Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-271/2023 13.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X2 iştirakları ilə, xx xxxx 1999-cu ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Goranboy rayonunun Qızılhacılı qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2023cü il tarixdə təxminən saat 21:30 radələrində Goranboy rayon Nərimanlı kəndi ərazisində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X12 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə 21:30 radələrində RPŞ-nin DYPB-nin əməkdaşları xidmətdə olan zaman Goranboy rayon Nərimanlı kəndi ərazisində Goranboy şəhəri iqamətində hərkətdə olan “Toyota Corolla” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil yaşayış zonasında hərkət etmə qaydasını pozaraq yüksək surətlə hərəkət edərək manevr etmə qaydasını pozub və avtomobilin uzaq vuran işıqlarından istifadə etdiyi üçün DYPB-nin əməkdaşları tərəfindən müvafiq formada saxlanılmış və YPX-nin inspektoru Mehman Nağıyev “Toyota Corolla” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə yaxınlaşıb etdiyi qayda pozuntularını izah etdikdən sonra sürücüdən adını və soyadını, ata adını, doğum tarixini deməsini xahiş etmişdir. Bort kompyuter vasitəsi ilə sürücünün Goranboy rayon Qızılhacılı qəsəbə sakini xx.xx.1997-ci il təvəllüdlü X3 olduğu müəyyən edilmişdir. Bu zaman sürücü X3 qeyri-adekvat hərəkətlər etdiyi və sürücüdən kəskin spirt qoxusu gəldiyi üçün sərxoşluq müayinəsindən keçməsi üçün alkotestr ilə yoxlanılması təklif edilmiş, lakin sürücü Təbriz Səlimli alkotestrdən düzgün istifadə etməmiş və spirtli içki qəbul etdiyini şifahi formada etiraf etmiş və alkotestrdən keçməkdən imtina etmişdir. X8 sərxoşluğunun yoxlanılması üçün Goranboy RMX-ya gedilməli olduğu, tibbi müayinədən keçməyi, bundan sonra avtomobilin duracağa qoyularaq üzərində cərimələrinin ödənilməsi və barəsində inzibati xəta protokolu tərtib ediləcəyi izah olunan zaman avtomobildə olan sərnişin, həmkəndlisi Şəxs polisin işinə müdaxilə etmişdir. Həmin vaxt rabitə əlaqəsi ilə RPŞ-nin əməkdaşları NH-dən əlavə kömək istəmiş, həmin vaxt Təbriz Səlimli avtomobilinə oturub hərkət etmək istəyən zaman YPX-nin inspektorları ona mane olmuş, Təbriz Səlimliyə sərxoş halda avtomobil idarə etməsinin yol verilməz olduğu izah olunaraq polisin qanuni tələbinə tabe olması dəfələrlə bildirilmişdir. Sükan arxasından Təbriz Səlimli yerə düşürülmüş, bu zaman sonuncu daha da aqresivləşib səs-küy yaratmış, Şəxs isə polisin işinə maneçilik yaradaraq araya girmiş, onlar Şəxs dəfələrlə nizam intizama dəvət etsələr də o, polisin qanuni tələbinə qəsdən tabe olmamış və Təbriz Səlimlinin qaçmasına şərait yaratmışdır. Həmin vaxt Təbriz Səlimli fürsətdən istifadə edərək polisin qanuni tələbinə tabe olmuyub boş sahəlik əraziyə qaçıb getmişdir. Bundan sonra Şəxs polisin qanuni tələbinə tabe olmadığı üçün Şöbəyə təhvil verilmiş, “Toyota Corolla” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil isə duracağa yerləşdirilmişdir. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023cü il tarixdə saat 21:30 radələrində dostu Təbriz Səlimlinin “Toyota Corolla” markalı, **-DT- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Goranboy rayonu Nərimanlı kəndi ərazisindən keçən zaman Goranboy RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxla əmri verilmiş və onlar nəqliyyat vasitəsini saxlamışlar. YPX-nin əməkdaşı sonradan adını bildiyi Mehman Nağıyev onlara yaxınlaşaraq özünü təqdim etmiş və sürücü Təbriz Səlimlinin sənədlərini istəmişdir. Bundan sonra YPX-nin əməkdaşı Təbrizdən spirtli içki qoxusu gəldiyi üçün sərxoşluq müayinəsindən keçməsi üçün alkotestrlə yoxlama təklif etmiş, lakin sürücü Təbriz Səlimli alkotestrdən düzgün istifadə etməmiş və spirtli içki qəbul etdiyini şifahi formada etiraf etmiş və alkotestrdən keçməkdən imtina etmişdir. Daha sonra o, polisin işinə maneçilik yaradaraq, araya girmiş, və o, polisin qanuni tələbinə qəsdən tabe olmamış və Təbriz Səlimlinin qaçmasına şərait yaratmışdır. Həmin vaxt Təbriz Səlimli fürsətdən istifadə edərək polisin qanuni tələbinə tabe olmuyub boş sahəlik əraziyə qaçıb getmişdir. Əməlindan peşmandır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Goranboy RPŞ-nin YPX-nin baş insepktoru X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində xidmətdə olan zaman Goranboy rayon Nərimanlı kəndi ərazisində Goranboy şəhəri istiqamətində hərkətdə olan “Toyota Corolla” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil yaşayış zonasında hərkət etmə qaydasını pozaraq yüksən surətlə hərəkət edərək manevr etmə qaydasını pozmuşdur. Bu zaman nəqliyyat vasitəsi onun tərəfindən müvafiq formada saxlanılmış və YPX-nin digər inspektoru Mehman Nağıyev “Toyota Corolla” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə yaxınlaşıb etdiyi qayda pozuntularını izah etdikdən sonra sürücüdən adını və soyadını, ata adını, doğum tarixini deməsini xahiş etmişdir. Bort kompyuter vasitəsi ilə sürücünün Goranboy rayon Qızılhacılı qəsəbə sakini xx.xx.1997-ci il təvəllüdlü X3 olduğu müəyyən edilmişdir. Bu zaman sürücü X3 qeyri-adekvat hərəkətlər etmişdir. Sürücüdən kəskin spirt qoxusu gəldiyi üçün sərxoşluq müayinəsindən keçməsi üçün alkotestrlə yoxlanılması təklif edilmiş, lakin sürücü Təbriz Səlimli alkotestrdən düzgün istifadə etməmiş və spirtli içki qəbul etdiyini şifahi formada etiraf etmiş və alkotestrdən keçməkdən imtina etmişdir. X8 sərxoşluğunun yoxlanılması üçün Goranboy RMX-ya gedilməli olduğu, tibbi müayinədən keçməyi, bundan sonra avtomobilin duracağa qoyularaq üzərində cərimələrin ödənilməsi və barəsində inzibati xəta protokolu tərtib ediləcəyi izah olunan zaman avtomobildə olan sərnişin həmkəndlisi Şəxs onların işinə müdaxilə etmişdir. Həmin vaxt onlar rabitə əlaqəsi ilə RPŞ-nin NH-dən əlavə kömək istəmişlər. Həmin vaxt Təbriz Səlimli avtomobilinə oturub hərkət etmək istəyən zaman onlar Sürücüyə mane olmuş, Təbriz Səlimliyə sərxoş halda avtomobil idarə etməsinin yol verilməz olduğu izah olunaraq polisin qanuni tələbinə tabe olması dəfələrlə bildirilmişdir. Sükan arxasından Təbriz Səlimli yerə düşürülmüş, bu zaman sonuncu daha da aqresivləşib səs-küy yaratmış, Şəxs isə polisin işinə maneçilik yaradaraq araya girmiş, onlar Şəxs dəfələrlə nizam intizama dəvət etsələr də sonuncu polisin qanuni tələbinə qəsdən tabe olmamış və Təbriz Səlimlinin qaçmasına şərait yaratmışdır. Həmin vaxt Təbriz Səlimli fürsətdən istifadə edərək polisin qanuni tələbinə tabe olmayıb boş sahəlik əraziyə qaçıb getmişdir. Bundan sonra Şəxs Şöbəyə gətirilmiş, həmçinin “Toyota Corolla” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil də duracağa yerləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Goranboy RPŞ-nin DYPB-nin insepktoru X5 iş üzrə digər şahid X1 izahatına uyğun izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin DYPB-nin baş inspektoru, polis kapitanı Samir Məmmədov tərəfindən RPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Mehman Nağıyevlə xidmətdə olan zaman Goranboy-Tərtər avtomobil yolunun 6-cı km-də Goranboy rayon Nərimanlı kəndi ərazisində Goranboy şəhəri istiqamətində hərkətdə olan “Toyota Corolla” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil yaşayış zonasında hərkət etmə qaydasını pozaraq yüksən surətlə hərəkət edərkən manevr etmə qaydasını pozduğundan və avtomobilin uzaq vuran işıqlarından istifadə etdiyindən tərəflərindən qanuna müvafiq formada saxlanılmışdır. YPX inspektoru, polis baş serjantı Mehman Nağıyev “Toyota Corolla” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə yaxınlaşıb etdiyi qayda pozuntularını izah etdikdən sonra sürücüdən adını və soyadını, ata adını, doğum tarixini deməsini xahiş etmişdir. Bort kompyuter vasitəsi ilə sürücünün Goranboy rayon Qızılhacılı qəsəbə sakini xx.xx.1997-ci il təvəllüdlü X3 olduğu müəyyən edilmişdir. Bu zaman sürücü X3 qeyri-adekvat hərəkətlər etdiyi və ondan kəskin spirt qoxusu gəldiyi üçün sərxoşluq müayinəsindən keçməsi üçün alkotestrlə yoxlanılması təklif edilmiş, lakin sürücü Təbriz Səlimli alkotestrdən düzgün istifadə etmədiyi üçün təkrar ona düzgün istifadə etməsi izah olunmuş, təkrar cəhddə yenə qəsdən düzgün nəfəs verməyərək spirtli içki qəbul etdiyini şifahi formada etiraf etmiş və alkotestrdən keçməkdən imtina etmişdir. X8 sərxoşluğunun yoxlanılması üçün Goranboy RMX-ya gedilməli olduğu, tibbi müayinədən keçməyi, bundan sonra avtomobilin duracağa qoyularaq üzərində olan həbsdə olan cərimələrinin ödənilməsi və barəsində inzibati xəta protokolu tərtib ediləcəyi izah olunan zaman avtomobildə olan sərnişin həmkəndlisi Şəxs işlərinə müdaxilə etmiş, həmin vaxt rabitə əlaqəsi ilə RPŞ-nin NH-dən əlavə kömək istəmişlər, həmin vaxt Təbriz Səlimli avtomobilinə oturub hərkət etmək istəyən zaman ona mane olmuşlar, Təbriz Səlimliyə sərxoş halda avtomobil idarə etməsinin yol verilməz olduğu izah olunaraq polisin qanuni tələbinə tabe olması dəfələrlə bildirilmişdir. Sükan arxasından Təbriz Səlimli yerə düşürülmüş, bu zaman sonuncu daha da aqresivləşib səsküy yaratmış, Şəxs isə işlərinə maneçilik yaradaraq araya girmiş, onlar Şəxs dəfələrlə nizam intizama dəvət etsələr də o, polisin qanuni tələbinə qəsdən tabe olmamış və Təbriz Səlimlinin qaçmasına şərait yaratmışdır. Həmin vaxt Təbriz Səlimli fürsətdən istifadə edərək polisin qanuni tələbinə tabe olmayıb boş sahəlik əraziyə qaçıb getmişdir. Bundan sonra Şəxs RPŞ-nin NH-yə təhvil verilmiş və “Toyota Corolla” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil evakuator vasitəsi ilə RPŞ-nin duracağına yerləşdirilmişdir. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti göstəriş verilməsi xahiş olunmuşdur; xx.xx.2023-cü il tarixli, 110 nömrəli ”Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs həmin gün ağır dərəcəli (4.177 %) sərxoş olmuşdur; “İnzibati qaydada tutma haqqında” 13 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 04:50-də inzibati qaydada tutulmuşdur; Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 və NH-nin məsul növbətçisi Elşad İsmayılov tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli aktdan görünür ki, Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini Şəxs şöbəyə gətirildiyi vaxtdan xx.xx.2023-cü il tarixdə saat 04:30-a qədər sərxoş olduğu üçün onunla izahat işləri aparmaq mümkün olmamışdır. Şəxs saat 04:30-a ayıldıqdan sonra onunla izahat işləri aparılmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatı, şahidlərin izahatları, araşdırılmış digər sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidin izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının öz vəzifələrini icra etməsinə maneçilik törətmiş, onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Yəni, Şəxs bu hərəkətləri ilə polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanı sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin İXM-in 31.4-1-ci maddəsinin tələblərini nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(045)-271/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-271/2023
13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver