Məhkəmə qərarları › İş №3(045)-2732/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-2732/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-2732/2025 16.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ X14 Samir oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü ildə Goranboy rayonu, Dəliməmmədli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Goranboy rayonu, Dəliməmmədli şəhəri, T.Əkbəri küçəsi, ev 10 qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 15 dekabr 2025-ci il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Goranboy Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X2 15 dekabr 2025-ci il tarixli qərarından və rədd materialına əsasən tərtib edilmiş 16 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 dekabr 2025-ci il tarixdən 09 dekabr 2025-ci il tarixədək X4 Goranboy rayonu Yeni Yol kəndi ərazisində yerləşən fermasında 3 baş dəyəri 480 manat olan xırdabuynuzlu heyvanlarınını oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yaşayan X4 müraciəti əsasında sonuncunun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində Goranboy rayon Yeni Yol kəndində yerləşən fermasından 3 baş dəyəri 480 manat olan xırdabuynuzlu heyvanlarını çobanı Şəxs oğurlamışdır. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması rədd edilmişdir. Buna baxmayaraq Şəxs əməlində İXM- in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə verilmişdir. Həmin qərar əsasında aparılmış Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o Goranboy rayonu Təhlə kəndi ərazisində Fazil Axundovun fermasında təxminən 4 aydırki çoban işləmişdir. Fermanın sahibi Fazil Axundov işləri ilə bağlı Rusiya Federasiyasının Moskva şəhərinə getmiş və o Fazilin heyvanlarından satmaq qərarına gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Hikmət adlı şəxsə iki baş təzə doğulmuş xırdabuynuzlu heyvanı 100 manat qarşılığında satmışdır. Bir neçə gün sonra yenə Hikmətə zəng edərək iki baş xırdabuynuzlu heyvanı olduğunu, 400 manat satdığını bildirmişdir. Hikmətdə razılaşaraq fermaya gəlmiş və iki baş xırdabuynuzlu heyvana 400 manat verərək aparmışdır. xx.xx.2025-ci il tarixdə o Hikmətə yenidən zəng edərək 1 bas xırdabuynuzlu heyvanı 80 manata satmışdır. O, Fazil Axundovun fermasından ümumilikdə 3 baş xırdabuynuzlu heyvan oğurlamış və 480 manata satmışdır. Əməlindən peşmandır. Yekunda məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 izahatında göstərdi ki, onun Goranboy rayon Təhlə kəndi ərazisində ferması vardır. Həmin fermada 500 baş xırdabuynuzlu, 70 baş iribuynuzlu heyvanı vardır. Həmin xırdabuynuzlu heyvanlara çobanı Şəxs, iribuynuzlu heyvanlara isə çoban Elməddin nəzarət edərək rahatlamışlar. xx.xx.2025-ci il tarixdə işi olduğu üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. O Moskva şəhərində işlərini həll edib xx.xx.2025-ci il tarixdə Azərbaycana geri qayıtmış və xx.xx.2025-ci il tarixdə heyvanlarını sayan zaman 3 baş xırdabuynuzlu heyvanının əksik olduğunu aşkar etmişdir. O heyvanlarını çobanı Raqifin oğurlamasından şübhələndiyi üçün barəsində Goranboy RPŞ-yə ərizə ilə müraciət etmişdir. Şəxs ona 480 manat məbləğində ziyan vurmuşdur. Hazırda Şəxs ilə barışmamış və ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Elvin Səfərov barədə ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X1 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə əvəllər tanıdığı Qızılhacılı qəsəbə sakini Elşən adlı şəxs onun yanına gələrək heyvan satılmasını ona demiş və birlikdə Yeni yol kəndi yaxınlığında yerləşən fermaya getmişlər. Orada əvəllər tanımadığı adını sonradan bildiyi Raqif adlı şəxs ona xırdabuynuzlu heyvan satmasını bildirmiş o da razılaşaraq 2 baş xırdabuynuzlu heyvanı 100 manata Raqifdən almışdır. Bir neçə gün sonra yenidən xırdabuynuzlu heyvan satacağını ona bildirmişdir. Bu səbəblə o bir bir neçə gündən sonra yenidən Raqifin yanına getmiş və həmin vaxt Raqifdən 380 manat qarşılığında yanında balası olan qoyun almış və həmin vaxt Raqif qardaşı oğlunun yaxın günlərdə yenidən heyvan satacağını ona demişdir. Raqifin heyvanları oğurlayaraq satdığını bilməmiş, sonuncu həyat yoldaşının əməliyyat olmasını, bu səbəblə ona pul lazım olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid X5 izahatında göstərdi ki, o Goranboy rayon Təhlə kəndində yerləşən fermada suçu işləmişdir. xx.xx.2025-ci il tarixdə fermanın sahibi Fazil Axundov işləri ilə bağlı Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Fazil Rusiya Federasiyasına getdikdən sonra xx.xx.2025-ci il tarixdə fermada çoban işləyən Raqif heyvanı olduğunu ona alıcı tapmasını bildirmişdir. O da həmkəndlisi Hikmətə zəng edərək fermadan çobanın heyvan satdığını bildirmişdir. Hikmətdə oğurluq deyilki deyə sual vermiş, o da çobanın özünə məxsus heyvanı olduğunu bildirmişdir. Həmin gün saat 18 radələrində Hikmət avtomobili ilə fermaya gəlmiş Raqif ilə razılaşaraq ondan bir baş yanı balalı xırdabuynuzlu heyvanı 400 manata alaraq çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində o Hikmətin fermaya gəldiyini çoban Raqif ilə razılaşaraq 1 baş xırdabuynuzlu heyvan aldığını görmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 15 dekabr 2025-ci il tarixli qərardan görünür ki, X4 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində xırda talama inzibati xətasının tərkibi olduğu üçün barəsində inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; “İnzibati qaydada tutma haqqında” 15 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:30-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını oğurlayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Belə ki, İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edib əməlindən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Həmçinin, iş materiallarında olan 15 dekabr 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Raqif Məmmədovun zərərçəkmiş şəxs Fazil Axundova 480 (dörd yüz səksən) manat maddi ziyan vurmuşdur. Belə olan halda maddi ziyan - 480 (dörd yüz səksən) manat mələğində pul vəsaiti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tutularaq X6 ödənilməlidir. Qeyd olunanlara əsasən, İXM-in 40.0.1, 43, 48-51, 114-115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 15 dekabr 2025-ci il tarixdən, saat 19:05-dən hesablansın. Qərarın icrası Goranboy rayon Polis Şöbəsinin MSY-yə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 480 (dörd yüz səksən) manat mələğində vurulmuş maddi ziyan tutularaq zərərçəkmiş şəxs X6 ödənilsin. Qərarın vurulmuş maddi ziyanın ödənilməsi hissəsində icrası Şəxs yaşayış yeri üzrə Goranboy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X15

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar