Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-349/2023 01.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X4 Məhəmməd oğlunun sədrliyi Vəliyev Rövşən Rafail oğlunun katibliyi Goranboy rayon prokurorluğunun nümayəndəsi X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1938-ci il tarixdə Goranboy rayonu Safikürd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "xxxx" MMC-də direktor vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olamaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Goranboy rayon prokurorluğundan daxil olmuş inzibati materiala Goranboy rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında 19 may 2023-cü il tarixli qərarda göstərilmişdir ki, 06 fevral 2023-cü il tarixdə, saat 19:27-də Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasından Goranboy rayonu, Dəliməmmədli şəhər sakini, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs işlədiyi Dəliməmmədli şəhərində yerləşən “Pambıq” zavodunda iş saatı zamanı ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olmuş və həmin material əsasında araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bağırov X2 rayonu, Dəliməmmədli şəhərində yerləşən "xxxx" MMC-də əmək funksiyasını yerinə yetirən zaman sağ ayağı pambıq təmizləyən “Cin” aparatının kəsici hissəsində qalmış və xəsarət almışdır. Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 06 mart 2023-cü il tarixli, 210 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə və tibbi sənədinə əsasən, onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər)- sağ ayağın 1-ci və 2-ci barmağının travmatik zədələnməsi və amputasiyası kəsici alətin(lərin) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 04 may 2023-cü il tarixli, 10/2146 nömrəli ekspert rəyində göstərilmişdir ki: "xxxx" MMC-nin emal sexində avadanlığın quraşdırılmasmda, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirmədən həmin avadanlığın istismarına yol verdiyinə görə, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”-nin 1.4 bəndinin tələbləri cəmiyyətin direktoru tərəfindən pozulmuşdur. "xxxx" MMC-nin emal sexində “Cin” aparatında təmir işlərinin aparılması zamanı müvafiq təhlükəsizlik tədbirlərinin, o cümlədən avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin üzərinin qoruyucu vasitələrlə təchiz olunmasını və ya işçilərin onlara toxunmasını istisna edə biləcək şəkildə yerləşdirilməsini təmin etmədiyinə görə, “İstehsalat avadnlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”-nin 1.2, 2.1.5 bəndlərinin tələbləri həmin təmir işlərinin görülməsinə rəhbərlik etmiş şəxs tərəfindən pozulmuşdur (konkret şəxs araşdırmalarla istintaq tərəfindən müəyyən edilə bilər). Hadisənin “Cin” aparatında təmir işlərinin aparılması zamanı müvafiq texniki tərkibli tədbirlərin həyata keçirilməsi nəticəsində baş verməsini nəzərə aldıqda, zərərçəkmiş tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Qeyd edilənlərə əsasən, "xxxx" MMC-nin icraçı direktoru Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətləri vardır. Qeyd edilənlərə əsasən xx xxxxxx 1938-ci il tarixdə Goranboy rayonu, Səfilcürd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin icraçı direkoru vəzifəsində işləyən, əvvəllər məhkumluğu olmayan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-ci maddəsi ilə nəzərdə tutulan əməldə təqsirli bilərək izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs 06 fevral 2023-cü il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən "xxxx" MMCdə əmək funksiyasını yerinə yetirən zaman sağ ayağı pambıq təmizləyən “Cin” aparatının kəsici hissəsində qalmış və az ağır xəsarət almışdır. O "xxxx" MMC-də əməyin mühafizəsi qaydalarının pozmuşdur. Əməlindən peşimandır. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 06 fevral 2023-cü il tarixdə Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən "xxxx" MMC-də əmək funksiyasını yerinə yetirən zaman onun sağ ayağı pambıq təmizləyən “Cin” aparatının kəsici hissəsində qalmış və o az ağır xəsarət almışdır. Onun müalicə xərcləri qarşılanmışdır. Onun Şəxs şikayəti yoxdur. Məhkəmə iclasında Goranboy rayon prokurorluğunun nümayəndəsi X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, 06 fevral 2023-cü il tarixdə, saat 19:27-də Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasından Goranboy rayonu, Dəliməmmədli şəhər sakini, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs işlədiyi Dəliməmmədli şəhərində yerləşən “Pambıq” zavodunda iş saatı zamanı ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olmuş və həmin material əsasında araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bağırov X2 rayonu, Dəliməmmədli şəhərində yerləşən "xxxx" MMC-də əmək funksiyasını yerinə yetirən zaman sağ ayağı pambıq təmizləyən “Cin” aparatının kəsici hissəsində qalmış və az ağır xəsarət almışdır. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında 19 may 2023-cü il tarixli qərardan görünür ki, "xxxx" MMC-nin icraçı direktoru Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətləri vardır. Qeyd edilənlərə əsasən xx xxxxxx 1938-ci il tarixdə Goranboy rayonu, Səfilcürd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin icraçı direkoru vəzifəsində işləyən, əvvəllər məhkumluğu olmayan, ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Zərərçəkmiş şəxs "xxxx" MMC-də xx.xx.2023-cü il tarixdə fəhlə kimi işə başlamışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 06 mart 2023-cü il tarixli, 210 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə və tibbi sənədinə əsasən, onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər)- sağ ayağın 1ci və 2-ci barmağının travmatik zədələnməsi və amputasiyası kəsici alətin(lərin) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 04 may 2023-cü il tarixli, 10/2146 nömrəli ekspert rəyindən görünür ki: "xxxx" MMC-nin emal sexində avadanlığın quraşdırılmasmda, istismara buraxılmasında və istismarında təhlükəli şəraitin qarşısının alınmasına dair tələblər olan istismar sənədləri ilə komplektləşdirmədən həmin avadanlığın istismarına yol verdiyinə görə, “İstehsalat avadanlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”-nin 1.4 bəndinin tələbləri cəmiyyətin direktoru tərəfindən pozulmuşdur. "xxxx" MMC-nin emal sexində “Cin” aparatında təmir işlərinin aparılması zamanı müvafiq təhlükəsizlik tədbirlərinin, o cümlədən avadanlığın təhlükə mənbəyi olan hərəkətli hissələrinin üzərinin qoruyucu vasitələrlə təchiz olunmasını və ya işçilərin onlara toxunmasını istisna edə biləcək şəkildə yerləşdirilməsini təmin etmədiyinə görə, “İstehsalat avadnlıqları. Ümumi təhlükəsizlik tələbləri. 12.2.003-91 DÜST”-nin 1.2, 2.1.5 bəndlərinin tələbləri həmin təmir işlərinin görülməsinə rəhbərlik etmiş şəxs tərəfindən pozulmuşdur (konkret şəxs araşdırmalarla istintaq tərəfindən müəyyən edilə bilər). İş materiallarında olan "xxxx" MMC-nin 01 iyun 2023-cü il tarixli arayışından görünür ki, Şəxs Goran Cotton” MMC-də direktor vəzifəsində çalışır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını və ona əlavə edilmiş sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin saksiyası çərçivəsində tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, həmçinin cəmiyyətin maraqlarını, nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin sanksiyasının hədləri daxilində aşağı həddə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 115 və 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №3(045)-349/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-349/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver