Məhkəmə qərarları › İş №3(045)-301/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-301/2023

01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-301/2023 01.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1998-ci ildə Xocalı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Xocalı şəhərində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 30 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, 30 aprel 2023cü il tarixdə saat 17:00 radələrində Şəxs Bakı-Qazax yolunun 723 saylı stasionar postunda ictimai qaydanı pozmuş və polisin qanuni tələbini qəsdən pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞnin İTB-nin polis sahə rəisi X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, 30 aprel 2023-cü il tarixdə BDYPİ-nin YPXA-nın 8-ci tağımında təsdiq edilmiş qrafikə uyğun olaraq xidmət aparan zaman Bakı-Qazax yolunun 331-ci km-də Vaz 21214 minik markalı avtomobil ön dövlət qeydiyyat nişanı olmadan idarə olunduğu üçün polis əməkdaşları saxla işarəsi verilməsinə baxmayaraq ziqzaqvari hərəkətlər edərək hərəkətini davam etdirmiş, buna görə də həmin avtomobilə dayanması üçün dəfələrlə mikrofonla müraciət edib sayrışan işıqlarla xəbərdarlıq etdikdən sonra avtomobili saxlamışlar. Yoxlama zamanı avtomobilin arxa ** ZP *** dövlət qeydiyyat nişanlarının üzərində olması müəyyən edilmişdir. Yoxlamanın davamında avtomobili idarə edən şəxsin Şəxs olması, həmin sürücü Şəxs sərxoş vəziyyətdə Vaz 21214 minik markalı avtomobili cərimə borcu olduğu halda idarə etməsi müəyyən olunmuşdur. Bundan sonra Şəxs 723 saylı stasionar posta gətirmiş, sürücü Şəxs polis əməkdaşlarının qanuni göstərişlərinə əməl etməyərək intizamsızlıq nümayiş etdirib onlara nalayiq ifadələrlə söyüb təhqir etdiyindən onu dəfələrlə intizama dəvət etməklərinə baxmayaraq sürücü Şəxs polisin qanuni tələbinə əməl etməyərək intizamsız hərkətlərini davam etdirdiyi üçün onun barəsində qanuna müvafiq tədbir görülməsi üçün yanındakı sərnişinlə Goranboy RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Yekunda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, 30 aprel 2023-cü il tarixdə 1 yaşlı övladı xəstə olduğu üçün və həkimin yazdığı dərmanları almaq məqsədi ilə Gəncə şəhərinə yollanmış və yolda dayanmış 1 nəfər sərnişini özü ilə götürmüşdür. O, toy məclisindən çıxmış və spirtli içki qəbul etmişdir. Həmçinin avtomobilinin texniki baxışının müddəti bitdiyi üçün avtonəqliyyat vasitəsinin ön nəqliyyat nişanını sökərək qabaq aynaya vurmuşdur ki, Bakı-Qazax yolunda qurlaşdırılmış radarlar onun avtomobilni çəkməsin. Bundan sonra hərəkətdə olan zaman Goranboy rayon Səmədabad kənd istiqamətində YPX-nın əməkdaşları onun avtomobilinə saxla əmri vermişlər və o, dərhal avtomobili saxlamışdır. Polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və sərxoş olub-olmamasını soruşduqda o, sərxoş olduğunu bildirmiş və uşağı xəstə olduğundan Gəncə şəhərinə dərman almaq üçün gəldiyini demişdir. Polis əməkdaşları onu başa düşməyərək avtonəqliyyat vasitəsini 723 saylı stasionar posta aparmışlar. Orada polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Hazırda əməlindən peşmandır. Uşağı xəstə olduğu üçün məcbur olaraq bu hərəkəti etmişdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməri inspektoru X6 izahatında göstərdi ki, 30 aprel 2023-cü il tarixdə BDYPİ-nin YPXA-nın 8-ci tağımında təsdiq edilmiş qrafikə uyğun olaraq xidmət aparan zaman Bakı-Qazax yolunun 331-ci km-də Vaz 21214 minik markalı avtomobil ön dövlət qeydiyyat nişanı olmadan idarə olunduğu üçün o və digər polis əməkdaşı saxla işarəsi verilməsinə baxmayaraq ziqzaqvari hərəkətlər edərək hərəkətini davam etdirmiş, buna görə də həmin avtomobilə dayanması üçün dəfələrlə mikrofonla müraciət edib sayrışan işıqlarla xəbərdarlıq etdikdən sonra avtomobili saxlamışdır. Yoxlama zamanı avtomobilin ** ZP *** dövlət qeydiyyat nişanının üzərində olmaması müəyyən edilmişdir. Yoxlamanın davamında avtomobili idarə edən şəxsin Şəxs olması, həmin sürücü Şəxs sərxoş vəziyyətdə Vaz 21214 minik markalı avtomobili cərimə borcu olduğu halda idarə etməsi müəyyən olunmuşdur. Bundan sonra Şəxs 723 saylı stasionar posta gətirmişlər. Sürücü Şəxs onların qanuni göstərişlərinə əməl etməyərək intizamsızlıq nümayiş etdirib nalayiq ifadələr işlətmişdir. Dəfələrlə intizama dəvət etməklərinə baxmayaraq sürücü Şəxs onların tələbinə əməl etməyərək intizamsız hərkətlərini davam etdirdiyi üçün onun barəsində qanuna müvafiq tədbir görülməsi üçün yanındakı sərnişinlə Goranboy RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməri inspektoru X1 iş üzrə digər şahid X3 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının yol patrul xidməri inspektorları X6 və X1 tərəfindən Goranboy RPŞ-nin rəhbərliyinə ünvanlanmış 30 aprel 2023-cü il tarixli raportdan görünür ki, 30 aprel 2023-cü il tarixdə BDYPİ-nin YPXA-nın 8-ci tağımında təsdiq edilmiş qrafikə uyğun olaraq xidmət aparan zaman Bakı-Qazax yolunun 331-ci km-də Vaz 21214 minik markalı avtomobil ön dövlət qeydiyyat nişanı olmadan idarə olunduğu üçün polis əməkdaşları saxla işarəsi verilməsinə baxmayaraq ziqzaqvari hərəkətlər edərək hərəkətini davam etdirmiş, buna görə də həmin avtomobilə dayanması üçün dəfələrlə mikrofonla müraciət edib sayrışan işıqlarla xəbərdarlıq etdikdən sonra avtomobili saxlamışlar. Yoxlama zamanı avtomobilin arxa ** ZP *** dövlət qeydiyyat nişanının üzərində olması müəyyən edilmişdir. Yoxlamanın davamında avtomobili idarə edən şəxsin Şəxs olması, həmin sürücü Şəxs sərxoş vəziyyətdə Vaz 21214 minik markalı avtomobili cərimə borcu olduğu halda idarə etməsi müəyyən olunmuşdur. Bundan sonra Şəxs 723 saylı stasionar posta gətirmişlər, sürücü Şəxs polis əməkdaşlarının qanuni göstərişlərinə əməl etməyərək intizamsızlıq nümayiş etdirmiş, nalayiq ifadələr işlətmişdir. Onu dəfələrlə intizama dəvət etməklərinə baxmayaraq sürücü Şəxs polisin qanuni tələbinə əməl etməyərək intizamsız hərkətlərini davam etdirdiyi üçün onun barəsində qanuna müvafiq tədbir görülməsi üçün yanındakı sərnişinlə Goranboy RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Odur ki, aidiyyəti üzrə göstəriş verilməsini xahiş edilmişdir; “İnzibati qaydada tutma haqqında” 30 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:30-da inzibati qaydada tutulmuşdur; 30 aprel 2023-cü il tarixli, 124 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs həmin tarixdə sərxoş olmuşdur (0.816%). Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, inzibati xəta haqqında protokol, şahid izahatları, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 30 aprel 2023-cü tarixdə Bakı-Qazax yolunun 723 saylı stasionar postunda ictimai qaydanı pozmuş, yəni ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 30 aprel 2023-cü tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətanı sərxoş halda törətməsini məhkəmə onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edir. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 31.4-1 və 34.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 150 (yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar