Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-341/2024 17.04.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, zərərçəkmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə, xx.xx.1985-ci ildə Basarkeçər rayonununda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Goranboy rayonunun Qaradağlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Goranboy Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 17 aprel 2024-cü il tarixdə Goranboy Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 17 aprel 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, borclu Qədimov X2 Rayon Məhkəməsinin 2(045)-251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2266/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinə əsasən 1460 manat məbləğində aliment borcunu və 280 manat məbləğində pul borcunu qərəzli olaraq ödəməkdən yayınmışdır. Beləliklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokola əlavədən görünür ki, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdeh Şəxs, yəni məndən hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2266/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, tələbkar Zərərçəkmiş şəxs məxsus olan cehiz əmlaklarının və 1984 manat dəyərində qızı-zinət əşyalarının məndən yəni Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs qızma verilməsi qət edilmişdir. Borclu Şəxs icra sənədində göstərilən aliment borcunu və qızıl zinət əşyalarına olan borcunun ödənilməsi üçün bildiriş verilmiş və borcu ödəməyi tələb edilmişdir. Lakin, borclu məhkəmə qətnaməsində göstərilən qalıq 1460 manat aliment borcunu və 280 manat qızı-zinət əşyalarına olan borcunu ödəməydiyi üçün borclu Şəxs xəbərdarlıq edilməsinə baxmayaraq O, yenədə qərəzli olaraq aliment borcunu ödəməmişdir. Bu günki tarixdə borclu Şəxs axtarış nəticəsində şöbəyə təhvil verilmiş və iş üzrə izahatı alınmışdır. O, bildirmişdir ki, məhkəmə qərarı üzrə olan 1460 manat aliment borcundan və 280 manat qızıl-zinət əşyalara olan borcundan bu günə heç bir ödəniş edə bilmədiyini və əlavə vaxt verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2266/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə onun tələbkar X4 ümumilkdə 1740 manat borcu yaranmışdır. İcra sənədi üzrə üzərinə düşən məsuliyyəti anlayır və uşağını saxlamaqdan imtina etmir. Maddi vəziyyəti il əlaqədar icra sənədləri üzrə tələbləri vaxtında yerinə yetirə bilməmişdir. Lakin hazırda tələbkar Zərərçəkmiş şəxs olan borcundan 280 manat məbləğində borcunu ödəmişdir. Goranboy Rayon Məhkəməsinin 2(045)-251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə yaranmış aliment borcunu da hər ay 100 manat ödəmək şərtilə ödəyəcəkdir, bununla bağlı iddiaçı ilə razılığa gəlmişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahtında göstərdi ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2266/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə Şəxs ona 1740 manat borcu yaranmışdır. Borclu Şəxs ona olan borcundan artıq 280 manat hissəsini ona ödəmişdir. Hazırda borclu ilə aralarında razılığa gəlmiş ona görə də Şəxs qarşı şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Buna dair ərizəsini məhkəməyə təqdim etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy Rayon Məhkəməsinin 2(045)-251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşma çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq cavabdeh Şəxs, yəni məndən hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli tarixli “İcraata başlamaq haqqında” qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında R.Q. 86311/2021 nömrəli bildirişinin surətindən görünür ki, borclu Qədimov X2 Rayon Məhkəməsinin 2(045)-251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2266/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, tələbkar Zərərçəkmiş şəxs məxsus olan cehiz əmlaklarının və 1984 manat dəyərində qızı-zinət əşyalarının məndən yəni Şəxs alınaraq tələbkar Zərərçəkmiş şəxs qızma verilməsi qət edilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli tarixli “İcraata başlamaq haqqında” qərarının və həmin tarixli tələbin könüllü icrası haqqında R.Q. 259293/2022 nömrəli bildirişinin surətindən görünür ki, borclu Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2266/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Goranboy Rayon İcra və Probasiya Şöbəsinin “Borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunduğu kimi Şəxs Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2266/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə yaranmış borcunu ödəmiş, tələbkar Zərərçəkmiş şəxs həmin icra sənədi ilə bağlı ona qarşı şikayət və ya tələbi yoxdur. Goranboy Rayon Məhkəməsinin 2(045)-251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun ödənilməsi barəsində tərəflər arasında razılıq əldə olunmuşdur. Odur ki, borclu tərəfindən icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Beləliklə, məhkəmə icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə, icra sənədləri üzrə ödənişlərin olmasını nəzərə alaraq, hazırki halda borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hərəkətlərə yol verilməməsi qənaətinə gəlir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında borclu Şəxs tərəfindən Goranboy Rayon Məhkəməsinin 2(045)-251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2266/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tördilməsini istisna edir. Yəni, borclu Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 2(045)-251/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2266/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-341/2024
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-341/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver