Məhkəmə qərarları › İş №3(045)-317/2024

Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-317/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-317/2024 09.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Qaradağ rayon DYPİ-nin yol patrul xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv olunmasına dair X2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Qaradağ rayon DYPİ-nin yol patrul xidməti inspektoru tərəfindən barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və barəsində olan iş üzrə icraata xitam verilməsi, qanun pozuntusuna yol vermiş Bakı şəhər Qaradağ rayon DYPİ-nin yol patrul xidməti inspektoru barədə xüsusi qərardadın çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var. Göründüyü kimi qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, həmin protokol üzrə qəbul edilmiş qərarlardan şikayət verilməsi nəzərdə tutulmuşdur. X2 isə inzibati xəta haqqında protokoldan şikayətlə məhkəməyə müraciət etmiş, həmçinin ərizəsinə inzibati tənbeh vermə haqqında qərarı əlavə etməmişdir. Bu da öz növbəsində X2 tərəfindən mübahisələndirilən qərarın mövcudluğuna şübhə doğurur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Qaradağ rayon DYPİ-nin yol patrul xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv olunmasına dair X2 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar