Məhkəmə qərarları › İş №3(045)-327/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-327/2023

30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-327/2023 30.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X3 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Vİİİ tağım Yol patrul xidməti inspektoru, polis baş sejantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Qəbələ rayonunun Tüntül kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Qəbələ rayonunun Tüntül kəndində qeydiyyatda olan və Goranboy rayonunun Qızılhacılı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Vİİİ tağım Yol patrul xidməti inspektoru, polis baş sejantı X2 izahatında göstərdi ki, sürücü Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:12-də VAZ 21099 minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən işıq cihazından istifadə qaydalarını pozduğuna görə 723 saylı YPX postunda tərəflərindən saxlanılmışdır. Saxlama zamanı Şəxs sərxoş olması məlum olmuşdur. Daha sonra araşdırma zamanı məlum olmuşdur ki, Şəxs xx.xx.2021-ci il tarixdə də sərxoş halda avtomobil idarə etmişdir və bu barədə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bundan sonra Şəxs barəsində olan protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Törətdiyi inzibati xətaya görə sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs təqsirini etiraf edərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21:12-də VAZ 21099 minik markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır və sərxoş olması məlum olmuşdur. Əməlindən peşmandır. “Vətən” müharibəsi iştirakçısıdır. Göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Alkotestr” qəbzinin surətindən görünür ki, sürücü Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixdə saat 21:15-də alkotesterlə yoxlanılmış, yoxlama zamanı onun sərxoş olması faktı aşkar olmuşdur; Elektron məhkəmə informasiya sistemində Şəxs gəlirləri barədə məlumatdan görünür ki, o vətən müharibəsi iştirakçısı kimi 80 manat pensiya alır. Məhkəmə, protokolu tərtib edən yol-patrul xidməti inspektorunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1 -ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını, “Vətən” müharibəsi iştirakçısı olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İnzibati xəta törədən Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 329.3 və 333.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən barəsində 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmaqla 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar