Məhkəmə qərarları › İş №3(045)-299/2024

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-299/2024

08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-299/2024 08.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılaraq qərar qəbul edilməsi üçün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törədilməsinə görə xx.xx.2023-cü il tarixli, EQ 16679052 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bununla da o, İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan: Goranboy Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 239220 nömrəli, 08 aprel 2024-cü il tarixli ölüm haqqında arayışın surətindən görünür ki, Şəxs 12 yanvar 2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, Şəxs barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-in 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İXM-in 129cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar