Məhkəmə qərarları › İş №3(045)-285/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-285/2023

18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-285/2023 18.04.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayonunun Qaradağlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Goranboy rayon İcra və Probasiya şöbəsinin daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 529.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Goranboy Rayon Polis Şöbəsinin ******* saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Goranboy rayon Qaradağlı kəndində yaşayan olan Şəxs Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsi ilə təqsirli bilnərək 100 ( bir yüz ) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Borclu Şəxs icra sənədində göstərilən borcun ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Lakin, icra sənədində göstərilən borcunu ödəməydiyi üçün borclu Şəxs xəbərdarlıq göndərilməsinə baxmayaraq o, yenə də qərəzli olaraq borcunu ödəməmişdir. Bugünkü tarixdə borclu Şəxs şöbəyə axtarış nəticəsində təhvil verilmiş və iş üzrə izahatı alınmışdır. O, bildirmişdir ki, icra sənədi üzrə olan cərimə borcundan hal-hazırda heç bir ödəniş etmir və və etmək fikri də yoxdur. Göstərilənlərə əsasən borclu Şəxsi inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın qərarını qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməklə İXM-in 529.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Goranboy Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirdi ki, borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icra sənədində göstərilən məbləğdən ödəniş etməmişdir. Bu səbəbdən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, Goranboy Rayon Polis Şöbəsinin ******* saylı xx.xx.2022-ci il tarixli qərarından məlumatlıdır və həmin qərar ona rəsmi qaydada verilmişdir. Lakin, həmin qərar üzrə ona təyin edilmiş 100 (bir yüz) manat məbləğində cəriməni ödəmək iqtidarında deyildir, maddi vəziyyəti çox çətindir. Odur ki, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy Rayon Polis Şöbəsinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən Şəxs barəsində İXM-in 211.2-ci maddəsi ilə protokol tərtib edilmişdir; “İnzibati tənbeh vermə haqqında” Goranboy Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarından görünür ki, Şəxs İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinib 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir; xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, 231982/2022 nömrəli müvafiq tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Goranboy Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli icra sənədi üzrə tələbin könüllü icra olunması barədə bildiriş borclu Şəxs xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. İzahatlardan görünür ki, qanunla müəyyən edilmiş müddət ərzində borclu icra sənədini icra etmədiyindən o, Goranboy Rayon İcra və Probasiya şöbəsinə dəvət edilərək izahat alınmış, icra sənədinin icra edilməsi tələb olunmuşdur. İXM-in 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. İnzibati xəta haqqında protokol, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs səlahiyyətli orqanın icra sənədilərin icrasını 3 aydan artıq müddət ərzində təmin etməmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetirildiyindən sonuncunun əməli düzgün olaraq, İXM-in 529.1-ci maddəsi ilə tövsif olunmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) saat ictimai işlər növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar