Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-31/2024 23.01.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, məhkəmə iclasının katibi Zeynalzadə Aysel İlham qızının katibliyi, Goranboy Rayon Polis Şöbəsi İTB-nin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1994-cü il tarixdə, Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə ismin müvafiq halında İXM) 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X3 tərəfindən Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə MN seriyalı, ******* №-li, 23 yanvar 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında MN seriyalı, ******* №-li, 23 yanvar 2024-cü il tarixli protokolda göstərilmişdir ki, Şəxs 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 100 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs özünü qeyd edilən inzibati xətada təqsirli bilməyərək göstərmişdir ki, o uşağı xəstə olduğu üçün Zərərçəkmiş şəxs 65 manat pul almışdır. Lakin imkanı olmadığından borcu qaytara bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs 100 manat vermişdir. Buna görə də icraata xitram verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs onun qohumunu işə düzəltmək adı ilə ondan 100 manat pul almışdır. Lakin onu aldatmış pulunu mənimsəmişdir. Dəfələrlə pulun qaytarılmasını xahiş etsə də qaytarmamışdır. Borc pul alması barədə də dedikləri yalandır. Məhkəmə iclasında pulun qaytarılması barədə dediyi ifadə də yalandır. Ona Şəxs pul qaytarılmamışdır və o, Şəxs ilə barışmır. Onun cəzalandırılmasını xahiş edir. Onunla barışmaması barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs – Goranboy Rayon Polis Şöbəsinin polis sahə rəisi polis mayoru X3 izahat verərək, bildirmişdir ki, Şəxs 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 100 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Tərəflər arasında barışıq yoxdur və ziyan ödənilməmişdir. Şəxs barəsində tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə Goranboy rayon polis şöbəsinin təhqiqatçısı X2 22 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 100 manat pulunu ələ keçirmiş Şəxs barəsində tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o Şəxs ilə barışmamışdır, onun cəzalandırılmasını xahiş edir. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 2023-cü ilin aprel ayında Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 100 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu əməldə təqsiri zərəçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında tərtib edilmiş protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd olunan inzibati hüquq normasının məzmunundan görünür ki, İXM-nin 227-ci maddəsi talamağa görə bir neçə ayrı-ayrı inzibati xəta ilə yanaşı mənimsəmə əməlini inzibati xəta kimi müəyyən etmişdir. İnzibati hüquq nəzəriyyəsinə görə mənimsəmə dedikdə, təqsirkara etibar edilmiş özgə əmlakını talama nəzərdə tutulur ki, mənimsəmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxş edə bilər. Qeyd olunan hüquq normalarını hazırki işin faktiki halları ilə qarşılıqlı şəkildə araşdıraraq məhkəmə hesab edir ki, Şəxs əməlləri barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin özünü etirafedici izahatı ilə, yanaşı iş materiallarında olan inzibati xəta haqqında protokol və digər sənədlərlə sübuta yetirilir. Məhkəmə Şəxs özünü İXM-nin 227-ci maddəsi ilə təqsirli bilməməsi və borc pul almasına dair verdiyi ifadəni onun özünü müdafiəsinə yönəlmiş ifadə kimi qiymətləndirir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İXM-nin 227-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində İXMnin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tənbeh tədbirinin - 1 (bir) ay müddətində inzibati həbs tənbeh təbdirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edir ki, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin, yəni Şəxs təqsiri sübuta yetirildiyindən, sonuncu İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) ay müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, Şəxs həbsetmə müddətinin başlanğıcı 23 yanvar 2024-cü il tarixdən saat 15:00-dan hesablanmalı, qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) ay müddətində inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Qərar dərhal icra edilsin. Şəxs həbsetmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən saat 15:00-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-31/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-31/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver