Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-369/2023 01.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Namazov Arzu Etibar oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Goranboy rayonunun Zeyvə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Goranboy rayonunun Zeyvə kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 525 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-dən Şəxs İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı material 01 iyun 2023-cü il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. 01 iyun 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 01 iyun 2023-cü il tarixdə Goranboy rayonunun Zeyvə kəndində yerləşən kafedə qumar oynamışdır. Məhkəmənin icraatına həmin tarixdə Goranboy RPŞ-dən daxil olmuş 01 iyun 2023cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 01 iyun 2023-cü il tarixdə Goranboy rayonunun Zeyvə kəndində polisin qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətalarla bağlı ayrı-ayrı inzibati materiallar 01 iyun 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, Goranboy RPŞ-dən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Goranboy Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X7 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində xidməti ərazisi olan Goranboy rayonunun Zeyvə kəndində pul ilə qumar oynanılması barədə məlumat almışdır. Məlumatın doğruluğunu yoxlamaq məqsədi ilə Goranboy RPŞ-nin İTB-nin sahənin polis nəfərləri X3 və X9 ilə birlikdə Goranboy rayonunun Zeyvə kəndində yerləşən kafedə olmuşlar. Orada 4 nəfər şəxsin pul ilə kart oynamasını aşkar etmişlər. Onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onların Goranboy rayonunun Zeyvə kənd sakinləri olan Şəxs, X1, X4 və Gəncə şəhəri, Dədə Qorqud küçəsində yaşayan X8 olmalarını müəyyən etmişlər. Həmin şəxsləri Goranboy RPŞ-yə dəvət edən zaman Şəxs uca səslə ünvanlıünvansız küçə söyüşləri söyməyə başlamışdır. Dəfələrlə onu nizam-intizama dəvət etsələr də Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qərəzli hərərkətlərinə davam etmişdir. Daha sonra Şəxs barəsində tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirib NH-yə təhvil vermişlər. Göstərilənlərə əsasən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, Şəxs həmin vaxt sərxoş olması hiss olunsa da onu müayinədən keçirtmək mümkün olmamışdır. Qumar oynayan şəxslərə yaxınlaşmamışdan əvvəl bir neçə dəqiqə çəkiliş də aparmışdır. Həmin görüntülər CD diskdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində Goranboy rayonunun Zeyvə kəndində tanışları X1, X4 və X8 ilə qumar oynamışdır. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və onları Goranboy RPŞ-yə dəvət etmişlər. Bu zaman o, səs-küy salmağa başlamış və Goranboy RPŞ-yə getməyəcəyini bildirmişdir. Polis əməkdaşları onu sakitləşdirməyə çalışsalar da o, buna əhəmiyyət verməmişdir. Daha sonra o, tanışları ilə birlikdə Goranboy RPŞ-yə gətirilmişdir. Etdiyi əməldən peşmandır. Yekunda məhkəmədən onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, hadisə vaxtı içkili olduğundan söyüş söyməsini xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin polis nəfəri X9 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayonunun Zeyvə kəndində pul ilə qumar oynanılması barədə daxil olmuş məlumatın doğruluğunu yoxlamaq məqsədi ilə Goranboy RPŞ-nin İTB-nin polis nəfəri X3 və polis sahə rəisi X7 ilə birlikdə Goranboy rayonunun Zeyvə kəndində yerləşən kafedə olmuşlar. Orada 4 nəfər şəxsin pul ilə kart oynamasını aşkar etmişlər. Onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onların Goranboy rayonunun Zeyvə kənd sakinləri olan Şəxs, X1, X4 və Gəncə şəhəri, Dədə Qorqud küçəsində yaşayan X8 olmalarını müəyyən etmişlər. Həmin şəxsləri Goranboy RPŞ-yə dəvət edən zaman Şəxs uca səslə ünvanlı-ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Dəfələrlə onu nizam-intizama dəvət etsələr də Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qərəzli hərərkətlərinə davam etmişdir. Daha sonra Şəxs barəsində tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirib NH-yə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Goranboy RPŞ-nin İTB-nin polis nəfəri X3 iş üzrə digər şahid X5 izahatına oxşar məzmunlu izahat verərək sonuncunun dediklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində xidməti ərazisi olan Goranboy rayonunun Zeyvə kəndində pul ilə qumar oynanılması barədə məlumat almışdır. Məlumatın doğruluğunu yoxlamaq məqsədi ilə Goranboy RPŞ-nin İTBnin sahənin polis nəfərləri X3 və X9 ilə birlikdə Goranboy rayonunun Zeyvə kəndində yerləşən kafedə olmuşlar. Orada 4 nəfər şəxsin pul ilə kart oynamasını aşkar etmişlər. Onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onların Goranboy rayonunun Zeyvə kənd sakinləri olan Şəxs, X1, X4 və Gəncə şəhəri, Dədə Qorqud küçəsində yaşayan X8 olmalarını müəyyən etmişlər. Həmin şəxsləri Goranboy RPŞ-yə dəvət edən zaman Şəxs uca səslə ünvanlı-ünvansız küçə söyüşləri söyməyə başlamışdır. Dəfələrlə onu nizamintizama dəvət etsələr də Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qərəzli hərərkətlərinə davam etmişdir. Daha sonra Şəxs barəsində tədbir görülməsi üçün Goranboy RPŞ-yə gətirib NH-yə təhvil vermişlər; Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7, Goranboy RPŞ-nin İTB-nin sahənin polis nəfərləri X3 və X9 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-yə gətirilmiş Şəxs üzərinə keçirilmiş baxış nəticəsində 1 ədəd 100 (bir yüz) AZN, 4 ədəd 5 (beş) AZN, 2 ədəd 1 (bir) AZN, 1 ədəd 20 qəpik pul aşkar edilmişdir; Goranboy RPŞ-nin xx.xx.2023-cü il tarixli, 3-13-75/2-10491/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:10 radələrində Goranboy RPŞ əməkdaşlarına Zeyvə kəndində yerləşən kafedə dörd nəfər şəxsin pulla (kartla) qumar oynamaları barədə məlumat daxil olmuşdur. Qeyd edilən faktla bağlı maddi sübut kimi götürülmüş cəmi 122 manat 20 qəpik olmaqla 1 ədəd yüz manat, 4 ədəd beş manat, 2 ədəd bir manat və 1 ədəd iyirmi qəpik hazırda RPŞ-də saxlanılır; CD diskdə olan görüntülərə baxış keçirilən zaman 4 nəfər şəxsin pulla (kartla) qumar oynaması görünür; “İnzibati qaydada tutma haqqında” 01 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 06:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 525 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi, özünün etirafedici izahatından başqa, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs qumar oynaması və polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmaması şahidlərin izahatları və məhkəmə iclasında araşdırılan digər sübutlarla öz təsdiqini tapmışdır. Hüquqi əsaslandırma: İXM-in 525-ci maddəsinə əsasən qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə - oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.27-ci maddəsinə əsasən idman mərc oyunları real vaxt rejimində keçirilən idman yarışlarının və ya müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarında müəyyən olunan real vaxt rejimində keçirilən digər yarışların (cıdır-şans oyunları, tazı yarışları və s.) nəticələrinin və ya həmin yarışlardakı hadisələrin əvvəlcədən proqnoz edilməsinə əsaslanmaqla oynanılan və iştirakçılar arasında doğru ehtimalı tapanlara əvvəlcədən bəyan edilən meyarlar əsasında pul mükafatı (uduş) qazandıran, idman mərc oyunlarının operatoru tərəfindən keçirilən oyunlardır. “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş lotereyalar idman mərc oyunları hesab olunmur; 4-cü maddəsinə əsasən idman yarışlarının manipulyasiyasına qarşı tədbirlərin görülməsi və belə halların qarşısının alınması, idman mərc oyunlarının təşkili və keçirilməsi sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsi bədən tərbiyəsi və idman sahəsində dövlətin vəzifələrinə aiddir; 53-1-ci maddəsinə əsasən idman mərc oyunları bədən tərbiyəsi və idmanın inkişafına, habelə sosial əhəmiyyətli layihələrə maliyyə dəstəyinin göstərilməsi, bədən tərbiyəsi və idmanın təbliği və təşviqi məqsədi ilə keçirilir. İdman mərc oyunları müvafiq icra hakimiyyəti orqanının bu halda (Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum), habelə 2021-ci il dekabrın 1-dək müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının Prezidenti) müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunları operatoru) tərəfindən həyata keçirilir. İdman mərc oyunlarının təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti ) tərəfindən müəyyən edilir. İdman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının (bu halda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi) müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Bu maddənin tələbinin pozulmasına görə idman mərc oyunlarının satıcısı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli, 153 nömrəli Qərarı ilə təsdiq edilmiş “İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində idman mərc oyunlarını yalnız Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) həyata keçirə bilər. İXM-in 525-ci maddəsinin dispozisiyasından göründüyü kimi qumar oynamaq həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 01 iyun 2023-cü tarixdə Goranboy rayonun Zeyvə kəndində qumar oynamaqla İXMin 525-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildiyi kimi Şəxs 01 iyun 2023-cü il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməlləri etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 525 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, İXM-in 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Şəxs tərəfindən törədilmiş, İXM-in 525-ci maddəsində nəzərdə tutulan xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş əlavə tənbeh - Goranboy RPŞ-də saxlanılan, 122,2 (yüz iyirmi iki manat iyirmi qəpik) manat qumara qoyulmuş pul vəsaitinin müsadirəsi (1 ədəd yüz manatlıq, 4 ədəd beş manatlıq, 2 ədəd bir manatlıq əskinas və 1 ədəd iyirmi qəpik) ona tətbiq edilmiş əsas tənbehə əlavə edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 525 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələblərinə uyğun olaraq Goranboy RPŞ-də saxlanılan, 122,2 (yüz iyirmi iki manat iyirmi qəpik) manat qumara qoyulmuş pul vəsaiti müsadirə edilsin. Həbsetmənin əvvəli 01 iyun 2023-cü il tarixdən, saat 06:30-dan hesablansın. Qərarın icrası Goranboy rayon Polis şöbəsinin MSY-yə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(045)-369/2023
Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-369/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver