hesab edir ki, həmin qızılları iddiaçı özü ilə götürmüşdür. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1336/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı əsassız qəbul edilmişdir. Buna görə də o qızıl əşyalarını tələbkara qaytarmayacaqdır. O Gəncə şəhər Dövlət yanğından mühafizə idarəsinin Kəpəz rayon Dövlət yanğından mühafizə hissəsinin 75 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürəni vəzifəsində işləyir. Əmək haqqının yarısını alimentə ödəyir. Yanğından mühafizə bölməsinin yanğınsöndürəni vəzifəsində və qeyd edilən halları nəzərə alaraq icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (tələbkar) Rüstəmova (Nəbiyeva) Zülfiyə İlham qızı izahatında göstərdi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1336/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 17845 manat məbləğində qızıl-zinət əşyaları cavabdeh Şəxs alınıb ona verilməsi qət edilmişdir. Lakin Şəxs ona qaytarılmalı olan qızılzinət əşyalarının natura dəyərindən 100 (yüz) manat ödəniş edir. Şəxs qəsdən süründürməçilik edir. Məhkəmə qərarını qərəzlim olaraq icra etmir. Yekunda məhkəmədən Şəxs ən ağır cəza verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1336/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, 17845 manat məbləğində qızıl-zinət əşyaları cavabdeh Şəxs alınıb X1 verilməsi qət edilmişdir; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli tələbin könüllü icrası haqqında 149455/2022 nömrəli bildirişin surətindən görünür ki, borclu Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1336/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İnzibati material üzrə araşdırılan sübutlarla müəyyən olunmuşdur ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qərəzli olaraq icra sənədlərini icra etməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafından başqa, tədqiq olunmuş sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dizpozisiyasından məlum olur ki, həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra sənədini üzrsüz səbəbdən, qərəzli olaraq icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında, Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin İXM-ə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarın mənafeyini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycsan Respublikası Qanununun 2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslərdir. Şəxs Gəncə şəhər Dövlət yanğından mühafizə idarəsinin Kəpəz rayon Dövlət yanğından mühafizə hissəsinin 75 nömrəli Yanğından mühafizə bölməsinin yanğınsöndürəni vəzifəsində işləyir və hazırda həqiqi hərbi xidmətdə deyildir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 06 aprel 2023-cü il tarixdən, saat 16:20-dən hesablansın. Qərarın icrası Goranboy rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar