Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-344/2023 16.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxslər Goranboy Rayon Polis Şöbəsinin sahə rəisi X1 və Goranboy rayonu Yol patrul xidməti inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-cı il tarixdə Goranboy rayonu, Xınnalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, tam orta təhsilli, işləməyən, Goranboy rayonu, Xınalı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2, 342.5, 511.1.3, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsindən Şəxs İXM-in 327.1, 332.1, 332.2, 342.5, 511.1.3, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı materiallar 16 may 2023-cü il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə daxil olmuşdur. xx.xx.2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs 07 may 2023-cü il tarixdə, saat 20:19 radələrində VAZ 21015 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşınla əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hallarına yol vermişdir. 16 may 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Goranboy rayonu, Xınalı kəndində küçədə, ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmayaraq, polisə müqavimət göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy Rayon Polis Şöbəsinin sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı Elçin Mehrəliyevin raportu daxil olmuşdur. Raportun icrası ilə əlaqədar sahənin polis nəfəri, polis serjantı Royal Baxşiyev ilə birlikdə Goranboy rayon Xınalı kənd sakini vətəndaş Şəxs ünavanına getmişdir. Vətəndaş Şəxs ilə əlaqə saxlayaraq onunla görüşmüş, Şəxs xx.xx.2023-cü il tarixdə qayda pozması ilə əlaqədar barəsində tədbir görülməsi üçün Goranboy RPŞ-yə dəvət etmiş, lakin Şəxs polisin qanuni tələbinə tabe olmayaraq, küçədə, ictimai yerdə, uca səslə ünvanlı-ünvansız söyüşlər, nalayiq ifadələr işlədərək onlara müqavimət göstərməyə çalışmışdır. Sonuncunu nizam-intizama dəvət etsələr də, Şəxs polisin qanuni tələbinə tabe olamayaraq öz qərəzli hərəkətlərini davam etdirmişdir. Həmin vaxt sahənin polis nəfəri, polis serjantı X13 İsmayılovun müqavimətinin qarşısını almaq üçün xüsusi vasitə olan gözyaşardıcı qaz balonundan istifadə edib, onu zərərsizləşdirmişdir. Daha sonra Şəxs Goranboy RPŞ-nin NH-yə gətirilməsi təmin olunmuşdur. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Goranboy rayonu Yol patrul xidməti inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X7 ilə birlikdə Goranboy rayonu Xınalı kəndində KİA markalı, ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə xidmətdə olan zaman VAZ 21015 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşın saat təxminən 20:19 radələrində işıq cihazlarında istifadə istifadə qaydasını pozduğu üçün tərəfindən sayrışan işıqlar vasitəsi ilə həmin avtomaşına saxla işarəsi verilmiş, lakin sürücü avtomaşını qəsdən saxlamayaraq yüksək sürətlə cəmiyyətə açıqcasına nümayişkaranə şəkildə hörmətsizlik edərək yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı pozaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozub avtomaşını onların üstünə sürərək hərəkətini davam etdirmişdir. Onlar sürücünü nizam-intizama dəvət edib avtomaşını saxlamasını bildirdikdə sürücü avtomaşını ara küçədə saxlayaraq arxa-arxaya hərəkət edib onların üstünə sürərək yenidən hərəkətini davam etdirmişdir. Bort kompyuter vasitəsi ilə yoxlanılan zaman VAZ 21150 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşının qeydiyyat şəhadətnaməsi üzrə Goranboy rayonu Xınnalı kənd sakini X5 məxsus olduğu aşkar edilmişdir. Göstərilənlərə əsasən, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o, 07 may 2023-cü il tarixdə Goranboy rayonu Xınalı kəndi ərazisində qardaşına məxsus VAZ 21015 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşını sürücülük vəsiqəsi və etibarnaməsi olmadan idarə edərəkən Gornaboy RPŞ-nin YPX-nın xidməti avtomobili ona saxla işarəsi vermiş, lakin o, sürücülük vəsiqəsinin olmadığı üçün qəsdən nəqliyyat vasitəsini saxlamamışdır. Bundan sonra YPX-nın əməkdaşları xidməti avtomobillə onu saxlatmaq istəyərkən o, qorxduğu üçün saxla əmrinə tabe olmamış və hərəkətini davam etdirmişdir. Həmçinin, bildirdi ki, YPX-nın xidməti avtomobilinin üstünə qəsdən maşın sürməmiş, sadəcə maşını saxlayıb yerə düşmək istəyərkən fikrini dəyişdiyi üçün maşını sürüb getmək istəyərkən sürətlər qutusunda geriyə getmə pilləsi və irəli getmə 1-ci pillə bir istiqamətdə olduğu üçün pillələrin yerini dəyişik salmış və bu zaman idarə etdiyi avtomobil geriyə getmişdir. Daha sonra polis əməkdaşları onu təqib etməyi dayandırmış və o, yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-nin polis sahə rəisi onun yaşadığı Goranboy rayonu Xınalı kəndinə gələrək, xx.xx.2023-cü il tarixdə qayda pozması ilə əlaqədar şöbəyə dəvət etmiş, lakin o, polislərlə mübahisə etməyə başlamış və bu zaman ünvanlıünvansız nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Goranboy RPŞ-nin əməkdaşları onun göstərdiyi müqavimətinin qarşısını almaq üçün xüsusi vasitədən istifadə edərək, onu RPŞ-nin inzibati binasına gətirmişlər. Hazırda etdiyi əməldən peşmandır. Yekunda məhkəmədən onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin sahənin polis serjantı X9 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı Elçin Mehrəliyevin raportu daxil olmuşdur. Raportun icrası ilə əlaqədar polis sahə rəisi Sübhan Mirzəyev ilə birlikdə Goranboy rayon Xınalı kənd sakini vətəndaş Şəxs ünavanına getmişlər. Şəxs xx.xx.2023-cü il tarixdə qayda pozması ilə əlaqədar barəsində tədbir görülməsi üçün Goranboy RPŞ-nə dəvət etmişlər. Şəxs polisin qanuni tələbinə tabe olmayaraq, küçədə, ictimai yerdə, uca səslə ünvanlıünvansız söyüşlər, nalayiq ifadələr işlədərək onlara müqavimət göstərməyə çalışmışdır. Sonuncunu nizam intizama dəvət etsələr də, Şəxs polisin qanuni tələbinə tabe olamayaraq öz qərəzli hərəkətlərini davam etdirmişdir. Həmin vaxt o, müqavimətin qarşısını almaq üçün xüsusi vasitə olan gözyaşardıcı qaz balonundan istifadə edərək, onu zərərsizləşdirmişdir. Daha sonra Şəxs Goranboy RPŞ-nin NH-yə gətirilməsi təmin olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X3 tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı Elçin Mehrəliyevin raportu daxil olmuşdur. Raportun icrası ilə əlaqədar sahənin polis nəfəri, polis serjantı Royal Baxşiyev ilə birlikdə Goranboy rayon Xınalı kənd sakini vətəndaş Şəxs ünavanına getmiş. Vətəndaş Şəxs ilə əlaqə saxlamış və onunla görüşmüşdür. Şəxs xx.xx.2023-cü il tarixdə qayda pozması ilə əlaqədar barəsində tədbir görülməsi üçün Goranboy RPŞ-nə dəvət etmişdir. Şəxs polisin qanuni tələbinə tabe olmayaraq, küçədə, ictimai yerdə, uca səslə ünvanlı-ünvansız söyüşlər, nalayiq ifadələr işlədərək ona müqavimət göstərməyə çalışmışdır. Sonuncunu nizam intizama dəvət etsə də o, polisin qanuni tələbinə tabe olamayaraq öz qərəzli hərəkətlərini davam etdirmişdir. Həmin vaxt sahənin polis nəfəri, polis serjantı X13 İsmayılovun müqavimətinin qarşısını almaq üçün xüsusi vasitə olan gözyaşardıcı qaz balonundan istifadə edib, onu zərərsizləşdirib. Daha sonra Şəxs Goranboy RPŞ-nin NH-yə gətirilməsi tərəflərindən təmin olunmuşdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbir görülməsi üçün aidiyəti üzrə göstəriş verilməsini xahiş etmişdir; Goranboy rayonu Yol patrul xidməti inspektoru X4 tərəfindən rəhbərliyə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı X7 ilə birlikdə Goranboy rayonu Xınnalı kəndində KİA markalı, ** YP *** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə xidmətdə olan zamanı VAZ 21015 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşının saat təxminən 20:19 radələrində işıq cihazlarında istifadə istifadə qaydasını pozduğu üçün tərəfindən sayrışan işıqlar vasitəsi ilə saxla işarəsi verilmiş, sürücü avtomaşını qəsdən saxlamayaraq yüksək sürətlə cəmiyyətə açıqcasına nümayişkaranə şəkildə hörmətsizlik edərək yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı pozaraq əhalinin dincliyini nümayişkaranə şəkildə pozub avtomaşını onların üstünə sürərək hərəkətini davam etdirmişdir. Onlar sürücünü nizam-intizama dəvət edib avtomaşını saxlamasını bildirsələr də, sürücü avtomaşını ara küçədə saxlayaraq arxa-arxaya hərəkət edib onların üstünə sürərək yenidən hərəkətini davam etdirmişdir. Bort kompyuter vasitəsi ilə yoxlanılan zaman VAZ 21150 markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşının qeydiyyat şəhadətnaməsi üzrə Goranboy rayonu Xınnalı kənd sakini X5 məxsus olduğu aşkar edilmişdir. “İnzibati qaydada tutma haqqında” 15 may 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:10-da inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il tarixli, 141 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs həmin gün ayıq olmuşdur. Baxış keçirilmiş CD disklərdən görünür ki, Şəxs YPX əməkdaşlarının saxla əmrinə tabe olmayaraq avtomaşını hərəkətini davam etdirmiş və polislərin qanuni tələblərinə tabe olmayaraq uca səslə ünvanlı-ünvansız söyüşlər və nalayiq ifadələr işlətmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət müəyyən edir. Göstərilən maddənin dispozisiyasından müəyyən olunur ki, avtoxuliqanlıq əməli mütləq şəkildə özündə 3 elementi əks etdirməlidir: 1) nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan hərəkətlər; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər; 3) yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər-təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, Şəxs barəsində toplanmış sübutlar onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törətməsini təsdiq etmir. Belə ki, məhkəmə iclasında bir növ ittiham funksiyasını yerinə yetirən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs nəqliyyat vasitəsini idarə edərkən davamlı olaraq hansı yol hərəkəti qaydalarını pozmasını təsdiq edən təkzibedilməz dəlillər məhkəməyə təqdim olunmamışdır. CD-də əks etdirilən görüntülərdən də görünür ki, Şəxs tərəfindən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hallarına yol verilməmişdir. Məhkəmə hesab edir ki, proses iştirakçılarının ifadələri arasında ziddiyyətin olması və barəsində icraat aparılan şəxsin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinin tərkib əlamətlərinin olmasını təsdiq edəcək təkzibedilməz sübutların mövcud olmaması hazırkı iş üzrə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulmuş əməlin törətdilməsində təqsirli bilinməsi üçün kifayət etmir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istinad olunan İXM-in 327.1, 332.1, 332.2, 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xəta ilə bağlı aşağıdakıları qeyd edir: İXM-in: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 204‒208, 221, 227, 229, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə, ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İXM-in 327.1, 332.1, 332.2, 342.5-ci maddələri ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinə deyil, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, məhkəmə tərəfindən Şəxs İXM-in 327.1, 332.1, 332.2, 342.5-ci maddələri ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs istinad olunan İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta ilə bağlı belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri özünün etirafından başqa, inzibati xəta haqqında protokollar, şahid izahatları, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 15 may 2023-cü tarixdə ictimai yerdə, Goranboy rayon Xınalı kəndində ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırkı halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 15 may 2023-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən yol polis xidməti əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını İXM-in 32-ci maddəsinə əsasən əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, göstərilən tənbeh tədbirinin əvvəli isə İXM-nin 89.5-ci maddəsinin tələblərinə əsasən 15 may 2023-cü il tarixdən saat 16:10-dan hesablanmalıdır. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 15 may 2023-cü il tarixdən, saat 16:10-dan hesablansın. Qərarın icrası Goranboy Rayon Polis Şöbəsinin MSY-yə həvalə edilsin. Şəxs əməlində İXM-in 511.1.3-cü maddəsinin inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2, 342.5 və 511.1.3-cü maddələri ilə tərtib olunmuş İXP seriyalı ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun İXM-in 511.1.3-cü maddəsi üzrə inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.2 və 342.5-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Goranboy rayon X11 X14 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-344/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-344/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver