Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2716/2025 11.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) X14 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Goranboy rayonu, Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonu, Qaradağlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 11 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli 11 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 10 dekabr 2025-ci il tarixdə saat 19:30 radələrində Goranboy rayonu, Qaradağlı kəndi ərazisində nalayiq ifadələr işlətmiş və polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 19:30 radələrində RPŞ-nin DYPB-nin YPX inspektorları X5 və X1 rayonu Qaradağlı kəndində xidmətdə olan zaman “VAZ 21011” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşının işıq cihazlarından istifadə qaydasını pozduğu və avtomaşının qabaq oturacağında azyaşlı uşaqları əyləşdirərək sərnişindaşıma qaydasını pozduğu üçün YPX əməkdaşları saxla işarəsi vermişlər. Sürücü avtomaşını saxladıqdan sonra YPX-nin inspektoru Süleyman Piriyev ona yaxınlaşaraq özünü təqdim edib pozduğu yol-hərəkət qaydalarını sürücüyə izah etmişdir. Bort kompüter vasitəsi ilə yoxlayan zaman sürücünün Goranboy rayonu Qaradağlı kənd sakini Şəxs olduğu məlum olmuşdur. Daha sonra sürücü ilə ünsiyyət zamanı nəfəsindən kəskin şəkildə spirtli içki iyi gəldiyi üçün inspektor X10 Hüseynovun sərxoş olub-olmadığını yoxlamaq üçün alkotesterdən keçməyə dəvət etsə də, həmin şəxs alkotesterdən keçməkdən imtina tmişdir. Polis əməkdaşları həmin şəxsi avtomaşında əyləşən azyaşlı uşaqların sahibsiz qalmaması üçün azyaşlı uşaqları yaşadıqları ünvana düşürərək sərxoş olub-olmadığını yoxlamaq üçün həkim müayinəsinə dəvət etmişlər və Şəxs onlarla razılaşdıqdan sonra birlikdə azyaşlı uşaqları yaşadıqları ünvana düşürmüşlər. Daha sonra Şəxs həkim müayinəsinə getmək istəmədiyini bildirib ictimai yerdə ünvanlıünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməyə başlamışdır. Polis əməkdaşları həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də sonuncu onların qanuni tələbinə qəsdən tabesizlik göstərərək əl-qol atmağa başlamışdır. Onlar həmin yerə yaxın ərazidə xidmət aparan RPŞ-nin PPXB-nün polis nəfərləri Sərxan Məmmədov və Cuma Fərmanlını həmin yerə dəvət etmişlər və onların köməkliyi ilə həmin şəxsi RPŞ-yə gətirərək RPŞ-nin Növbətçi Hissəsinə təhvil vermişlər. Bununla da Şəxs hərəkətlərində İXM-in 510 və 535.1-ci maddələrinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddələr ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, “VAZ 21011” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir.. Belə ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 19 radələrində övladını hazırlıq kursundan gətiərəkən Goranboy rayonu Qaradağlı kəndində YPX əməkdaşlarına məxsus xidməti avtomobilinin dayandığını görmüşdür. Spirtli içki qəbul etdiyi üçün avtomobili saxlamadan başqa istiqamətə hərəkət etmək istəmişdir. Həmin vaxt YPX əməkdaşları tərəfindən ona saxla işarəsi verilmiş və o, avtomobili dayandırmışdır. YPX-inspektoru ona yaxınlaşaraq özünü təqdim etmiş və yol-hərəkəti qaydalarını pozduğu üçün saxlandığını izah etmişdir. Bundan sonra inspektor onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi məqsədilə alkotester müayinəsindən keçməsini təklif etmişdir. Lakin o, azyaşlı uşaqlarının avtomobildə olduğunu bildirərək alkotester müayinəsindən keçməkdən imtina etmişdir. YPX-inspektoru Süleyman Piriyev onun avtomobilində olan azyaşlı uşaqların təhlükəsizliyini təmin edərək onları yaşadıqları ünvana aparılmasını təşkil etmiş və ona sərxoşluğun yoxlanılması üçün tibb məntəqəsinə getməyini bildirmişdir. Buna baxmayaraq, o, tibb məntəqəsinə getməkdən də imtina etmiş, sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlətmişdir. O, öz hərəkətlərini dərk etmədiyi üçün polisin qanuni göstərişlərinə tabe olmamış və öz hərəkətlərinə davam etmişdir. Hazırda əməlindən çox peşman olduğu üçün məhkəmədən barəsində yüngül inizbati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin YPXnin inspektoru X7 bildirdi ki, xx.xx.2025-ci il tarixdə, təxminən saat 19:30 radələrində RPŞnin DYPB-nin YPX inspektoru, polis baş serjantı X5 ilə birlikdə xidmətdə olarkən, Goranboy rayonu Qaradağlı kəndi ərazisində “VAZ 21011” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin işıq cihazlarından istifadə qaydasını pozduğu və avtomobilin qabaq oturacağında azyaşlı uşaqları əyləşdirərək sərnişindaşıma qaydasını pozduğu müəyyən edilmişdir. Tərəfindən sürücüyə “saxla” işarəsi verilmişdir. Sürücü avtomobili dayandırdıqdan sonra o avtomobilə yaxınlaşaraq özünü təqdim etmiş və yol-hərəkəti qaydalarını pozduğunu izah etmişdir. Bort kompüter vasitəsilə yoxlama zamanı sürücünün Goranboy rayonu Qaradağlı kənd sakini, Şəxs olduğu müəyyən edilmişdir. Daha sonra sürücünün nəfəsindən kəskin spirtli içki iyləri gəldiyindən, onun sərxoşluq vəziyyətini müəyyən etmək məqsədilə alkotester müayinəsindən keçməsi təklif edilmişdir. Lakin Şəxs müayinədən keçməkdən imtina etmişdir. Uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə, azyaşlı uşaqlar yaşadıqları ünvana aparılmış və sərxoşluğun yoxlanılması üçün həkim müayinəsinə dəvət edilmişdir. Şəxs. razılaşaraq azyaşlıları yaşadıqları ünvana aparmışdır. Daha sonra Şəxs həkim müayinəsinə getməkdən imtina etmiş, ictimai yerdə ünvanlı və ünvanlı nalayiq ifadələr işlədərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmin şəxsin dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq, əl-qol hərəkətləri ilə müqavimət göstərdiyi üçün xidmət aparan digər polis əməkdaşları polis baş serjantları Məmmədov Sərxan və Fərmanlı Cumanı dəvət olunmuş və onların köməyi ilə Şəxs RPŞ-nin Növbət Hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin YPX-nin inspektoru X5 lu iş üzrə digər şahid X3 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri X8 bildirdi ki, xx.xx.2025-ci il tarixdə dislokasiya üzrə post yoldaşı polis nəfəri Sərxan Məmmədov ilə Goranboy rayonu, Dəliməmmədli şəhərində xidmətdə olan zaman təxminən saat 19:45 radələrində RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X7 radio rabitə vasitəsilə efirdə onları Qaradağlı kəndinə köməyə çağırmışdır. Onlar deyilən ünvana yaxınlaşmışlar və orada məlum oldu ki, Qaradağlı kənd sakini Şəxs sərxoş halda avtomobil idarə edərkən YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Lakin o, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq küçədə ictimai yerdə ucadan ünvanlı ünvansız nalayiq ifadələr işlətmişdir. Bu səbəbdən onlar DYP əməkdaşlarının köməkliyi ilə Şəxs RPŞ-yə gətirərək RPŞ-nin növbətçi hissəsinə təhvil vermişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektoru Süleyman Piriyev tərəfindən Goranboy RPŞ-nin rəhbərliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 19:30 radələrində RPŞ-nin DYPB-nin YPX inspektoru X5 ilə birlikdə Goranboy rayonu Qaradağlı kəndində xidmətdə olan zaman “VAZ 21011” markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşının işıq cihazlarından istifadə qaydasını pozduğu və avtomaşının qabaq oturacağında azyaşlı uşaqları əyləşdirərək sərnişindaşıma qaydasını pozduğu üçün YPX əməkdaşları saxla işarəsi vermişlər. Sürücü avtomaşını saxladıqdan sonra o həmin şəxsə ona yaxınlaşaraq özünü təqdim edib pozduğu yol-hərəkət qaydalarını sürücüyə izah etmişdir. Bort kompüter vasitəsi ilə yoxlayan zaman sürücünün Goranboy rayonu Qaradağlı kənd sakini Şəxs olduğu məlum olmuşdur. Daha sonra sürücü ilə ünsiyyət zamanı nəfəsindən kəskin şəkildə spirtli içki iyi gəldiyi üçün o Qüybət Hüseynovun sərxoş olub-olmadığını yoxlamaq üçün alkotesterdən keçməyə dəvət etsə də, həmin şəxs alkotesterdən keçməkdən imtina tmişdir. Onlar həmin şəxsi avtomaşında əyləşən azyaşlı uşaqların sahibsiz qalmaması üçün azyaşlı uşaqları yaşadıqları ünvana düşürərək sərxoş olub-olmadığını yoxlamaq üçün həkim müayinəsinə dəvət etmişlər və Şəxs onlarla razılaşdıqdan sonra birlikdə azyaşlı uşaqları yaşadıqları ünvana düşürmüşlər. Daha sonra Şəxs həkim müayinəsinə getmək istəmədiyini bildirib ictimai yerdə ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməyə başlamışdır. Onlar həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsələr də sonuncu onların qanuni tələbinə qəsdən tabesizlik göstərərək əl-qol atmağa başlamışdır. Onlar həmin yerə yaxın ərazidə xidmət aparan RPŞ-nin PPXB-nün polis nəfərləri Sərxan Məmmədov və Cuma Fərmanlını həmin yerə dəvət etmişlər və onların köməkliyi ilə həmin şəxsi RPŞ-yə gətirərək RPŞ-nin Növbətçi Hissəsinə təhvil vermişlər. Odur ki, Şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:55-də inzibati qaydada tutulmuşdur; 10 dekabr 2025-ci il tarixli, 91012609 seriyalı, 00484 qeydiyyat nömrəli alkotesterin nəticəsindən görünür ki, müayinə nəticəsində Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Sürücü Şəxs alkoqolun miqdarı 10.1mg/100mgl olmuşdur; Məhkəmə iclasında baxış keçirilmiş “CD” diskdən görünür ki, Şəxs ictimai qaydanı pozaraq ictimai qaydanı pozmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid izahatı, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 10 dekabr 2025-ci il tarixdə Goranboy rayonu Qaradağlı kəndində uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 10 dekabr 2025-ci tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs sərxoş olmasını ağırlaşdıran hal kimi müəyyən edir. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinin tələbi nəzərə alınaraq daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 10 dekabr 2025-ci il tarixdən, saat 22:55-dən hesablansın. Qərarın icrası Goranboy Rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X15
Məhkəmə qərarları › İş №3(045)-2716/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2716/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver