Məhkəmə qərarları › İş №3(045)-372/2023

Goranboy Rayon Məhkəməsi Qərar — İş №3(045)-372/2023

06.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Goranboy rayonu İş № 3(045)-372/2023 06.06.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ X8 Məhəmməd oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, Goranboy rayon Polis Şöbəsinin İTB-nin inspektoru polis leytenantı X3, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1957-ci ildə Goranboy rayonunun Qarasüleyamanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Goranboy rayonunun Məşədiqaralar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Goranboy Rayon Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Goranboy RPŞ-nin TB-nin baş təhqiqatçısı X4 25 may 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrasının Goranboy RPŞ-nin İTB-yə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Goranboy RPŞ-nin İTB-nin polis sahə rəisi X7 tərəfindən MN seriyalı ******* nömrəli, 06 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Goranboy rayonunun Məşədiqaralar kəndində, birgə yaşadıqları evdə gəlini Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında Goranboy rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 bildirdi ki, xx.xx.2023-cü il tarixdə Goranboy rayonunun Məşədiqaralar kəndində yaşayan Zərərçəkmiş şəxs Goranboy RPŞ-yə ərizə ilə müraciət etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Şəxs onu döydüyünü bildirmişdir. Daxil olmuş məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti RPŞ-nin İTByə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli, 06 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, barəsində şikayət etdiyi X1 onun doğma oğludur. Səbuhi ilə əvvəllər münbasibəti yaxşı olmuş, lakin həyat yoldaşı Sədrəddin 2017-ci ildə rəhmətə gedəndən sonra Səbuhi ilə münasibəti pisləşməyə başlamışdır. Səbuhinin arvadı Gülnar evdən tez-tez səbəbsiz küsülü getmiş, Səbuhi də buna görə də onunla münaqişə etmiş, onu günahkar bilmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdə olanda arxa otaqdan banka götürüb içinə yarpaq yığmaq istəmiş, elektrik sobasının içərisindəki qabın birinin olmadığını görmüş, Gülnara “götürüb işlətmisən qabı qaytar yerinə qoy” demişdir. Çünki bir il olar ki, onlarla bir evdə ayrı ailə kimi yaşayırlar, yeməkləri içməkləri hər biri ayrıdır. O, Gülnara irad bildirəndə Səbuhi otağa girib nə olduğunu soruşmuşdur. Gülnar “qabın üstündə anan mənimlə mübahisə edir” demiş, Səbuhi də onu nalayiq ifadələrlə təhqir edərək üzərinə hücum çəkmiş, yumruqla sağ qol nahiyəsinə və sağ çiyin nahiyəsinə vuraraq onu döyməyə başlamışdır. Sonra Səbuhi cibində olan tiyəsi qara rəngli bıçaqla onun sol bilək nahiyəsinə bir yerdən kəsmişdir. O, qışqırıb ağladıqda Səbuhi ondan əl çəkməmiş, o, Səbuhiyə polisə şikayət edəcəyini deyəndə, Gülnar araya girib Səbuhini ondan aralamışdır. O, Səbuhinin əlindən çıxıb həyətə qaçmış, Səbuhi də heyvanları otarmağa getmişdir. Həmin vaxt yanlarında başqa şəxs olmamış, o, utandığı üçün ilk əvvəl şikayət etmək istəməmiş, ayıb bilmiş, lakin məcburiyyət qarşısında qaldığı üçün xx.xx.2023-cü il tarixdə şikayət etmək qərarına gəlmişdir. Oğlu Səbuhi və gəlini Gülnarla bir evdə yaşasa da münasibətləri yaxşı deyildir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı evdə Səbuhi onu döymüş, lakin o, həmin vaxt Gülnarın başına sobanın dəmir qabı ilə vurmamış, Gülnarın qollarından tutub xəsarət yetirməmişdir. O, həmin vaxt Gülnara əxlaqsız deməmiş və təhqir etməmişdir. Gülnarın onun barəsində göstərdikləri yalan, şər və böhtandır. Barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, rəsmi olaraq heç yerdə işləmir. O, 2013-cü il tarixdə X1 ilə ailə həyatı qurmuş, birgə nikahından iki övladı dünyaya gəlmişdir. Qayınanası Lyudmila ilə münasibəti əvvəllər yaxşı olmuş, lakin son bir ildə münasibətləri pisləşmiş, qayınanası Lyudmila onları evdən çıxarmaq istəmişdir. Evləri iki mərtəbəlidir. Qayınanası Lyudmila ikinci mərtəbənin bütün otaqlarını özü istifadə edir, qapıları bağlayıb onları istifadə etməyə qoymur. Onlar təmirsiz olan birinci mərtəbədə yaşayırlar. Qayınanası Lyudmila onlara evdə heç nədən istifadə etməyə imkan verməmişdir. O, qayınanası Lyudmilanın telefonla danışan zaman RF-da yaşayan baldızı Firuzəni gətirib onların evində saxlayacağını eşitmişdir. xx.xx.2023-cü il tarixdə qayınatası Sədrəddinin rəhmətə getməsindən 6 il keçdiyi üçün evdə də özləri ehsan vermiş, baldızı Ülkər də gəlmiş, lakin Ülkər onlarla danışdığı üçün qayınanası Lyudmila Ülkərlə soyuq rəftar etmiş, Ülkər də saat 15 radələrində öz evinə getmişdir. Səbuhi evdə öz qaldıqaları otaqda uzanan zaman qayınanası Lyudmila gəlib sobanın qabını soruşmuş, onlarla qışqıra-qışqıra danışmış, Səbuhi “sənin sobanın qabı kimdə olacaq özündə olacaq” demiş, o, digər otaqdan sobanın qabını götürüb qayınanası Lyudmilaya vermiş, qayınanası Lyudmila həmin dəmir soba qabını götürüb onun başına bir dəfə vurmuş və onlar yaxalaşmışlar. Qayınanası Lyudmila otaqda onun qollarından tutmuş və xəsarət yetirmiş, onlar yaxalaşmış, o, otaqdan çıxmışdır. Səbuhi həmin vaxt həyətdə olmuş, o, gedib Səbuhiyə “anan məni döydü” demişdir. Hazırda aralarında barışıq yoxdur. Barəsində inzibati icraat aparılan şəxs Şəxs cəzalandırılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X5 publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 286 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarət(lər) – sağ saidin qançırı KÜT əşyanın (ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən əllə yetirilmə zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Goranboy RPŞ-nin TBnin baş təhqiqatçısı X4 25 may 2023-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın icrası RPŞ-nin İTByə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, Şəxs özünü təqsirli bilməməsi barədə izahatını inandırıcı hesab etmir və bunu inzibati məsuliyyətdən yayınmaq üçün verilən izahat kimi qiymətləndirir. Məhkəmə, iş üzrə toplanmış sübutlara o cümlədən məhkəmə-tibbi ekspertizasının rəyinə, işin hallarına hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən xx.xx.1957-ci il təvəllüdlü qadın olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və xəta törədən şəxsin şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar