Məhkəmə qərarları › İş №3(045)-283/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-283/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-283/2024 03.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin X8 Bölməsinin YNH-in hadisəsi üzrə baş inspektoru X1 zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2 və 333.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 03 aprel 2024-cü il tarixdə Goranboy rayon Polis Şöbəsindən Şəxs barəsində tərtib olunmuş 21 mart 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs sərxoş vəziyyətdə 21 mart 2024-cü il tarixdə, saat 21:00-da Goranboy rayonu, Dəliməmmədli şəhəri, Yaşar Rəhimov küçəsində “Toyota Prius” minik markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ hərəkət zolağında dayanmış vəziyyətdən sola və geiyə dönmə qaydalarının tələblərini pozaraq hərəkətə başlayan zaman onunla eyni istiqamətli yolda hərəkətdə olan “VAZ 21074” minik markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmiş və nəticədə VAZ 21074” minik markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və həmin avtomobildə sərnişin qismində əyləşən Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bununla da, Şəxs İXM-in 327.2 və 333.3-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin X8 Bölməsinin YNH-in hadisəsi üzrə baş inspektor X4 izahatında göstərdi ki, Şəxs 21 mart 2024-cü il tarixdə, saat 21:00-da Goranboy rayonu, Dəliməmmədli şəhəri, Yaşar Rəhimov küçəsində “Toyota Prius” minik markalı, ** UV *** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağ hərəkət zolağında dayanmış vəziyyətdən sola və geiyə dönmə qaydalarının tələblərini pozaraq hərəkətə başlayan zaman onunla eyni istiqamətli yolda hərəkətdə olan “VAZ 21074” minik markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etməsi müəyyən olunmuşdur. “VAZ 21074” minik markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 müxtəlif dərəcəli bədən xəsarətləri aldığları müəyyən olunmuşdur. Şəxs barəsində İXP seriyalı ******* nömrəli, 21 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 327.2 və 333.3-cü maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində sərxoş halda idarə etdiyi “Toyota Prius” markalı, **-UV-*** dövlət nömrə nişanlı avtomobili ilə Goranboy rayon Dəliməmmədli şəhəri Yaşar Rəhimov küçəsində yolun sağ hərəkət zolağında dayandığı yerdən sola dönmə manevr hərəkətini həyata keçirən zaman o, onunla eyni istiqamətli yolda hərəkətdə olan əvvəllər tanıdığı dostu Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 21074” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol verə bilməmiş və nəticədə toqquşma hadisəsi baş vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və Zərərçəkmiş şəxs1 avtomobilində olan sərnişin Məmmədtağı xəsarət aldığı üçün xəstəxanaya aparmışlar. Hazırda zərərçəkmiş şəxslərlə barışmışdır. Əməlindən peşmandır. Yekunda məhkəmədən onun barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində idarə etdiyi “VAZ 2107” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Goranboy rayon Dəliməmmədli şəhərində yanacaq doldurma məntəqəsindən evinə gedirmiş. Həmin zaman avtomobili o, idarə etmiş və avtomobildə ondan başqa dostu Zərərçəkmiş şəxs2 olmuş və avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. O, idarə etdiyi avtomobil ilə Goranboy rayon Dəliməmmədli şəhəri Yaşar Rəhimov küçəsi yolun sağ hərəkət zolağı ilə hərəkətdə olmuş, digər dostu Şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil sola dönmə manevr hərəkətini həyata keçirən zaman onun idarə etdiyi avtomobilin qarşısına çıxmış və onun idarə etdiyi avtomobilinin qabaq tərəfi, Şəxs idarə etdiyi avtomobilin sol qabaq tərəfi ilə toqquşmuş və onun idarə etdiyi avtomobil yolun sol hərəkət zolağında dayanmışdır. Hadisə zamanı o, xəsarət almışdır. Daha sonra o, avtomobildən yerə düşmüş və idarə etdiyi avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs2 da xəsarət aldığı üçün Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparmışlar. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21 radələrində dostu Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2107” markalı, **- VE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Goranboy rayon Dəliməmmədli şəhərində yanacaq doldurma məntəqəsindən evə gedən zaman yolun sağ hərəkət zolağı ilə hərəkətdə olan digər dostu Şəxs idarə etdiyi “Toyota Prius” markalı, **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobil sola dönmə manevr hərəkətini həyata keçirən zaman onların avtomobilinin qarşısına çıxmış və onların avtomobilinin qabaq tərəfi, Şəxs idarə etdiyi avtomobilin sol qabaq tərəfi ilə toqquşmuşdur. Hadisə zamanı o və avtomobili idarə edən dostu Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Hidayyət Cəfərovun 03 aprel 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-in 333.3-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 270 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – qarının döş qəfəsinin küt travması, bədən səthinin çoxsaylı hematomaları, tənəffüsün çətinləşməsi, plevrada və qaraciyər altı sahələrdə mayenin (hematoması) olması bərk Küt əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2024-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 266 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsinə və tibbi sənədinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alt çənənin cərrahi tikişə ehtiyacı olan yarası bərk Küt əşyanın (ların), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2024-cü il tarixdə avtoqəza zamanı əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir; 21 mart 2023-cü il tarixli, İN 642505 nömrəli alkotesterin nəticəsindən görünür ki, müayinə nəticəsində Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Sürücü Şəxs alkoqolun miqdarı 4,177 promil olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. İXM-in: 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur; 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs ənəlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələrinin baxdığı işlərin dairəsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 iyun tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci bəndinə əsasən İXM-in 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin səlahiyyətinə aiddir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Goranboy rayon X5 X7 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar