Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-340/2024 17.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 iştirakı ilə, xx.xx.1993-cü ildə Goranboy rayonunun Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayonunun Qaradağlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 17 aprel 2024-cü il tarixdə Goranboy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 17 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Musayeva X5 Rayon Məhkəməsinin 2(045)-75/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən məhkəmə qərarında göstərilən tələbi qərəzli olaraq icra etməkdən yayınmışdır. Beləliklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs övladı 09 noyabr 2016-cı il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 15:00-dək uşağın anası Şəxs iştirakı olmadan görüşüb ünsiyyətdə olmaq üçün görüş vaxtı təyin edilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədində göstərilən tələbi yerinə yetirməsi üçün bildiriş verilmiş və tələb edilmişdir. Lakin, borclu məhkəmə qətnaməsində göstərilən tələbi yerinə yetirmədiyi və mane törətdiyi üçün borclu Şəxs qızma xəbərdarlıq edilməsinə baxmayaraq O, yenədə qərəzli olaraq tələbi yerinə yetirməmişdir. Bu günki tarixdə borclu Şəxs məcburi gətirmə qərarı nəticəsində şöbəyə gətirilmiş və iş üzrə izahatı alınmışdır. O, bildirmişdir ki, mən məhkəmə qərarı üzrə qeyd olunan tələbdə dəfələrlə icra tədbirinin təyin olunduğunu üzürlü səbəbdən gələ bilmədyini bundan başqa övladı X4 icra şöbəsinə qorxuduğuna görə gətirə bilmədiyini bildirdi. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Zərərçəkmiş şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı Zərərçəkmiş şəxs övladı 09 noyabr 2016-cı il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 15:00-dək onun iştirakı olmadan görüşüb ünsiyyətdə olmaq üçün görüş vaxtı təyin edilmişdir. O, icra sənədi üzrə üzərinə düşən vəzifəni yerinə yetirmişdir, yəni birgə nikahdan olan uşağını atası ilə görüşməsi üçün icra məmurunun təyin etdiyi vaxtda həmişə gətirmək istəmiş, lakin uşağın özü atası ilə görüşməkdən imtina etmişdir. Belə ki, uşaq ailədə baş verənlərlə bağlı psixoloji gərginlik keçirmiş və atasını bağışlaya bilmir. O, icra sənədi üzrə üzərinə düşən vəzifəni və icra məmurunun qanuni tələblərini yerinə yetirmiş, uşağın atası ilə görüşməsinə heç vaxt etiraz etməmişdir. İcra sənədinin icra edilməməsində onun günahı yoxdur. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahtında göstərdi ki, uşağı ilə görüşmək üçün təyin oluna icra yerinə vaxtında gəlsə də, borclu və uşağı gəlmirlər. Borclu Şəxs uşağı gətirə bilmədiyini, eləcə də uşaqla onun yaşadığı yerdə gəlib görüşməsini bildirmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilə razılığa gəlmiş və onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini istəmir. Buna dair ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin 2(045)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, iddiaçı Zərərçəkmiş şəxs övladı 09 noyabr 2016-cı il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 12:00-dan saat 15:00-dək uşağın anası Şəxs iştirakı olmadan görüşüb ünsiyyətdə olmaq üçün görüş vaxtı təyin edilməsi qət edilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin 12.102.2023-cü il tarixli tarixli “İcraata başlamaq haqqında” qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında R.Q. 244106/2023 nömrəli bildirişinin surətindən görünür ki, borclu Qədimov X2 Rayon Məhkəməsinin 2(045)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin “Borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında müəyyən olunduğu kimi Musayeva X5 Rayon Məhkəməsinin 2(045)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə üzərinə düşən vəzifəni yerinə yetirmiş, yəni tələbkar Zərərçəkmiş şəxs ilə birgə nikahlarından olan 09 noyabr 2016-cı il təvəllüdlü X1 atası ilə ünsiyyət hüququnu təmin etmək üçün uşağı icra məmurunun təyin etdiyi vaxtda icra şöbəsinə gətirmək istəmiş, lakin uşaq özü atasından görüşməkdən imtina etmişdir. Bu hal icra məmurunun və tələbkarın məhkəmə iclasında verdikləri izahatlara əsasən də öz təsdiqini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin, məhkəmə iclasında müəyyən edildiyi kimi, hazırki halda borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hərəkətlərə yol verilməmişdir. Belə ki, o, icra sənədi üzrə üzərinə düşən vəzifəni, yəni birgə nikahdan doğulan uşağının tələbkarla ünsiyyət hüququnun təmin edilməsi üçün icra məmurunun qanuni tələblərini yerinə yetirmişdir. Tərəflərin birgə nikahından doğulmuş 09 noyabr 2016-cı il təvəllüdlü X1 atası ilə görüşməkdən imtina etməsi borclunun icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməməsi və ya icra sənədini üzrsüz səbəbdən icra etməməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı halda Goranboy Rayon Məhkəməsinin 2(045)- 75/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası yetkinlik yaşına çatmayan uşağın atası ilə görüşməkdən imtina etməsi səbəbindən mümkün olmamışdır, yəni borclunun icra sənədinin icra edilməməsində təqsiri müəyyən edilmir. İcra məmuru əsassız olaraq borclunun İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gələrək onun barəsində həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Beləliklə, məhkəmə, icra işinin materiallarını tədqiq edib işin hallarına hüquqi qiymət verərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməmə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında borclu Şəxs tərəfindən Goranboy Rayon Məhkəməsinin 2(045)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tördilməsini istisna edir. Yəni, borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki Goranboy Rayon Məhkəməsinin 2(045)-75/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-340/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-340/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver