Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-324/2025 18.02.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ (inzibati xəta haqqında iş üzrə) Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy rayon Polis Şöbəsinin polis sahə rəisi X2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Orxan Həziyevin 15 fevral 2025-ci il tarixli və Goranboy RPŞ-nin təhqiqatçısı Rəhman Həsənovun xx.xx.2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarları ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərarlar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən MN seriyalı ******* nömrəli, 16 fevral 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli, 16 fevral 2025-ci il tarixli və MN seriyalı ******* nömrəli, 15 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, 16 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Goranboy şəhər V. Bayramov küçəsində yerləşən “Elstore” adlı marketdən 152 manat dəyərində “Jack- Daniels” markalı spirtli içki oğurlamışdır. MN seriyalı ******* nömrəli, 16 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Goranboy rayonu Veyisli kənd ərazisində yerləşən “Oba” marketdən 46 manat dəyərində 2 (iki) ədəd 1 (bir) kg, “Yeni Zellandiya” markalı kərə yağını oğurlamışdır. MN seriyalı ******* nömrəli, 15 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə tarixdə Goranboy rayonu Veyisli kənd ərazisində yerləşən “AL-market” adlı ərzaq mağazasından marketdən 42 manat dəyərində spirtli içki oğurlamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy rayon Polis Şöbəsinin polis sahə rəisi X1 bildirdi ki, Goranboy rayonu sakinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ərizələri əsasında toplanmış, törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyat kitabında 347 nömrə ilə qeydə alınmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə Goranboy şəhərində yerləşən V. Bayramov küçəsində yerləşən "El Store" marketdən 152 manat dəyərində 2 ədəd, 1 l-lik "Jack daniels" markalı viskini, xx.xx.2025-ci il tarixdə Goranboy rayonu Veyisli kənd ərazisində yerləşən “Oba” marketdən 46 manat dəyərində 2 (iki) ədəd 1 (bir) kg, “Yeni Zellandiya” markalı kərə yağını və xx.xx.2025-ci il tarixdə tarixdə Goranboy rayonu Veyisli kənd ərazisində yerləşən “ALmarket” adlı ərzaq mağazasından marketdən 42 manat dəyərində spirtli içki oğurlamışdır. Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-nə verilmişdir. Həmin qərarlar əsasında Şəxs barəsində tərəfindən İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Goranboy şəhərində yerləşən “EL store” adlı mağazadan ümumi dəyəri 152 manat olan spirtli içki, Goranboy rayonu Veyisli kənd ərazisində yerləşən “AL market” adlı ərzaq mağazasından bir ədə spirtli içki və xx.xx.2025-ci il tarixdə Goranboy rayonu Veyisli kənd ərazisində yerləşən “OBA” marketdən iki ədəd kərə yağı oğurlamışdır. Hazırda zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəmişdir. Zərərçəkmiş şəxslərlə barışmış və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur. Bu barədə olan ərizəsini məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, ona vurulmuş ziyan tam ödənilmiş və o, Şəxs bağışlamışdır. İş üzrə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə olan ərizəsini məhkəməyə etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, ona vurulmuş ziyan tam ödənilmiş və o, Şəxs bağışlamışdır. İş üzrə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə olan ərizəsini məhkəməyə etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, ona vurulmuş ziyan tam ödənilmiş və o, Şəxs bağışlamışdır. İş üzrə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etdi və bu barədə olan ərizəsini məhkəməyə etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 fevral 2025-ci il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin təhqiqatçısı Rəhman Həsənov tərəfindən Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə Goranboy RPŞ-yə etmiş olduğu müraciət əsasında torplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi əlaməti olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və X4 barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 16 fevral 2025-ci il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin təhqiqatçısı Rəhman Həsənov tərəfindən Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə Goranboy RPŞ-yə etmiş olduğu müraciət əsasında torplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi əlaməti olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və X4 barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, Goranboy RPŞ-nin təhqiqatçısı Rəhman Həsənov tərəfindən Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il tarixdə Goranboy RPŞ-yə etmiş olduğu müraciət əsasında torplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi əlaməti olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və X4 barəsində İXM-in 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir; “İnzibati qaydada tutma haqqında” 15 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:45-də inzibati qaydada tutulmuşdur və 17 fevral 2025-ci il tarixdə saat 16:45-də azad edilmişdir; Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir. O, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir. O, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur; Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir. O, Şəxs ilə barışmışdır. Şəxs qarşı şikayət və tələbi yoxdur. İXM-in: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir; Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəyən ziyanın tamamilə ödənilməsi və onunla barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 109.2, 114-115 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-324/2025
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-324/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver