Məhkəmə qərarları › İş №3(045)-322/2025

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-322/2025

18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-322/2025 18.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Goranboy Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Kəlbəcər rayonunun Qamışlı kəndində qeydiyyatda olan və Goranboy rayonu, Veyisli qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X10 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 16 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, 16 fevral 2025-ci il tarixdə saat 12:20 radələrində Goranboy rayonu, Goran qəsəbəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X15 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 12:20 radələrində Goranboy rayon Goran qəsəbəsində avaraçılıq və dilənçiliyə qarşı tədbir keçirilən zaman "Bizim ev" cehizlik mağazasında qarşısında, ictimai yerdə adı sonradan məlum olan Şəxs mağazanın qarşısında vətəndaşların hərəkətləri üçün nəzərdə tutulmuş yolda stol qoyaraq ayağını yola uzatdığından və vətəndaşların keçməsinə maneçelik yaratdığından xidmətdə olan polis əməkdaşları həmin şəxsə yaxınlaşaraq özlərini ona təqdim edərək stolu yoldan götürməsinə və maneçilik törətməməsini bildirmişlər. Lakin o, polisin qanuni tələbinə tabe olmayaraq "sən kimsən, yaxşı edib otururam, durmuram" deyərək üstünə yerimiş və nümayişkəranə danışaraq ətrafda olan şəxsləri oraya toplamişdır. Polis əməkdaşları Şəxs sakitləşdirməyə çalışsalar o öz hərəkətlərini davam etdirmişdir. Bu zaman yaxınlıqda xidmət aparan Goranboy RPŞnin DYP-nin əməkdaşları YPX-nın inspektoru polis baş serjantı Süleyman Piriyev və YPXnın inspektoru polis baş serjantı Rauf Şəmsəddinovu köməyə çağırmışlar və həmin şəxs polisin qanuni fəaliyyətinə müdaxilə etməklə polisin qanuni tələbinə tabe olmamışdır. Ona görə də, YPX əməkdaşlarının köməyi ilə Şəxs polis şöbəsinə gətirilərək NH-yə təhvil verimişdir. Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025ci il tarixdə saat təxminən 12:20 radələrində Goranboy rayon Goran qəsəbəsində “Bizim ev" cehizlik mağazasının qarşısında tanışı X6 ilə səkidə oturan zaman bir nəfər polis əməkdaşı ona yaxınlaşıb özünü təqdim etmiş və ona insanların gediş-gəlişinə mane olduğunu, səkini boşaltmağını bildirmişdir. O, həmin əməkdaşın dediyi sözə görə əsəbləşmiş və mübahisə etməyə başlamışdı. Daha sonra iki nəfər polis əməkdaşı da o olduğu yerə yaxınlaşmış və onu nizam-intizama dəvət etmişdir. Lakin o əsəbi olduğu üçün öz qanunsux hərəkətlərinə davam etmişdir. Daha sonra polis əməkdaşları barələrində tədbir görülməsi üçün onu RPŞ-nin NH-nə təhvil vermişlər. Əməlindən peşmandır, polis əməkdaşlarından da hərəkətlərinə görə üzr istəmişdir. Yekunda məhkəmədən barəsində yüngül tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Goranboy RPŞ-nin DYPB-nin YPXnin inspektoru X5 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 12:22 radələrində xidmət yoldaşı Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektoru, polis baş serjantı X1 rayon Goran qəsəbəsində xidmətdə olan zaman RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Rüfət Quliyevin yaxınlığında olan əsəbi halda uca səslə ünvanlı-ünvansız söyüşlər söyən, adını sonradan bildiyi Şəxs sakitləşdirmək məqsədilə onları yanına çağırmışdır. X16 ilə birlikdə həmin şəxsi nizam-intizama dəvət edib etdikləri əməlin qanunazidd olduğunu izah edib sakitləşmələrini tələb etsələr də, Şəxs öz qərəzli hərəkətlərini davam etdirərək onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Daha sonra onlar həmin şəxsi barəsində tədbir görülməsi üçün RPŞ-nin NH-nə gətirib təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin DYPB-nin YPXnin inspektoru X3 iş üzrə digər şahid X2 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Rüfət Quliyev, Goranboy RPŞ-nin DYPB-nin YPX-nin inspektorları Süleyman Piriyev və Rauf Şəmsəddinov tərəfindən RPŞnin rəhbərliyinə ünvanlanmış 16 fevral 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 12:20 radələrində Goranboy rayon Goran qəsəbəsində avaraçılıq və dilənçiliyə qarşı tədbir keçirilən zaman "Bizim ev" cehizlik mağazasında qarşısında, ictimai yerdə adı sonradan məlum olan Şəxs mağazanın qarşısında vətəndaşların hərəkətləri üçün nəzərdə tutulmuş yolda stol qoyaraq ayağını yola uzatdığından və vətəndaşların keçməsinə maneçelik yaratdığından ona özünü təqdim edərək stolu yoldan götürməsinə və maneçilik törətməməsini bildirmişdir. Lakin sonuncu onun qanuni tələbinə tabe olmayaraq "sən kimsən, yaxşı edib otururam, durmuram" deyərək üstümə yeridi və nümayişkəranə danışaraq ətrafda olan şəxsləri oraya toplamışdır. O, Şəxs sakitləşdirməyə çalışsa da sonuncu öz hərəkətlərini davam etdirmişdir. Bu zaman yaxınlıqda xidmət aparan Goranboy RPŞ-nin DYP-nin əməkdaşları YPX-nın inspektoru polis baş serjantı Süleyman Piriyev və YPX-nın inspektoru polis baş serjantı Rauf Şəmsəddinovu çağırmış həmin şəxsi avtomobilə əyləşdirərkən, adı onlara sonradan məlum olan X6 adlı şəxs "dövlət yol polis xidmətinin əməkdaşları kimdirki adam aparır" deyib polisin qanuni fəaliyyətinə müdaxilə etməklə polisin qanuni tələbinə tabe olmamışdır. Ona görə də, YPX əməkdaşları ilə birlikdə N.Əliyevdə polis şöbəsinə gətirilmişdir. Odur ki, Şəxs və X9 barəsində tədbir görülməsi üçün aidiyyəti göstəriş verilməsi xahiş olunmuşdur; “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 12:51-də inzibati qaydada tutulmuşdur və 17 fevral 2025-ci il tarixdə 17:44-də azad edilmişdir; İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı, şahid ifadələri və araşdırılmış digər sübutlarla tam sübuta yetir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, Şəxs Goranboy rayonu Goran qəsəbəsində səs-küy salmaqla xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının öz vəzifələrini icra etməsinə maneçilik törətmiş, onu sakitləşdirməyə çalışan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Yəni, Şəxs bu hərəkətləri ilə polis əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirmələrinə mane olmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində İXMin 31.4-1-ci maddəsinin tələbi nəzərə alınmaqla ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən, İXM-in 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar