Məhkəmə qərarları › İş №3(045)-281/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-281/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-281/2024 15.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X7 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2023cü il tarixli, EQ seriyalı 18540987 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 18540987 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətini onunla əsaslandırmışdır ki, onun sürücülük hüququ 2023-cü ilin sentyabr ayından məhdudlaşdırılmışdır. Həmin tarixdən o özü avtomobil idarə etməmişdir. Yaşadığı Gəncə şəhərindən iş yeri olan Şəmkir rayon polis şöbəsinə iş yoldaşı X6 ilə birlikdə gedir. Mülkiyyətində olan Opel Astra markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobili 2023-cü ilin sentyabr ayından X6 idarə edir. O rəsmi olaraq X4 etibarnamə verməmişdir. xx.xx.2023-cü il tarixdə Opel Astra markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobili X6 idarə etmiş, o isə onun yanında olmuşdur. xx.xx.2023-cü il tarixli EQ seriyalı 18540987 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar isə onun adına gəlmişdir. Kamera avtomobili arxadan çəkmişdir. Avtomobilin qabaq görünüşündə avtomobili onun idarə etmədiyi aydın görünəcəkdir. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 18540987 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, X1 iş yoldaşıdır. Opel Astra markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixdə o idarə etmişdir və həmin vaxt X2 onun yanında əyləşmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsi nümayəndəsinin məhkəmə iclasına gəlməsini təmin etməmiş, eləcə də şikayətə dair öz mülahizə və izahatlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 18540987 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzinbati xətanın törədilməsinə görə 300 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə, şikayəti nəzərdən keçirib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 18540987 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə göndərilməlidir. Belə ki, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 18540987 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 300 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə tənbeh növü tətbiq edilir. Göründüyü kimi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 18540987 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində tənbeh tədbiri tətbiq edilməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin məhkəmə iclasında Opel Astra markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobili X3 idarə etdiyi, xx.xx.2023-cü il tarixdə saat 08:55-də ərazidəki sürət həddi 60 km/saat olduğu halda avtomobili 80 km/saat sürət həddində idarə etdiyinə dair ilkin sübutlar əldə edilmişdir. Şikayətçi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə uyğun olaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də şikayət bu hissədə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 18540987 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 08:55-də ərazidəki sürət həddi 60 km/saat olduğu halda avtomobil 80 km/saat sürət həddində idarə edilmiş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bununla da səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması müəyyən edilmişdir. Bu səbəbdən də inzibati xəta haqqında iş yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəra qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 18540987 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ seriyalı 18540987 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar