Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № 3(045)-370/2023 01.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Mən, Goranboy Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, icraatımda olan Şəxs barəsində inzibati materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Goranboy RPŞ-dən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı MN seriyalı ******* nömrəli, 01 iyun 2023-cü il tarixli, İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı MN seriyalı ******* nömrəli, 01 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokollara dair materiallar 01 iyun 2023-cü il tarixdə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Həmin materiala baxılması hakimin səlahiyyətinə aiddir. İşin hakim tərəfindən baxılmasını istisna edən hallar mövcud deyil. İnzibati xəta haqqında protokollar İXM-in tələblərinə uyğun tərtib edilmişdir. İşin icraatını rədd edən və dayandıran hallar mövcud deyildir. İnzibati işin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs eyni vaxtda törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati xəta haqqında protokollar bir materialda 01 iyun 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan inzibati xəta haqqında protokolların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə İXM-in 34.2-ci maddəsinə əsasən, Goranboy RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokolların bir icraatda birləşdirilərək baxılması məqsədəmüvafiqdir. İnzibati iş üzrə vəsatət və etirazlar yoxdur. Göstərilənlərə əsasən və İXM-in 102.3, 127 və 127.1.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində İXM-in 525 və 535.1-ci maddələri ilə inzibati material üzrə icraata başlanılsın. Şəxs barəsində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı 3(045)-370/2023 nömrəli iş icraatımda olan 3(045)-369/2023 nömrəli işə birləşdirilsin. İşin açıq məhkəmə baxışı 01 iyun 2023-cü il tarixə saat 18:30-a təyin edilsin. Məhkəmə iclası Azərbaycan dilində aparılsın. Məhkəmə iclası inzibati xəta törətmiş şəxsin, inzibati xəta haqqında protokolları tərtib etmiş şəxsin iştirakları ilə aparılsın. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(045)-370/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №3(045)-370/2023
01.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver