Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-274/2023 14.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X3 iştirakları ilə, xx.xx.1997-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, xx.xx.2023cü il tarixdə, saat 21:30-da Səlimli X5 rayonunun Nərimanlı kəndi ərazisində Yol Patrul Xidməti əməkdaşlarının tələblərinə qəsdən tabe olmayaraq hadisə yerindən qaçmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X11 izahatında göstərdi ki, polis əməkdaşları 12 aprel 2023-cü il tarixdə şöbənin rəhbərliyinə raportla müraciət edərək Şəxs həmin tarixdə, saat 21:30-da Səlimli X5 rayonunun Nərimanlı kəndi ərazisində Yol Patrul Xidməti əməkdaşlarının tələblərinə qəsdən tabe olmayaraq hadisə yerindən qaçmasını bildirmişdir. Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21:30-da idarə etdiyi “Toyota Corolla” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonunun Nərimanlı kəndi ərazisində yol hərəkəti qaydalarını pozduğu üçün X15 əməkdaşları ona saxla əmri vermişlər. O, idarə etdiyi avtomobili etibarnaməsiz, həmçinin sərxoş idarə etdiyi üçün əvvəlcə saxla əmrinə tabe olmamış, daha sonra isə avtomobili yol kənarında saxlamışdır. Ona yaxınlaşan YPX əməkdaşı sənədlərini tələb etmişdir. O, sənədlərinin qaydasında olmadığı və sərxoş avtomobil idarə etdiyi üçün sənədlərinin üzərində olmadığını bildirmişdir. Bundan sonra YPX əməkdaşı ondan adını, soyadını və təvəllüdünü soruşmuşdur. O, avtomobilin duracağa aparılacağından ehtiyat edib həmin yerdən qaçmışdır. Əməlindən peşmandır, polis əməkdaşlarından da hərəkətlərinə görə üzr istəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül tənbeh tədbiri seçilməsini xahiş etdi. Əlavə olaraq bildirir ki, daha sonra adını bildiyi YPX əməkdaşları X1 və X2 da üzr istəmişdir və sonuncular ondan şikayətçi deyildir. Məhkəmə iclasında şahid qismində dindirilən Goranboy RPŞ-nin DYPB-nin yol-patrul xidməti baş inspektoru, polis kapitanı X7 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, 21:30 radələrində RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Mehman Nağıyev ilə xidmətdə olan zaman Goranboy-Tərtər avtomobil yolunun 6-cı km-də Goranboy rayonunun Nərimanlı kəndi ərazisində Goranboy şəhəri istiqamətində hərəkətdə olan “Toyota Corolla” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil yaşayış zonasında hərəkət etmə qaydasını pozub və avtomobilin uzaq vuran işıqlarından istifadə etdiyi üçün tərəflərindən qanuna müvafiq formada saxlanılmış, YPX inspektoru, polis baş serjantı Mehman Nağıyev avtomobilin sürücüsünə yaxınlaşıb etdiyi qayda pozuntularını izah etdikdən sonra sürücüdən adını, soyadını, ata adını, doğum tarixini deməsini xahiş etmişdir. Bort kompyuter vasitəsi ilə sürücünün Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini xx.xx.1997-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Bu zaman sürücü Şəxs özünü qeyri adekbat hərəkətlər etməsi və kəskin spirt qoxusu gəldiyi üçün sərxoşluq müayinəsindən keçməsi üçün alkotestr ilə yoxlanılması təklif edilmiş, lakin sürücü Şəxs alkotestrdən düzgün istifadə etmədiyi üçün təkrar ona düzgün istifadə etməsi izah olunmuş, təkrar cəhddə yenə düzgün nəfəs verməyərək spirtli içki qəbul etdiyini şifahi formada etiraf etmiş və alkotestrdən keçməkdən imtina etmişdir. Sürücü Şəxs sərxoşluğunun yoxlanılması üçün Goranboy RMX-ya gedilməli olduğunu, tibbi müayinədən keçməyi, bundan sonra avtomobilin duracağa qoyularaq üzərində həbsdə olan cərimələrinin ödənilməsi və barəsində inzibati xəta protokolu tərtib ediləcəyi izah olunan zaman avtomobildə olan sərnişin həmkəndlisi X9 işlərinə müdaxilə etmiş, həmin vaxt rabitə əlaqəsi ilə RPŞ-nin NH-dən əlavə kömək istəmişlər, həmin vaxt Şəxs avtomobilinə oturub hərəkət etmək istəyən zaman ona mane olmuşlar, Şəxs sərxoş halda avtomobil idarə etməsinin yol verilməz olduğu izah olunaraq polisin qanuni tələbinə qəsdən tabe olması dəfələrlə bildirilmişdir. Buna baxmayaraq Şəxs fürsətdən istifadə edərək polisin qanuni tələbinə qəsdən tabe olmayaraq boş sahəyə qaçıb getmişdir. Şəxs etdiyi əməllərdən dolayı onlardan üzr istəmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Goranboy RPŞ-nin DYPB-nın polis baş serjantı, X8 şahid X4 izahatına oxşar, eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Goranboy RPŞ-nin DYPB-nin yol-patrul xidməti baş inspektoru, polis kapitanı Samir Məmmədov tərəfindən RPŞ-nin rəhbərliyinə ünvanlanmış 12 aprel 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, 21:30 radələrində RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Mehman Nağıyev ilə xidmətdə olan zaman Goranboy-Tərtər avtomobil yolunun 6cı km-də Goranboy rayonunun Nərimanlı kəndi ərazisində Goranboy şəhəri istiqamətində hərəkətdə olan “Toyota Corolla” markalı, **-DT-*** dövlət qeydiyyat nişanlı avtomobil yaşayış zonasında hərəkət etmə qaydasını pozub və avtomobilin uzaq vuran işıqlarından istifadə etdiyi üçün tərəflərindən qanuna müvafiq formada saxlanılmış, YPX inspektoru, polis baş serjantı Mehman Nağıyev avtomobilin sürücüsünə yaxınlaşıb etdiyi qayda pozuntularını izah etdikdən sonra sürücüdən adını, soyadını, ata adını, doğum tarixini deməsini xahiş etmişdir. Bort kompyuter vasitəsi ilə sürücünün Goranboy rayonunun Qızılhacılı qəsəbə sakini xx.xx.1997-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmişdir. Bu zaman sürücü Şəxs özünü qeyri adekbat hərəkətlər etməsi və kəskin spirt qoxusu gəldiyi üçün sərxoşluq müayinəsindən keçməsi üçün alkotestr ilə yoxlanılması təklif edilmiş, lakin sürücü Şəxs alkotestrdən düzgün istifadə etmədiyi üçün təkrar ona düzgün istifadə etməsi izah olunmuş, təkrar cəhddə yenə düzgün nəfəs verməyərək spirtli içki qəbul etdiyini şifahi formada etiraf etmiş və alkotestrdən keçməkdən imtina etmişdir. Sürücü Şəxs sərxoşluğunun yoxlanılması üçün Goranboy RMX-ya gedilməli olduğunu, tibbi müayinədən keçməyi, bundan sonra avtomobilin duracağa qoyularaq üzərində həbsdə olan cərimələrinin ödənilməsi və barəsində inzibati xəta protokolu tərtib ediləcəyi izah olunan zaman avtomobildə olan sərnişin həmkəndlisi X9 işlərinə müdaxilə etmiş, həmin vaxt rabitə əlaqəsi ilə RPŞ-nin NH-dən əlavə kömək istəmişlər, həmin vaxt Şəxs avtomobilinə oturub hərəkət etmək istəyən zaman ona mane olmuşlar, Şəxs sərxoş halda avtomobil idarə etməsinin yol verilməz olduğu izah olunaraq polisin qanuni tələbinə qəsdən tabe olması dəfələrlə bildirilmişdir. Buna baxmayaraq Şəxs fürsətdən istifadə edərək polisin qanuni tələbinə qəsdən tabe olmayaraq boş sahəyə qaçıb getmişdir. Odur ki, sürücü Şəxs barəsində aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “İnzibati qaydada tutma haqqında” 13 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:00-da inzibati qaydada tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatı, şahidlərin izahatları, araşdırılmış digər sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidin izahatı və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının öz vəzifələrini icra etməsinə maneçilik törətmiş, onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Yəni, Şəxs bu hərəkətləri ilə polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanı sərxoş halda törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələblərini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs tutulduğu müddət nəzərə alınmaqla ona təyin edilmiş 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri yüngülləşdirilməklə Şəxs 150 (yüz əlli) manat miqdarında inzibati cərimə edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-274/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-274/2023
14.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver