Məhkəmə qərarları › İş №3(045)-277/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-277/2024

02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-277/2024 02.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, Şəxs barəsində inzibati materiala baxaraq, MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı MN seriyalı ******* nömrəli, 30 mart 2024-cü il tarixli, İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı MN seriyalı ******* nömrəli, 01 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokollara dair materiallar 02 aprel 2024cü il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müxtəlif vaxtlarda törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati xəta haqqında protokollar 02 aprel 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan inzibati xəta haqqında protokolların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə İXM-in 34.2-ci maddəsinə əsasən Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolların bir icraatda birləşdirilərək baxılması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və İXM-in 102.3, 127 və 127.1.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 3(045)-277/2024 nömrəli iş həmin məhkəmənin icraatında olan 3(045)-257/2024 nömrəli işə birləşdirilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar