Məhkəmə qərarları › İş №3(045)-333/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-333/2023

25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-333/2023 25.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində X3 Xidmətinin Gəncə Regional İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 552-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində X3 Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 552-ci maddəsi ilə inzibati xəta haqqında 26 aprel 2023-cü il tarixli, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola əsasən **-BH-*** nömrəli, “Qazel” markalı avtomobilin sürücüsü idarə etdiyi yük avtomobilində Goranboy rayonu Xanqərvənd kəndi ərazisində xx.xx.2023-cü il tarixdə saat 12:02-də aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən edilmiş tələb olunan sənədləri - “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində X3 Xidmətinin Gəncə Regional İdarəsinin nümayəndəsi X2 izahatında göstərdi ki, **-BH-*** nömrəli, “Qazel” markalı avtomobilin sürücüsü Şəxs idarə etdiyi yük avtomobilində Goranboy rayonu Xanqərvənd kəndi ərazisində xx.xx.2023-cü il tarixdə saat 12:02-də aparılan yoxlama zamanı qanunvericiliklə müəyyən edilmiş tələb olunan sənədləri - “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Bu hal müvafiq aktla rəsmiləşdirilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, İXM-in 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində X3 Xidmətinin Gəncə Regional İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 552-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir; X3 Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Goranboy rayonu Xanqərvənd kəndi ərazisində aparılan yoxlama zamanı yükdaşıma fəaliyyəti göstərən **-BH-*** dövlət qeydiyyat nişanlı, “Qazel” markalı avtonəqliyyat vasitəsini idarə edən Şəxs qeyri-qanuni yükdaşıma fəaliyyəti ilə məşğul olması müəyyən edilmiş və ondan qanunvericiliklə müəyyən edilmiş sənədlər - “Fərqlənmə nişanı” tələb olunmuş, lakin, o, təqdim etməmişdir; Fotoşəkildən görünür ki, “Qazel” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yükdaşıma fəaliyyəti ilə məşğul olunur. Yəni, həmin avtomobilin arxa hissəsində yükdaşıma fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq avadanlıq quraşdırılmışdır. Beləliklə, müəyyən edilir ki, Şəxs **-BH-*** nömrəli, “Qazel” markalı avtomobillə “Fərqlənmə nişanı” olmadan yükdaşıma fəaliyyəti ilə məşğul olmuşdur. Bu səbəbdən də Şəxs qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir. İXM-in 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-in 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, fiziki şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, İXM-in 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar