Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-280/2024 15.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Şikayət vemiş şəxs X2 iştirakı ilə, X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 18827850 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 18827850 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun sürücülük hüququ 2023-cü ilin sentyabr ayından məhdudlaşdırılmışdır. Həmin tarixdən o, özü avtomobil idarə etməmişdir. Lakin, qərardan göründüyü kimi cərimə onun adına gəlmişdir. “VAZ 21074” markalı avtomobil onun atası X3 mülkiyyətindədir. Onun sürücülük hüququ məhdudlaşdırılmamışdan öncə onun adına atası tərəfindən etibarnamə verilmişdir. O, həmin avtomobili idarə etməmiş, inzibati orqan tərəfindən buna dair hər hansı bir sübut əldə edilməmişdir. Həmin avtomobili atası Vidadi Şahmuradov idarə etmişdir. Onun tərəfindən avtomobil idarə edilmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 328-ci maddəsi ilə təqsirli bilindiyi qərarla razı deyildir. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin dəlillərinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, Şəmkir RPŞ-nin TB-də təhqiqatçı vəzifəsində işləyir. Mübahisələndirdiyi qərar qəbul edildiyi gün, yəni xx.xx.2024-cü il tarixdə o, iş yerində olmuşdur. Yəni, həmin gün onun tərəfindən atasına məxsus “VAZ 21074” minik markalı, **- BK-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunmamışdır. O, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarla maraqlandıqda ona bildirilmişdir ki, onun sürücülük hüququ sistemdə məhdudlaşdırılmış olaraq göründüyündən, həmçinin həmin avtomobilə dair sonuncu dəfə ona etibarnamə verildiyindən avtomatik olaraq o, İXM-in 332.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 18827850 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, onun sürücülük hüququ məhkəmə tərəfindən deyil, inzibati orqan tərəfindən il ərzində 20 bal topladığına görə məhdudlaşdırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, X4 onun oğludur. “VAZ 21074” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Sözügedən avtomobili idarə etmək üçün oğlu Müşfiqə etibarnamə vermişdir. Daha sonra Müşfiqin sürücülük hüququ məhdudlaşdırıldığından oğlu həmin avtomobili idarə etməmişdir. xx.xx.2024-cü il tarixdə həmin avtomobil onun tərəfindən idarə olunmuşdur. Həmin avtomobillə sürət həddini aşmış ola bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının və şahidin izahatlarını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 18827850 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “VAZ 21074” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 20:18-də Goranboy rayonu Borsunlu yolunun 4cü kilometrliyində yolda müəyyən edilmiş hərəkət sürəti 14 km/saat həddində aşılmışdır. X1 İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Şəmkir RPŞ-nin Kür PB-nin rəisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13- 110-1/2-1074/202 nömrəli arayışdan görünür ki, X4 həqiqətən Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsində işləyir. O, xx.xx.2024-cü il tarixlərdə saat 09:00-dan saat 21:00dək olan müddət ərzində iş yerində olmuşdur; Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AD seriyalı, 968718 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21074” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mülkiyyətindədir. Hüquqi əsaslandırma: İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 6-cı maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir (Qanunçuluq prinsipi); 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 135.1 və 135.1.5-ci maddələrinə əsasən tətbiq edilmiş tənbehin bu Məcəllənin 31- 34-cü maddələrinin tələblərinə uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir; 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə -üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi hazırkı halda X4 barəsində xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 18827850 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul etməklə inzibati məsuliyyətin əsaslarını pozmuşdur. Belə ki, ilk növbədə inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Lakin, iş üzrə müəyyən olunduğu kimi X2 hərəkətlərində İXM-in 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyil. Həmçinin, X4 həmin inzibati xətanın subyekti olmamışdır. Bundan başqa inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan tərəfindən İXM-in qanunçuluq prinsipinin tələbləri də pozulmuşdur. Həmin prinsipin məzmununa uyğun olaraq inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilməlidir. Lakin, göründüyü kimi inzibati orqan inzibati tənbehi İXM-in tələblərinə uyğun tətbiq etməmişdir. Belə ki, X4 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 18827850 nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 328.1-ci maddəsi ilə təqsirli bilinsə də onun barəsində həmin maddənin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməmişdir. Belə ki, həmin qərardan göründüyü kimi onun barəsində 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin, nəzərə alınmalıdır ki, sözügedən maddənin sanksiyasında həmin məbləğdə inzibati cərimə nəzərdə tutulmamışdır. Ümumiyyətlə, xx.xx.2024-cü il tarixli, EQ 18827850 nömrəli inzibati tənbeh vermə haqqında qərarda X2 nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs olaraq nəqliyyat vasitəsini idarə etməsinə görə məsuliyyətə cəlb olunduğuna dair qeyd yoxdur. Beləliklə, X4 barəsində inzibati xətaya görə tənbeh İXM-ə uyğun tətbiq edilməmişdir. Bu halda nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmə şikayət vermiş şəxsin digər tələbinə, yəni iş üzrə icraata xitam verilməsinə dair qeyd etməyi zəruri hesab edir ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi “VAZ 21074” minik markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2024-cü il tarixdə, saat 20:18-də Goranboy rayonu Borsunlu yolunun 4-cü kilometrliyində yolda müəyyən edilmiş hərəkət sürəti 14 km/saat həddində aşılmışdır. Bu hal məhkəmə iclasında tədqiq edilmiş şahid X3 izahatı ilə də öz təsdiqini tapmışdır. Yəni, toplanmış ilkin sübutlarla İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi aşkardır. Bu səbəbdən də şikayətin iş üzrə icraata xitam verilməsi hissəsində məhkəmə şikayəti əsassız hesab edir. Məhkəmə qeyd edir ki, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmalı olduğundan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı 18827850 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. İXM-in: 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 137.3-cü maddəsinə əsasən bu Məcəllənin 134.1.4-cü və 134.1.5-ci maddələrinə əsasən qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edildikdə, inzibati xəta haqqında işə bu Məcəllə ilə müəyyən edilmiş müddətlərdə yenidən baxılır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ seriyalı, 18827850 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(045)-280/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-280/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver