Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-281/2025 11.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Məmmədova Nurcan İlham qızının katibliyi, Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1963-cü il tarixdə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Goranboy Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 11 fevral 2025-ci il tarixli, MN ******* saylı protokolda göstərilmişdir ki, Goranboy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(045)-1053/2024 saylı icra sənədinə əsasən Patrul.az internet portalında iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 cavabdeh Şəxs ölümlə hədələməsi, 24saat.az internet portalında Sell Lombardın vəzifəli şəxslərinin vətəndaşı aldatması barədə cavabdeh Şəxs yaydığı məlumatların həmin internet portalında təkzib edilməsi vəzifəsi cavabdeh Şəxs üzərinə qoyulmuş, həmin məlumatların yayılması nəticəsində vurulmuş mənəvi ziyana görə cavabdeh Şəxs İddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 işgüzar nüfuzuna vurulmuş zərərə görə hər birinə 200 manat olmaqla, cəmi 600 manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 ödənilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək göstərmişdir ki, Goranboy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(045)-1053/2024 saylı icra sənədindən məlumatı olmamışdır. Onu hazırda icra şöbəsinə çağırmış, ondan icranı tələb etmişlər. O 1 ay ərzində cəriməni ödəyəcək və saytda üzr istəyəcəkdir. İcraçılar onu ilk dəfə Şöbəyə çağırmış, dərhal da protokol tərtib etmişlər. Ona könüllü icra barədə xəbərdarlıq olunmamışdır. O borcun ödənilməsindən yayınmır. İcraçıların da çağırışına gəlmişdir. Onu ilk dəfə İira şöbəsinə çağırmışlar və dərhal barəsində protokol tərtib etmişlər. Məhkəmə iclasında Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdiklərini təsdiq edərək bildirmişdir ki, Şəxs ilk dəfə Şöbəyə çağırmışlar. Lakin o tələbi icra etməyəcəyini bildirdiyindən protokol tərtib edilmişdir. Tələbkarlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Goranboy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(045)-1053/2024 saylı icra sənədindən görünür ki, Patrul.az internet portalında iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 cavabdeh Şəxs ölümlə hədələməsi, 24saat.az internet portalında Sell Lombardın vəzifəli şəxslərinin vətəndaşı aldatması barədə cavabdeh Şəxs yaydığı məlumatların həmin internet portalında təkzib edilməsi vəzifəsi cavabdeh Şəxs üzərinə qoyulmuş, həmin məlumatların yayılması nəticəsində vurulmuş mənəvi ziyana görə cavabdeh Şəxs İddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 işgüzar nüfuzuna vurulmuş zərərə görə hər birinə 200 manat olmaqla, cəmi 600 manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 ödənilməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, Goranboy Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(045)-1053/2024 saylı icra sənədinə əsasən Patrul.az internet portalında iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 cavabdeh Şəxs ölümlə hədələməsi, 24saat.az internet portalında Sell Lombardın vəzifəli şəxslərinin vətəndaşı aldatması barədə cavabdeh Şəxs yaydığı məlumatların həmin internet portalında təkzib edilməsi vəzifəsi cavabdeh Şəxs üzərinə qoyulmuş, həmin məlumatların yayılması nəticəsində vurulmuş mənəvi ziyana görə cavabdeh Şəxs İddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 işgüzar nüfuzuna vurulmuş zərərə görə hər birinə 200 manat olmaqla, cəmi 600 manat məbləğində pul cavabdeh Şəxs tutularaq iddiaçılar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 ödənilməlidir. İş materiallarında borclu Şəxs icra barədə tələbin könüllü icrası barədə bildirişi almasını təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Məhkəmə iclasında borclu Şəxs tərəfindən “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi sübutlarla təsdiqini tapmamış, əksinə borclu Şəxs icra sənədini könüllü icra edəcəyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə “məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi” – bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibinin yaranması üçün onun dispozisiyasında nəzərdə tutulan – icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin məhz üzürsüz səbəbdən icra edilməməsi kimi əlamətlərin mövcud olması zəruridir. Məhkəməyə təqdim olunmuş inzibati xəta haqqından materiallardan isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində belə bir əlamətlərin mövcud olması təsdiqini tapmamışdır. Belə ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi dedikdə borclunun icra sənədini qanunvericiliklə qadağan olunmayan vasitələrlə icra edə bilməsi imkanına malik olması, lakin onun icra sənədini qəsdən icra etməməsi və ya ümumiyyətlə buna cəhd göstərməməsi başa düşülür. Borclu Şəxs izahatından görünür ki, Şəxs icra barədə məlumatı olmamış, tələbin könüllü icrası barədə ona bildiriş verilməmişdir. Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəməyə borclunun könüllü icra barədə bildirişi almasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Borclu Qasımov X2 Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(045)-1053/2024 saylı icra sənədinin icrasından yayınmadığını, ona vaxt verilmədiyini, icra barədə məlumat aldığı an barəsində inzibati protokol tərtib edildiyini bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında protokolda göstərilən hal üzrə inzibati xəta hadisəsi mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırki inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə inzibati xəta hadisəsi mövcud olmadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 105, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində 11 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xətalara dair protokola dair Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-281/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-281/2025
11.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver