Məhkəmə qərarları › İş №3(045)-362/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-362/2023

30.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-362/2023 30.05.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Goranboy rayonu Xanqərvənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Goranboy rayonu Əlirzalı kəndində qeydiyyatda olan Şəxs barəsində Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə olan inzibati xəta haqqında materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə MN seriyalı, ******* №-li, 30 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 157-ci maddələri ilə təqsirli bilərək izahatında göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir, 2021-ci ildən Goranboy şəhərində ev alaraq ailəsi ilə birlikdə orada yaşayır. Qanuni nümayəndə 2- 3 ildir ki, tanıyır əvvəllər heç bir ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində arvadı Aytac ona zəng edərək qonşuları Elnarənin yaşadıqları ünvana gələrək qapılarını döydüyünü və onu hədələdiyini ona görə də evə gəlməsini demişdir. O, təxminən saat 14.30 radələrində O, özünə məxsus avtomobillə gələrək yaşadıqları binanın qarşısında dəyanmış, avtomobildən düşərək qonşuları Elnarənin az yaşlı oğlu Əlini yanına çağıraraq anası Elnarənin çağırmasını ona demişdir. Əli bu vaxdı yerdən daş götürüb ona qıcandıqda o Əlinin üzərinə getmiş, onu itələdikdə Əli daşı yerə ataraq oradan qaçmışdır. Qonşusu Elnarə binadan yerə düşərək ona mənim uşağımdan nə istəyirsən deyərək onu söyüb təhqir etmiş o da Elnarəyə cavab qaytarmış, söyüş söymüşdür. Əməlindən peşimandır. Məhkəmə iclasında Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində Paşayev X3 Əli Xəqani oğlunu itələyərək ona dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, yaşayış binasının qabağında nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Bu səbəbdən də Şəxs barəsində inzibati qaydada protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə izahatında bildirmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, 3 övladı var. X6 2019-cu il tarixdə məhkəmə qərarı ilə ayırılmışdır. Şikayət etdiyi Şəxs 2-3 ildir ki, tanıyır. Aralarında əvvəllər heç bir ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində qonşusu Ema adlı qadının ona zəng vurub oğlu Əli ilə qonşuları Aytacla dalaşdıqlarını demişdir. O, yaşadığı evin pəncərəsindən baxıb oğlu Əlidən nə olduğunu soruçmuş lakin Əli ona cavab verməyə imkan tapmamış qoşusu Həsənin arvadı Aytacın yaşadığı evin pəncərəsindən ona pozğun deyərək təhqir etmişdir. O, bundan sonra yaşadığı evdən çıxıb qonşusu Həsənin evinin qapısını döyərək “Aytac qapını aç” demiş lakin Aytac qapını açmayaraq polis çağıracağını demişdir. O, Aytaca çağır gözləyəcəm deyib binanın qarşısına düşmüş orada gözləmiş və onları bura gətirənin evini yıxsın demişdir. O, yaşadığı evə qalxmışdır. Təxminən saat 14:30 radələrində o, pəncərədən baxanda görmüşdür ki, Həsən özünə məxsus avtomobillə gələrək binanın qarşısında dəyanmış və avtomobildən düşüb oğlu Əlinin üzərinə getmişdir. O, pəncərədən Həsənə demişdir ki, sözünü gəl mənə de lakin Həsən onun sözünə əhəmiyyət verməyərək oğlu Əlinin üzərinə getməyə davam etmişdir. O, bundan qaça-qaça binadan yerə düşmüş və görmüşdür ki, Həsəni qonşuları Şamxal qolundan tutub saxlayır. Həsən onu görən kimi onun üzərinə gəlmiş və onu təhqir etmişdir.O Həsənə cavab qaytarmış.Şamxal Həsəni tutub saxlayarkən Həsən ona əxlaqsız demiş bu vaxdı 13 yaşlı oğlu Əli qaça-qaça gələrək Həsənə niyə anama elə deyirsən dedikdə Həsən oğlu Əlinin sol qolundan tutaraq itələmiş və Əliyə anan yaxşı qadın olsaydı sizin hərənizi bir kişidən doğmazdı demişdir. O Həsənlə barışmır. Onun cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında Qanuni nümayəndə iştirakı ilə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində qonşuları Həsənin azyaşlı uşaqları yaşadıqları evin pəncərəsindən binanın qarşısına alça atdıqlarını görüb onların evinə qalxıb qapılarını döymüş və onları çağırmışdır. Qapını Həsənin azyaşlı uşağı açmış, Həsənin arvadı Aytac evin içərisindən paltarımı geynirəm demiş uşaq qapını örtmüşdür. O, bundan sonra binanın qarşısına düşmüşdür. O, binanın qarşısına düşdükdən sonra Aytac pəncərədən baxmış o, Aytacı görüb ona demişdir ki, gəlin buranı təmizliyin sizin uşaqlar buranı batırıb qonşuları Ema xalagil bura mağar quracaqlar. O, bunu dedikdən sonra Aytac onu pəncərədən söyüb təhqir etmiş anasının ünvanına da təhqiramiz sözlər demişdir. Həmin vaxt anası Elnarə pəncərədən baxmış Aytac onu da söyüb təhqir etmişdir. Anası Elnarə yaşadıqları evdən düşüb onların evinin qapısını döymüş lakin Aytac qapını açmamış anası binanın qarşısına düşmüşdür. Aytac pəncərədən anasını təhqir etmiş anası evə qalxmışdır. Təxminən saat 14:30 radələrində qonşuları Həsən özünə məxsus avtomobillə gələrk binanın qarşısında dəyanmış və avtomobildən düşüb onun üzərinə gəlmiş o. geriyə qaçmış Həsəni qonşuları Şamxal tutub saxlamışdır. Elnarə binadan düşüb onların yanına gəlmişdir. Həsən onun da üzərinə getmiş lakin Şamxal onu qoymamışdır. Həsən anasını təhqir edərək ona əxlaqsız demiş o, da onun sözündən əsəbləşib Həsənin üzərinə gedib niyə anama elə deyirsən dedikdə Həsən onun sol qolundan tutaraq itələmişdir. İş materiallarında olan inzibati xəta haqqında MN seriyalı, ******* №-li, 30 may 2023cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 07 may 2023-cü il tarixdə, saat 14:30 radələrdə Goranboy şəhəri C.Cabbarlı küçəsi bina 4-ün qarşısında uca səslə nalayiq ifadələr işlədərək icitmai qaydanı pozmuş və Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə 19 may 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 157ci maddələrinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin RPŞ-nin İTB-yə göndəırilməsi qərara alınmışdır. İş materiallarında olan AZ İİ 560155 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs Xaqani oğlu 19 avqust 2010-cu il tarixdə doğulmuşdur. Anası Qanuni nümayəndədır. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü uşağı Paşayeva Leyla və xx.xx.2017-ci il təvəllüdlü uşağı Paşayev Hüseyn mövcuddur. Məhkəmə MN seriyalı, ******* №-li, 30 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində iş üzrə icraat aparılan Şəxs izahatını, şahidin və zərəçəkmiş şəxsin ifadəsini dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 157-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə iclası zamanı tam sübuta yetirilmişdir. Şəxs barəsində tətbiq ediləcək inzibati tənbeh tədbiri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə Şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını, törətdiyi əməli etiraf edib, səmimi peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanı yetkinlik yaşına çatmayan şəxsə qarşı törətməsini onun məsuliyyətini ağırlaşdıran hal qismində nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 157-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Eyni zamanda, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, onun şəxsiyyətini, inzibati xətanın xarakterini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109-115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 157-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən barəsində 300 (üç yüz) manat cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar