Məhkəmə qərarları › İş №3(045)-355/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-355/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-355/2023 23.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Kəlbəcər rayonunun Ağcakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Kəlbəcər rayonunun Ağcakənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 tərəfindən Şəxs barəsində İXM-in 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 22 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 22 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:25 radələrində Goranboy şəhəri, H.Əliyev prospektində Şəhidlər xiyabanının qarşısında ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Nəticədə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri Elvin Əliyev xidmətdə olan zaman təxminən saat 19:25 radələrində Goranboy şəhəri, Heydər Əliyev prospektində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında iki nəfər şəxsin uca səslə bir-birilərinə ünvanlı-ünvansız nalayiq ifadələr işlətdiyini və ictimai qaydanı pozduqlarını görmüşdür. Polis əməkdaşları sözügedən iki nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edərək hər ikisini nizam-intizama dəvət etmişlər. Polis əməkdaşları adları sonradan məlum olan X6 və X3 barəsində qanuni tədbir görülməsi üçün onları Goranboy RPŞ-yə gətirərək NH-yə təhvil vermişlər. Şəxs hərəkətlərində İXM-in 510-cu maddəsinin tərkibi olduğu üçün tərəfindən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:25 radələrində Goranboy şəhəri, H.Əliyev prospektində Şəhidlər xiyabanının qarşısında ictimai yerdə X6 ilə aralarında yaranmış mübahisə zamanı uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri Elvin Muradov və Goranboy RPŞ-nin PPXBnin polis nəfəri Elvin Əliyev tərəfindən rəhbərliyə ünvanlanmış 22 may 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-nin PPXB-nin polis nəfəri Elvin Əliyev xidmətdə olan zaman təxminən saat 19:25 radələrində Goranboy şəhəri, Heydər Əliyev prospektində yerləşən “Şəhidlər Xiyabanı”nın qarşısında iki nəfər şəxsin uca səslə bir-birilərinə ünvanlı-ünvansız nalayiq ifadlər işlətdiyini və ictimai qaydanı pozduqlarını görmüşdür. Onlar sözügedən iki nəfər şəxsə yaxınlaşıb özlərini təqdim edərək hər ikisini nizam-intizama dəvət etmişlər. Daha sonra adları ona məlum olan Şəxs və X3 barəsində qanuni tədbir görülməsi üçün onları Goranboy RPŞ-yə gətirərək NH-yə təhvil vermişdir. Odur ki, raportun barəsində aidiyyəti üzrə tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişlər; “İnzibati qaydada tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs Xaliqverdi oğlu 22 may 2023-cü il tarixdə, saat 20:00-da inzibati qaydada tutulmuşdur. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 22 may 2023-cü tarixdə ictimai yerdə nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq nümayiş etdirmiş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov İşin baxılmasında proses iştirakçılarının izahatları dinlənilir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatı: - Hörmətli hakim! Goranboy RPŞ-nin PPXB-nin polis nəfərləri Elvin Muradov və Elvin Əliyev şöbənin rəhbərliyinə raportla müraciət edərək xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən “Elgizin çay evi” adlı məkanda Şəxs uca tonla nalayiq ifadələr işlətməsi, səs-küy salması və ictimai qaydanı pozmasını bildirmişdir. Şəxs hərəkətlərində İXM-in 510-cu maddəsinin tərkibi olduğu üçün tərəfimdən onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Sual daxil olmadı. Sədrlik edən baş vermiş inzibati xətaya münasibət bildirmək üçün Şəxs söz verir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatı: - Hörmətli hakim! özümü təqsirli bilərək bildirirəm ki, 13 dekabr 2022-ci il tarixdə saat 21:00 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən “Elgizin çay evi” adlı məkanda mübahisə yaranmışdır. Mübahisə zamanı mən uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətmişdim. Həmin zaman polis əməkdaşları bizə yaxınlaşmış və bizi nizam-intizama dəvət etmişlər. Daha sonra polis əməkdaşları bizi RPŞ-nin NH-yə təhvil vermişlər. Etdiyim əməldən peşmanam. Odur ki, məhkəmədən mənə yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edirəm. Sual daxil olmadı. Sədrlik edən şahid X4 məhkəmə zalına dəvət edir və şəxsiyyətini müəyyənləşdirir. Şahid: X6 – xx.xx.1973-cü ildə Goranboy rayonunun Xoylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Goranboy rayonunun Xoylu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan. Sədrlik edən şahidə İXM-də nəzərdə tutulan hüquq və vəzifələrini izah edir və bununla bağlı ondan iltizam alır. Sədrlik edən izahat vermək üçün şahidə söz verir. X1 izahatı: - Hörmətli hakim! mən Goranboy rayonu Qızılhacılı qəsəbəsində yerləşən “Elgizin çay evi” adlı məkanı işlədirəm. xx.xx.2022-ci il tarixdə təxminən saat 21:00 radələrində Şəxs və digər şəxslər uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək səs-küy salmışlar. Həmin zaman kafeyə polis əməkdaşları gəlmiş və onları RPŞ-yə aparmışdır. Sədrlik edənin sual-cavabı: - həmin zaman çay evində 10 nəfərdən çox adam olmuşdur. -Şəxs uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlədərək səs-küy salması ətrafdakı şəxsləri narahat etmişdir. Əlavə sual olmadı. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Sədrlik edən çıxış üçün proses iştirakçılarına söz verir. İnzibati xata haqqında protokol tərtib etmiş şəxs: - Hörmətli hakim! Qanuni qərar qəbul edilməsini xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - Hörmətli hakim! Barəmdə yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edirəm. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirir. Məhkəmə müşavirə otağına gedir. Məhkəmə müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir, qərardan şikayət vermə müddətini və qaydasını, həmçinin işdə iştirak edən şəxslərə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüquqlarının olmasını izah edir. Məhkəmə iclası saat 17:00-da bağlı elan olunur. Sədrlik edən: Məhkəmə iclasının katibi: İş № 3(045)-95/2023 İNZİBATİ XƏTA HAQQİNDA İŞİN BAXİLMAĞA HAZİRLANMASİ HAQQİNDA QƏRARDAD 08 fevral 2023-cü il Goranboy şəhərində Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Goranboy rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Goranboy rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında material 08 fevral 2023-cü il tarixdə Goranboy Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Şəxs inzibati xəta törətməsinə dair materialı araşdıraraq müəyyən etdim ki, işin baxılması mənim səlahiyyətimə aiddir, inzibati xəta haqqında protokol Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilmişdir. Həmin işə baxılması üçün kifayət qədər əsas var və baxılması məhz bu məhkəməyə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-112-ci maddələrini rəhbər tutaraq, QƏRAR VERDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair işin açıq məhkəmə baxışı Goranboy Rayon Məhkəməsinin binasında 08 fevral 2023-cü il il tarixə saat 16:40-a təyin edilsin. İşin baxılmasında iştirak etmək üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-67, 69-72-ci maddələrində göstərilən şəxslər çağırılsın. Hakim Tural Ələkbərov İş № 3(045)-95/2023 MƏHKƏMƏ İCLASİNDAN KƏNAR PROSESSUAL HƏRƏKƏTİN APARİLMASİ BARƏDƏ PROTOKOL GORANBOY RAYON MƏHKƏMƏSİ 14 dekabr 2022-ci il Goranboy şəhəri Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi ilə, Şəxs barəsində Goranboy rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialın məhkəmənin icraatına götürülməsinin mümkünlüyü məsələsinə baxılır: Prosessual hərəkət saat 16 : 00-da başlandı. Sədrlik edən protokolun və əlavə edilmiş sənədlərin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğunluğunu yoxlayır. Sədrlik edən müşavirə edir və materialın məhkəmənin icraatına qəbul edilməsi və məhkəmədə baxılmağa hazırlamaq haqqında qərardadı elan edir: Sədrlik edən məhkəmə iclasını bağlı elan edir. Sədrlik edən:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar