Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-368/2023 01.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X3 iştirakları ilə xx.xx.1980-ci il tarixdə Goranboy rayonunun Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Goranboy rayonu Zeyvə kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy Rayon Polis Şöbəsindən Şəxs İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. 01 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 01 iyun 2023-cü il tarixdə Qarayev X6 rayonu, Zeyvə kəndində qumar oyunlarında pulla qumar oynamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində xidməti ərazisi olan Goranboy rayon Zeyvə kəndində pul ilə qumar oynanılması barədə məlumat almışdır. Məlumatın doğruluğunu yoxlamaq məqsədi ilə Goranboy RPŞ-nin İTB- nin sahənin polis nəfərləri, polis baş serjantı X4 və polis serjantı X9 ilə birlikdə Goranboy rayon Zeyvə kəndində yerləşən kafedə olmuş, orada 4 nəfər şəxsin pul ilə kart oynamasını aşkar etmişlər. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncular Goranboy rayon Zeyvə kənd sakinləri olan X7, Şəxs, X5 və Gəncə şəhər Dədə Qorqud küçəsində yaşayan Şəxs olduqlarını müəyyən edilmişdir. Bundan sonra adı çəkilən şəxslərin barələrində tədbir görülməsi üçün Goranboy RPŞ-nin NH-ya təhvil vermişlər. Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 01 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 525-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Goranboy rayonu, Zeyvə kəndində yerləşən fərdi yaşayış evindən çıxaraq mağazaya siqaret almaq üçün gedərkən, mağazanən bağlı olduğunu görmüş və kəndə yerləşən Ceyhun adlı həmkəndlisinin işlətdiyi kafeyə getmişdir. Orada olan zaman Ceyhun və digər kənd sakinləri pulla qumar oynadıqlarını görmüşdür. O da Ceyhundan siqaret götürmüş və onlarla birlikdə qumar oynamaq üçün masanın arxasına oturmuşdur. Etdiyi əməldən peşmandır. Yekunda məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-si sahəsinin polis nəfəri X4 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində xidməti ərazisi olan Goranboy rayon Zeyvə kəndində pul ilə qumar oynanılması barədə məlumat almışlar. Məlumatın doğruluğunu yoxlamaq məqsədi ilə Goranboy RPŞ-nin İTB-nin sahənin polis nəfəri X9 və polis sahə rəisi X8 ilə birlikdə Goranboy rayon Zeyvə kəndində yerləşən kafedə olmuş, orada 4 nəfər şəxsin pul ilə kart oynamasını aşkar etmişlər. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncular Goranboy rayon Zeyvə kənd sakinləri olan X7, Şəxs, X5 və Gəncə şəhər Dədə Qorqud küçəsində yaşayan Şəxs olduqlarını müəyyən edilmişdir. Bundan sonra adı çəkilən şəxslərin barələrində tədbir görülməsi üçün Goranboy RPŞ-nin NH-ya təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-si sahəsinin polis nəfəri X9 iş üzrə digər şahid X1 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi Araz Şükürov tərəfindən rəhbərliyə ünvanlanmış 01 iyun 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində xidməti ərazisi olan Goranboy rayon Zeyvə kəndində pul ilə qumar oynanılması barədə məlumat almış. Məlumatın doğruluğunu yoxlamaq məqsədi ilə Goranboy RPŞ-nin İTB- nin sahənin polis nəfərləri, polis baş serjantı X4 və polis serjantı X9 ilə birlikdə Goranboy rayon Zeyvə kəndində yerləşən kafedə olmuşlar. Orada 4 nəfər şəxsin pul ilə kart oynamasını aşkar etmişlər. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncuların Goranboy rayon Zeyvə kənd sakinləri olan X7, Şəxs, X5 və Gəncə şəhər Dədə Qorqud küçəsində yaşayan Şəxs olduğunu müəyyən etmişlər.Onlar həmin şəxsləri Goranboy RPŞ-nə dəvət edən zaman X7 uca səslə ünvanlıünvansız küçə söyüşləri söyməyə başladı. Onlar dəfələrlə X2 nizam-intizama dəvət etsələr də sonuncu onların qanuni tələbinə qəsnən tabe olmayaraq öz qərəzli hərərkətlərinə davam etdi. Onlar öz növbəsində X2 barəsində tədbir görülməsi üçün Goranboy RPŞ-nə gətirib NH-ya təhvil vermişlər. Odur ki, X7, Şəxs, X5 və Şəxs barəsində tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Goranboy RPŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-75/2-1049/2023 nömrəli məktubundan görünür ki, maddi subut kimi götürülmüş cəmi 122 manat 20 qəpik olmaqla 1 ədəd yüz manat, 4 ədəd beş manat, 2 ədəd bir manat və 1 ədəd iyirmi qəpik hazırda rayon polis şöbəsində saxlanılır; Goranboy Rayon Məhkəməsinin 3(045)-369/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən, 1 ədəd yüz manat, 4 ədəd beş manat, 2 ədəd bir manat və 1 ədəd iyirmi qəpik pul əskinası müsadirə edilmişdir. Hüquqi əsaslandırma: “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.27-ci maddəsinə əsasən idman mərc oyunları real vaxt rejimində keçirilən idman yarışlarının və ya müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarında müəyyən olunan real vaxt rejimində keçirilən digər yarışların (cıdır-şans oyunları, tazı yarışları və s.) nəticələrinin və ya həmin yarışlardakı hadisələrin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman mərc oyunlarının operatoru tərəfindən keçirilən oyunlardır. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş lotereyalar idman mərc oyunları hesab olunmur; 4-cü maddəsinə əsasən idman yarışlarının manipulyasiyasına qarşı tədbirlərin görülməsi və belə halların qarşısının alınması, idman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsi dədən tərbiyəsi və idman sahəsində dövlətin vəzifələrinə aiddir; 53-1-ci maddəsinə əsasən idman mərc oyunları bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə maliyyə dəstəyinin göstərilməsi, bədən tərbiyəsi və idmanın təbliği və təşviqi məqsədi ilə keçirilir. İdman mərc oyunları müvafiq icra hakimiyyəti orqanının bu halda (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum), habelə 2021-ci il dekabrın 1-dək müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunları operatoru) tərəfindən həyata keçirilir. İdman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti ) tərəfindən müəyyən edilir. İdman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Bu maddənin tələbinin pozulmasına görə idman mərc oyunlarının satıcısı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli, 153 nömrəli Qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində idman mərc oyunlarını yalnız Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) həyata keçirə bilər. İXM-in 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə -oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs qumar oyununda iştirak etmiş, yəni qumar oynamışdır. Nəzərə alınmalıdır ki, İXM-in 525-ci maddəsinin sanksiyasında həmçinin, oyun ləvazimatının, habelə qumara qoyulmuş pul vəsaitlərinin və ya digər əmlakın, qazanılmış uduşun, mükafat və ya digər gəlirin müsadirə edilməsi nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi Goranboy Rayon Məhkəməsinin 3(045)-369/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən, 1 ədəd yüz manat, 4 ədəd beş manat, 2 ədəd bir manat və 1 ədəd iyirmi qəpik pul əskinası artıq müsadirə edilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs törətdiyi əməli etiraf edib peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, İXM-in 31, 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №3(045)-368/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-368/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver