Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-325/2024 16.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd oğlunun sədrliyi, Zeynalzadə Aysel İlham qızının katibliyi, Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs və onun vəkili Göygöl rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Göygöl şəhər 1 saylı tam orta məktəbinin direktor vəzifəsini icra edən, Kəlbəcər rayonunun Taxtabaşı kəndində qeydiyyatda olan və Göygöl rayonunun Üçtəpə kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy rayon prokurorluğundan daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Ziyad Yunislinin 14 fevral 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən MN seriyalı ******* nömrəli, 16 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Goranboy rayonunun Borsunlu kəndi ərazisində Göygöl rayon sakini Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 bildirdi ki, Göygöl rayon sakini Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə əvvəl DİN-nin “102” çağrı mərkəzinə, daha sonra isə Goranboy rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Goranboy rayonu Borsunlu kəndində yanacaq doldurma məntəqəsinin yanında Qabil adlı şəxs tərəfindən döyülməsini bildirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTB-yə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 16 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Göygöl şəhər sakini kimi tanıyır, onunla hər hansı düşmənçiliyi yoxdur. Zərərçəkmiş şəxs “Sprinter” markalı mikroavtobus sürməklə məşğuldur. 24 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs onun oğlu Akif Misirovun oxuduğu Göygöl şəhəri 4 nömrəli orta məktəbin uşaqlarını İsmayıllı rayonuna ekskursiyaya apardığından, həmin gün axşam 19 radələrində oğlu Akifə zəng edib harada olduğunu soruşmuş, Akifin ona “Göygölə qayıdırıq, hazırda Goranboy rayonu Goran qəsəbəsindəyik” demişdir. O, Akifə “telefonu ver sürücüyə, ona deyim ki, Göygölə çatanda uşağı evimizə düşürsün” ifadəsini işlətmiş və telefon vasitəsilə Niyaməddindən xahiş edərək Göygölə çatdıqda oğlunu evlərinə düşürməsini demişdir. Niyaməddinin isə cavabında kobud formada ona "mən sənə uşaq daşıyanam?” demişdir. O isə Niyaməddinə “2 ildir bizim uşaqları müxtəlif rayonlara sən aparırsan, nə üçün mənə belə kobud cavab verirsən” demiş, daha sonra onun öz maşınına minərək Goranboy rayonu Borsunlu kəndinə gəlmiş, ’’Azpetrol” yanacaq doldurma məntəqəsində Niyaməddini avtomobilindən düşdükdən sonra sonuncunun qolundan tutaraq onunla pis tərzdə danışma səbəbini soruşmuşdur. O, bundan başqa Niyaməddini nə itələmiş, nə vurmuş, nə də hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Göygöl şəhərində yerləşən 4 nömrəli məktəbin qarşısında 18 nəfər valideyin, şagird, və müəllimlərdən ibarət kollektivi onun idarə etdiyi Mercedes Sprinter markalı mikroavtobusa əyləşdikdən sonra İsmayıllı rayonuna gəzinti məqsədi ilə aparmışdır. İdarə etdiyi Mercedes Sprinter markalı mikroavtobusda olan sərnişinlərlə birlikdə İsmayıllı rayonuna çatıb orada müəyyən vaxt keçirdikdən sonra yenidən yaşadıqları Göygöl rayonuna qayıtmaq üçün yola düşmüşlər. Bundan sonra idarə etdiyi Mercedes Sprinter markalı mikroavtobusla Ucar rayonunun ərazisində olan zaman mikroavtobusun salonunda əyləşən Asif adlı şagirdin özünə məxsus mobil telefonu gətirib ona verərək “atam sizinlə danışmaq istəyir” ifadəsini işlətmişdir. Bu zaman onun həmin valideyinlə danışmaq üçün mobil telefonu götürmüş, həmin vaxt sonradan adını bildiyi Qabil adlı şəxsin ona, “əə şofer” demiş, o isə cavab olaraq, “mənim adım Niyaməddindir biraz normal danışın”, fikirlərini bildirmişdir. Qabil isə ona, “sən şofer deyilsən?”, o isə cavab olaraq, “mən şoferəm biraz normal danış, özünüz də ziyalı insansınız” deyə cavab vermişdir. Qabil isə, “çox danışma mənim uşağımı Üç Təpə kəndinə mənim evimə gətir” demişdir. O, isə cavab olaraq “mən sizin uşağı Üç Təpə kəndinə apara bilməyəcəm” fikirlərini səsləndirmişdir. Bu zaman Qabilin ona nəlayiq ifadələr işlədərək, “niyə gətirə bilmirsən”, o isə cavabında, “kəndin çıxışı narahat olduğu üçün mən oradan çıxmaqdan ötrü gərək gedib Daşkəsən rayonunun dairəsindən geri qayıdam, bu isə mənə sərf etmir” ifadəsini işlətmişdir. Bundan sonra Qabil yenidən onu nalayiq sözlərlə söyüb təhqir etdikdə o, mobil telefonu sahibinə geri qaytarmış, bir qədər sonra Asif adlı şagirdin yenidən mobil telefonu ona gətirdikdə Qabil övladına “mən onun başını qatacam sən onun burnunu dağıt mən səni qurtaracam”, o isə cavab olaraq Qabilə “ay müəllim ayıb deyilmi sən söz deyirsən” demişdir. Bu kimi sözlü mübahisələrdən sonra Qabil onu Goranboy rayonunun Borsunlu kəndində gözləmiş və sonuncu onun idarə etdiyi avtomobili həmin kənddə yerləşən “Azpetrol” yanacaq dolduma məntəqəsində saxlatmışdır. O, avtomobildən düşdükdən sonra yenə mübahisə etmişlər və həmin mübahisə zamanı Qabil onu nalayiq ifadələrlə təhqir edərək, qolundan tutumuş, sol üz nahiyəsinə yumruq zərbəsi endirmiş, ətrafda olan şəxslərin köməyi ilə aralarında olan münaqişəyə son qoyulmuşdur. Halhazırda Şəxsla aralarında barışıq yoxdur və barışmaq fikrində də deyildir. Yekunda məhkəmədən Şəxs barəsində tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X2 Publik Hüquqi şəxsin 92 nömrəli, 29 yanvar 2024-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sol yanaq nahiyyəsinin qançırları KÜT əşyanın, o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma zamanı əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin olunmur; Goranboy RPŞ-nin TB-nin təhqiqatçısı Ziyad Yunislinin 14 fevral 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTB-yə həvalə edilmişdir. İXM-nin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Məhkəmə, iş üzrə toplanmış sübutlara, zərəçəkmişin izahatına, o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə tərəfindən Şəxs əməlində inzibati məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə tərəfindən Şəxs əməlində İXM-nin 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-nin: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən İXM-nin 40, 43, 114-115, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-325/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-325/2024
16.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver