Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-338/2024 24.05.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Şikayət vermiş şəxs X4, Goranboy rayon İcra hakimiyyətinin nümayəndəsi X3 iştirakı ilə, X4 Goranboy rayon İcra hakimiyyətinin 06 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 rayon İcra hakimiyyətinin 06 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək qərarın ləğv olunması və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Goranboy Rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri X5 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı 06 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan X9 Azərbaycan Respublikası İnzaibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinin tələblərinə əsasən təqsirli bilinməklə 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. Goranboy Rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin müdiri X5 tərəfindən qəbul edilmiş MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı 06 aprel 2024-cü il tarixində aldığı üçün həmin qərardan şikayət vermək üçün nəzrədə tutulmuş prosessual müddət tərəfindən buraxılmamışdır. Hesab edir ki, inzibati orqan tərəfindən X4 cərimə edilməsi barədə qərarının heç bir hüquqi əsası yoxdur və həmin qərar inzibati xətaya dair işə baxan məhkəmə tərəfindən ləğv edilməli, fiziki şəxsin əməlində inzibati xətanın tərkibi olmadığı üçün iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. İnzibati orqanda araşdırma aparılarkən ilkin araşdırma zamanı qanunvericiliyin tələblərinin pozulmaması ilə bağlı məsələləri barəsində şikayət etdiyi qərarı qəbul edən orqanın rəhbərinin diqqətinə çatdırmışdır. Barəsində şikayət verilən qərarın qəbul edilməsinin əsasını X6 məxsus həyətyanı torpaq sahəsində qanunsuz olaraq tikinti işlərinin aparılması ilə bağlı Goranboy Rayon Polis Şöbəsi tərəfindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinin tələblərinə əsasən MN seriyalı ******* saylı protokol tərtib olunması təşkil etmişdir. 2020-ci ildən hal-hazırdakı dövrə qədər dəfələrcə Goranboy Rayon İcra Hakimiyyətinin başçısının adına müraciət edərək özünə məxsus həyətyanı sahədi tikinti işlərini aparmaq istədiyimi bildirmişdir. Bunu təsdiq edən müraciətlərin tamamı Goranboy Rayon icra Hakimiyyətinin arxivində mövcuddur. Qeyd edir ki, Goranboy RİH-ə müraciət edərkən tikmək istədiyi obyektin ilkin memarlıq layihə sənədlərini də İH-ə təqdim etmişdir. Yəni tikilinin formasının əks etdirən eskiz layihə sənələri bu gün Goranboy RİH-də mövcuddur və 4 ilə yaxındır ki, həmin orqan onun tikinti aparmaq istəyilə bağlı məsələdən tam məlumatlıdır. Lakin illərdir ki, onun müraciətlərinə məhəl qoyulmamış, gah əsassız şəkildə sənədləri çatışmamazlıq səbəbindən geri qaytarılmış, gah da müraciətlərinə ümumiyyətilə cabab verilməmişdir. Sənədləri çatışmamazlıqla bağlı geri qaytarıldıqdan sonra bütün çatışmazlıqlar aradan qaldırılmış, tələb olunan sənədlər təkmil qaydada RİH-ə təqdim edilmişdir. Hətta Goranboy Rayon İcra Hakimiyyəti Başçısı Məhərrəm Quliyev vətəndaşların qəbulu ilə kəndlərinə gələrkən onun qəbulunda olmuş, sənədlərini özünə göstərmiş, tikintiyə dair bütün sənədləri RİH-ə təqdim olunduğunu bildirmiş, Rayon İcra Hakimiyyətinin başçısı isə əvəzində ona tikinti işlərini apara biləcəyini, RİH tərəfindən ona heç bir təzyiq olunmayacağını bildirmişdir. Ancaq tikinti ilə bağlı səlahiytyətli digər orqanlarla bağlı bir şey edə bilməcəyini, ona özünün cavabdeh olduğunu bildirmişdir. Tikinti ilə bağlı digər səalhiyyətli orqanlar tərəfindən ona heç bir problem yaradılmamışdır. Məlumat üçün də bildirir ki, tərəfindən qeyd edilən tikinti işləri Goranboy RİH başçısı tərəfindən mənə deyilən müddətdə tamamlanılmışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab X12 rayonunda vətəndaşları qəbul edərkən ona tikinti sənədlərini göstərmiş və ona sənədlərində heç bir problemin olmadığını, sənədlərinin Komitəyə daxil olduqdan şəxsən özü nəzarətə götürəcəyini və müvafiq təsdiqləmələrin aparılacağını bildirmişdir. Tikintiyə dair sənədləşmənin artıq rəsmi qaydada RİH üzərindən aparıldığını, müraciətin RİH üzərindən göndərməli olduğunu ona bildirmişdir. O, yenidən RİH vasitəsilə AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişdir. Onun sənədini yenə uzun müddət Goranboy RİH-də gözlətmişlər. O, göndərdiyi sənədin aqibəti ilə RİH-dən maraqlanarkən qeyd edilən qurum ona bu səfər rəsmi qaydada cavab verərək bildirmişlər ki, "xxxx" ASC-dən çatışmayan arayışları vardı və o bu qurumdan - yəni "xxxx"dan tələb olunan arayışları alaraq RİH-ə təqdim etməli olduğunu bildirmişlər. Onlara etiraz edərək bildirmişdir ki, onun sənədlərinə daha əvvəlcə Goranboy RİH Başçısı Məhərrəm Quliyev, daha sonradan da AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev təfsilatı ilə baxıb, ona elə bir sənədin tələb olunduğunu onlar bildirməyiblər, necə olur ki, bu sənədə sonradan zərurət yaranır? Sonuncu dəfə Goranboy rayon icra Hakimiyyətinin Memarlıq Şöbəsinə 29 sentyabr 2023-cü il tarixində müraciət etsə də hal-hazırdakı dövrə qədər müraciətinə heç bir cavab verilməmişdir. Etdiyi müraciətləri cavablandırmaq əvəzinə Goranboy Rayon İcra Hakimiyyəti onu cəzalandırmaq barədə qərar qəbul etmişdir. Belə ki, özünə aid həyətyanı sahəsində tikinti aparmaq üçün bütün layihə sənədləri, tikinti quraşdırma işlərinin aparılması üçün lazım olan sənədlər toplandığı və RİH başçısı cənab Məhərrəm Quliyevin razılığı ilə tikinti işləri aparıldığı halda, (hamıya da məlumdur ki, inzibati ərazi vahidində RİH başmçısının xəbəri və məlumatı olmadan tikinti aparıla bilməz) RİH bu icazəni verməməkdən ötrü hər cür vasitəyə əl atır, hətta onu cəzalandırmaq üçün barəsində inzibati xəta törətdiyinə dair protokol tərtib etdirməklə onu inzibati qaydada cərimələtdirir. Maraqlı olan haldır ki, onun bu əməli hansı meyarlar əsasında inzibai xəta kimi tövsif edilir? Əgər razılıq və icazənin olmaması əsas kimi göstərilirsə, yuxarıda da qeyd etdiyi kimi bununla bağlı icazəni və razılığı RİH Başçısı Məhərrəm Quliyev şəxsən özü vermişdir. Yox əgər, sənədlərdə çatışmazlıq məsələdirsə, bildirmək istəyir ki, RİH tərəfindən sənədlər geri qaytarıdıqdan sonra bütün çatışmazlıqlar aradan qaldırılmışdır. Bununla bağlı istər Goranboy RİH Başçısı cənab Məhərrəm Quliyev, istərsə də AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyev sənədlərini yoxlayaraq təkmil olduğunu bildirmişlər. Bundan başqa bildirmək istəyir ki, X4 barəsində inzibati tənbeh vermə haqqında qərar ancaq Goranboy RİH Başçısı Məhərrəm Quliyev tərəfindən verilə bilərdi. Goranboy RİH-in hüquq şöbəsinin müdiri X8 tərəfindən X4 inzibati məsuliyyətə cəlb ediməsi barədə qərar qəbul etmək səlahiyyəti yox idi. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X9 şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, tikintiyə icazə almaq üçün zəruri sənədləri toplasa da ona tikintiyə icazə verilməmişdir. Lakin, buna baxmayaraq o, tikintini aparmışdır. Məhkəmə iclasında Goranboy rayon İcra hakimiyyətinin nümayəndəsi X5 izahatında göstərdi ki, X9 tikintiyə icazə almadan tikinti işləri aparmışdır. Onun apardığı tikinti tikintisinə icazə tələb olunan tikinti obyektlərinə aiddir. Goranboy rayon İcra hakimiyyəti tərəfindən qəbul edilmiş qərar qanunidir və icraat qanunvericiliyə uyğun aparılmışdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2023-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X9 İXM-in 395.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 800 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir; 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur; 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir; 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: - torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; - tikinti layihəsi; - sifarişçi hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarış, fiziki şəxs olduqda şəxsiyyətini təsdiq edən sənəd; - “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi; 75.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (qurum), layihəsinin ekspertizadan keçirilməsi tələb olunmayan tikintiyə dair ərizəyə aidiyyəti qurumlardan daxil olmuş rəyləri nəzərə almaqla 15 iş günü müddətində baxır və tikintiyə icazə verir və ya icazə verilməsindən imtina edilməsi barədə qərar qəbul edir; 75.11-ci maddəsinə əsasən tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Tikintiyə icazədə tikintiyə başlanılması üçün siyahısını və tətbiqi hallarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əlavə şərtlər nəzərdə tutulduğu hallarda həmin əlavə şərtlərin yerinə yetirilməsindən sonra ərizəçiyə xüsusi nişan təqdim edilir və bu halda xüsusi nişan tikinti işlərinin başlanmasına əsas hesab edilir. Tikinti işlərinin başlanması üçün əlavə şərtlər olduqda, tikintiyə icazədə mütləq göstərilməlidir. Tikintiyə icazənin, xüsusi nişanın formasını və məzmununu müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bu Məcəllənin 75.4-cü maddəsinə uyğun olaraq sənədlərin tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə məlumat verildiyi gündən sənədlərin tamlığı təmin edildiyi günədək olan müddət tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətə daxil edilmir. 79-cu maddəsində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı verilmişdir; 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur; 106-cı maddəsinə əsaəsn bu Məcəllənin pozulmasına görə şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərindən göründüyü kimi tikinti obyektlərinin 3 növü müəyyən edilmişdir:
1. tikintisinə icazə tələb olunan tikinti obyektləri;
2. tikintisinə icazə tələb olunmayan tikinti obyektləri;
3. məlumatlandırma icraatı. İşin müəyyən edilmiş hallarından göründüyü kimi X9 tərəfindən tikintisinə icazə tələb olunan tikinti obyekti tikilmiş, lakin, bu zaman şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə tiayət olunmamışdır. Belə ki, X1 kimi tikintiyə icazə almaq üçün Goranboy rayon İcra hükimiyyətinə ərizə ilə müraciət etməli və müvafiq sənədləri də ərizəsinə əlavə etməli olduğu halda bu tələbə riayət etməmiş, tikintiyə icazə almadan tikinti işlərinə başlamışdır. Halbuki, tikintiyə icazə verildiyi halda tikintiyə icazə, habelə tikinti layihəsi ərizəçiyə təqdim edilir və belə icazə tikinti işlərinə başlanması üçün əsas hesab olunur. Həmçinin, ərizəçiyə xüsusi nişan təqdim edilməlidir ki, həmin nişan da tikinti işlərinin başlanmasına əsas hesab edilir. Nəzərə alınmalıdır ki, İXM-in 395.1-ci maddəsində müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və inzibati xəta haqında iş üzrə icraat zamanı qanunvericiliyin tələblərinin pozulması və mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X9 tərəfindən Goranboy rayon İcra hakimiyyətinin 06 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməməlidir. İXM-in 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-in 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
X9 tərəfindən Goranboy rayon İcra hakimiyyətinin 06 aprel 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Taleh Mustafayev