Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-351/2023 22.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmməd oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə baxaraq MÜƏYYƏN ETDİM: Məhkəmənin icraatına 22 may 2023-cü il tarixdə Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli, 22 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, İXM-in 43.3-cü maddəsinə əsasən bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Prezidenti) tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2-ci bəndinə əsasən İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından müvafiq vəzifəli şəxslər tərəfindən baxılır. Həmçinin, İXM-in 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Qanunvericiliyin tələbindən göründüyü kimi İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə həm rayon (şəhər) məhkəmələri, həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri tərəfindən baxılır. Hazırki iş Goranboy RPŞ tərəfindən baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilsə də, bu halda İXM-in 43.3-cü maddəsinin tələblərinə riayət olunmamışdır. Belə ki, İXM-in 510-cu maddəsinin sanksiyasında cərimə inzibati tənbeh tədbiri nəzərdə tutulmasına, sözügedən işə baxılmasının həmçinin Goranboy RPŞ-nin səlahiyyətlərinə aid olmasına baxmayaraq inzibati iş baxılması üçün Goranboy RPŞ tərəfindən məhkəməyə göndərilmişdir. Bununla yanaşı iş materiallarında olan “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardadda da sözügedən hal nəzərə alınmadan, işin baxılması üçün məhkəməyə göndərilməsi əsaslandırılmadan İXM-in 510cu maddəsinin sanksiyasında inzibati həbs nəzərdə tutulduğundan işə baxılmasının məhkəmənin səlahiyyətinə aid olması göstərilmişdir. Halbuki, İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta haqqında işlərə həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından müvafiq vəzifəli şəxslər tərəfindən baxılır. İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokola əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan, Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy RPŞ-dən daxil olmuş MN seriyalı ******* nömrəli, 22 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy RPŞ-dən daxil olmuş MN seriyalı ******* nömrəli, 22 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-351/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-351/2023
22.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver